Bakıda işıqların sönməsinin səbəbi – AÇIQLANDI

“Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.
Bu barədə Azərenerji ASC-dən dünən Bakının bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə aydınlıq gətirərkən deyiblər.
Bildirilib ki, 20 iyul 2018-ci il tarixdə saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.
Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.
ASC-dən bildirilib ki, Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir. Ümumiyyətlə, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.    /ednews.net/az