Ç. İyl 17th, 2019

Yasamalda ağacların dibinə “kislota” tökməkdə şübhəli bilinən şəxs saxlanıldı – VİDEO

Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
 
***** 
Xəbər verdiyimiz kimi, ötən gün Yasamal rayonu, Şərifzadə küçəsi 131 A ünvanında naməlum şəxslər ağacların dibinə kimyəvi məhlul – “kislota” tökərək, ağacları qurutmağa çalışıblar.
İctimai televziyanın əməkdaşları ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını hadisə yerinə dəvət edərək, baxış keçiriblər.
Məlum olub ki, bu hadisə məqsədli şəkildə, həm də gecə saatlarında törədilib. Güman edilir ki, bu əməli törədənlərin məqsədi ağacları qurudub kəsmək və ərazidə bina ucaltmaqdır.
İTV-nin hadisə ilə bağlı hazırladığlı süjeti təqdim edirik.

/A24.Az/

çankaya escort
sincan escort
dikmen escort