Ç. İyl 17th, 2019

Yunanıstan külə dönür – VİDEO

Yunanıstanda matəm elan olunub.

Yunanıstanın tanınmış kurortları, nəhəng limanları və məşhur Parfenon alovun içindədir. Son məlumatlara görə, meşə yanğınları nəticəsində 50 nəfər həlak olub, 100 nəfər xəstəxanalara yerləşdirilib. Alov paytaxt Afinaya da çatıb. Xilasedicilər və yanğınsöndürənlər alovla mübarizə aparmaqda çətinlik çəkirlər. 

Turkustan.info xəbər verir ki, yanğın yolları, evləri, şəhər və qəsəbələri əhatə edir.

Kalamos adası alovlara təslim olub, Rafina limanı tüstüdə boğulur, Korinfə gedən bütün yollar kəsilib.

Bəzi rayonlara gedən yollar tamamilə qapanıb. Bu rayonlardan turistlər yalnız helikopterlər vasitəsilə təxliyyə edilir. Havanın temperaturunun 40 dərəcə olması və əsən külək yanğınla mübarizədə maneələr törədir. 

Güclü yanğın səbəbindən ölkənin baş naziri Aleksis Tsipras səfərini yarımçıq dayandırmalı olub. Bir neçə saat əvvəl o, ölkəsinə dönüb və rəsmi bəyanatla çıxış edib. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Afina Avropadan yardım xahiş edib, lakin İtaliya və Fransa aviasiyası Skandinaviyadakı yanğınların qarşısını almağa çalışır. Yanğın artıq İsveç, Norveç və Finlandiyadakı meşələri məhv edib. Bu, o deməkdir ki, yunanlar yanğınla hələlik özləri mübarizə aparmalı olacaqlar /Oxu.Az/

çankaya escort
sincan escort
dikmen escort