Zara etnik kimliyini özü açıqladı – VİDEO

26-29 iyul tarixlərində Bakıda start götürəcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalında  müğənni Zara Mgoyanın da iştirakı insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Turkustan.info bildirir ki ki, sosial şəbəkələrdə gedən müzakirələrdə bir sıra rəylərdə Zaranın erməni olduğu, bu səbəbdən onun Bakıda keçiriləcək festivalda iştirakının qarşısının alınmasının zəruriliyi qeyd olunub.

Müğənni 2014-cü ildə “Pravda 24” proqramına müsahibəsində etnik kimliyi, qohumluqları barədə ətraflı danışıb. 1983-cü ildə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulmuş Zara özünün etnik kürd (yezidi kürd) olduğunu bildirib. 

Ərinin rus, ərinin nənəsinin ukrain, tatar olduğunu söyləyib. Daha ətraflı videoda: