Gün: İyul 27, 2018

“Lotu Quli”nin adamları belə həbs olundu – FOTO

Ukrayna Milli Polis əməkdaşları Odessada özünü “qanuni oğru” Nadir Salifovun adamları kimi təqdim edən etnik cinayətkar qrupu zərərsizləşdiriblər. Turkustan.info “unikal.org”a istinadən xəbər verir ki, Sadiq Mirzəyevin başçılıq etdiyi etnik cinayətkar dəstə saxlanılıb. Ukrayna Milli Polisinin generalı Dmitri Qolovin bildirib ki, bu Loti Qulinin adamları kimi özlərini təqdim edən dəstə üzvlərinin ilk […]

Əhalinin gözlədiyi təklif: Borcunu ödəyə bilməyən vətəndaşların kreditləri silinsin

“Banklar kreditləri qısamüddətli dövrdə problemli kredit siyahısından çıxır, amma ödəniş edilmədiyinə görə, həmin kredit yenidən problemlilər siyahısına düşür”  “Azərbaycanda bank sektorunun sağlamlaşdırılması prosesi strateji yol xəritələrinə görə, 2018-ci ildə başa çatmalı idi. Amma 2018-ci ilin 2-ci yarısına daxil olsaq da, bu istiqamətdə qəti addım atılmır. Hər hansı bir bankı bağlamaq […]

Milli Parkda güclü YANĞIN

Lənkəranda Hirkan Milli Parkının ərazisində yanğın başlayıb. Turkustan.info-nun apa-ya istinadən məlumatına görə, rayonun Şovu kəndinə yaxın ərazidə qeydə alınan yanğının söndürülməsinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi ilə yanaşı, mülkü əhali də cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

AZTV-də təriflənən SPACE-də saxta çıxdı – İnanılmaz olay – VİDEO

“Tədbirlə bağlı Aztv-yə müsahibə də vermişdim.” “Space Tv”-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar yaşanıb. Turkustan.info xəbər verir ki, verilişə müraciət edən Fuad adlı müəllim dövət tərəfindən keçirilən hərracda qəlib gəlib və 50 min manat ödəyərək tikilini özəlləşdirib. Bir neçə gündən sonra əraziyə gəlib ki, həmin tikili […]

Bu gecə Dünya DƏYİŞƏCƏK: son 100 ilin ən böyük olayı və “İncil”dəki FƏLAKƏT QEYDİ – CANLI YAYIM

Bu gecə Yer kürəsi xüsusi bir təbiət hadisəsini müşahidə edəcək. Qanlı Ay tutulması və Marsla Yer qarşıdurması yaşanacaq. Bu son yüz ilin ən uzun Ay tutulması olacaq. Alimlər bu günlə bağlı müxtəlif iddialar irəli sürür. Turkustan.info xəbər verir ki, Hollandiyalı zəlzələ mütəxəssisi Frank Hoogerbeets bu gecə yaşanacaq hadisələrdən sonra 6 və […]

Sükan arxasında narkotik çəkən sürücü danışdı – VİDEO

Sükan arxasında siqaretə narkotik maddə dolduran sürücü danışdı.  Turkustan.info ”Xəzər xəbər”ə istinadən xəbər verir ki, söhbət bir neçə gün əvvəl 202-saylı sərnişin avtobusunda narkotik maddə qəbul etmək istəyən sürücüdən gedir. Sərnişinlərdən biri sürücünün bu əməlini mobil telefonla çəkərək sosial şəbəkədə paylaşıb. Sonra həmin sürücü elə sükan arxasında olan zaman polis tərəfindən […]

İrana hərbi təcavüz edərlərsə… – Cəfəri

Düşmənlər tərəfindən edilən hədələr o qədər də ciddi deyil. Biz bu hədələrə cavab vermək iqtidarındayıq. İranda olan təhlükələr daha ciddidir. Turkustan.info xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri bildirib. “Hazırda bu hədələrin və sanksiyaların ən zirvə nöqtəsinə çatmışıq. Onların icra edə bilmədikləri yeganə hədələri […]

Bakıda sərnişin avtobusu “Mercedes”in üstündən keçdi – Ağır qəzadan FOTOLAR

Bakıda sərnişin avtobusu ağır qəzaya səbəb olub. Turkustan.info xəbər verir ki, hadisə kənd Binəqədidə, dördyol adlanan ərazidə baş verib. 10 TG 828 dövlət nömrə nişanlı, 108-B marşrut xəttiylə hərəkət edən avtobus qırmızı işıqda keçib. O Binəqədidən Novxanı istiqamətində hərəkət edən “Mercedes” markalı maşına sağ tərəfdən çırpılıb və maşını yerində fırladıb. […]

Robert Koçaryan həbs edildi – VİDEO

Bu gün Yerevanda Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs edilib. Turkustan.info xəbər verir ki, daha öncə ona ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürülüb. Bunu Ermənistanın Xüsusi İstintaq Xidməti bəyan etmişdi. “2008-ci il martın 1-2-də baş verən hadisələrlə bağlı başlanan cinayət işi üzrə toplanan sübutlar əsasında 2018-ci il iyulun 26-da Ermənistanın sabiq prezidenti […]

“Qanlı Ay” tutulmasının səhhətimizə təsiri – Zəhərlənmə, panik atak, güclü baş ağrıları…

27 iyul  gecə saat 22.00-24.00 arası baş tutacaq son minilliyin ən böyük tutulmasından biri olan Bütov Ay tutulması və ya “Qanlı Ay” astronomik hadisəsi Yer əhalisinin səhhətinə də təsirsiz ötüşməyəcək. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, dünəndən başlayaraq Bakıda təcili yardım çağırışlarının sayında ciddi artım var. Saytın əməkdaşının bu gün […]

İyirmi altı yaşlı Tural niyə intihar etdi?

Dünən Abşeron rayonunda intihar edən gənc oğlanla bağlı yeni məqamlar ortaya çıxıb. Turkustan.info-nun məlumatına görə, “qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. “Kristal Abşeron”un Xırdalan şəhərində yerləşən binalarından birində yaşayan Tovuz rayon sakini, 1992-cı il təvəllüdlü Tural Nağıyevin bundan bir müddət öncə də özünü öldürmək istədiyi məlum olub. Qonşuların bildiridiyinə […]

Koçaryan və erməni generalların həbs tələbində SENSASİYALI QARABAĞ AMİLİ: Paşinyan bununla…

Ermənistanda keçmiş prezident Robert Koçaryana qarşı başlayan məhkəmə prosesinə bir sıra generallar da daxil edilib. Turkustan.info xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni general Yuri Xaçaturov da 2008-ci il 1 mart hadisələri ilə bağlı başlanan məhkəmə qarşısında çıxarılıb. 2008-ci ildə prezident olan Robert Koçaryan və həmin vaxt […]

İsrail hərbçiləri müsəlmanların müqəddəs məkanına hücum etdi

İsrail polisi Qüdsdəki Əl-Əqsa məscidinə hücum edib. Turkustan.info “Anadolu Ajansı”na istinadən xəbər verir ki, polis camaatın məsciddə cümə namazı qılmasından sonra onlara hücum edib. Polisin insanlara qarşı səs bombası və göz yaşardıcı qazdan istifadə etdiyi bildirilir. Qeyd edək ki, Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur.  Məscidül-Həramdan sonra […]

Kliniki ölüm keçirən şəxs danışdı: “İsa Peyğəmbər məni geri qaytardı”

ABŞ-da növbəti paranormal hadisə baş verib. Turkustan.info xəbər verir ki, iki dəfə kliniki ölüm keçirən Çarli adlı şəxs qəribə hadisələrdən danışıb. O, iddia edib ki, bu kliniki ölümlər zamanı İsa Peyğəmbəri görüb və Tanrıya inanmayanların halına acıyır. Çarli ilk dəfə gecə vaxtı kliniki ölüm keçirib. Onun ürəyində problem olub. Təcili […]

1 ay sonra Azərbaycan sərhədində müharibə BAŞLAYIR – Dəhşətin QƏRARI VERİLDİ

ABŞ-ın çətin ki, avqustda İranın nüvə infrastrukturuna zərbələr vuracaq. Bu barədə Rusiya Hərbi-sənaye komissiyasının ekspert şurasının üzvü Viktor Miraxoviskiy deyib. Onun sözlərinə görə, belə təhdidlər daim səsləndirilir: “Lakin ABŞ-ın gələn ay bu addımı atmasını tamamilə istisna etmək də olmaz. Amerikalı hərbiçilər bu planı yeni texnologiyaların imkanları ilə işləyirlər. Güman ki, […]

Mübariz İbrahimov haqda filmin çəkilişləri dayanıb – SƏBƏB MALİYYƏDİR

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Siyah sancak: Mübariz” filmi maliyyə sıxıntısı ilə üzləşib. Turkustan.info bildirir ki, bu barədə AzNews.az-a  layihənin sözçüsü məlumat verib. Onun sözlərinə görə, “Siyah sancak: Mübariz” filminin maliyyə dəstəyi ancaq görülən işlər üçün hesablanıb: “Əldə olan maliyyə planlanmış işlər üçün xərcləndiyindən ortaya çıxan ekstra xərcləri […]

Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb – FOTO

Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Udmurdiya Respublikasının Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb.  Turkustan.info xəbər verir ki, sənədə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Udmurdiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko imza atıblar.  Memorandumda birgə konfrasların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda media […]

Ümidim sizədir, bizi böyüksüz buraxmayın! – Könül Quliyeva yazır

Könül Quliyeva Boğuluram… İçimdəki firtınalı dəryada boğuluram! Birdəfəlik batmaqdan, əbədi qərq olmaqdan qorxuram! Əsirəm… Ayaqlarım bir daha vücudumu saxlaya bilməyəcək kimi əsirəm! Budağından ayrılmaq anında olan saralmış yarpaq kimi titrəyirəm! Susuram… Səsim içimdə gizlinə çəkilib! Sanki lal olmuşam, nitqim batıb. Qorxuram…. Amma hələ də anlaya bilmirəm ki nədən qorxuram? Əslində […]

İrəvan qaynayır, Kreml pat durumda: Növbəti gediş…

Köçəryanın həbsinin daxili siyasətdə Paşinyan üçün hər hansı neqativ nəticələrini gözləməyə dəyməz. Dağlıq Qarabağdakı silahlı birləşmələr üzərində bu klikin təsiri nə qədərdir, onu bilmirəm. Bəlkə də Paşinyanın tez-tez Qarabağa getməsi Ermənistanda klanın zərərsizləşdirilməsi ilə əlaqədar orada etirazların baş qaldırması ehtimalı qarşısında preventiv tədbirlər görmək və öz mövqelərini möhkəmləndirməyə çalışmaq niyyətindən […]

O, Bakı şəhər meri vəzifəsinə hazırlanır?

Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizovun prezident sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətini başçısının müavini təyin edilməsi onun yaxın günlərdə mer vəzifəsinə gətiriləcəyi barədə ehtimallara yol açıb. Turkustan.info xəbər verir ki, ilk günlər E.Əzizovun Bakı merinin səlahiyyətlərini icra etdiyi üçün I müavin təyin edildiyi barədə məlumat təsdiqlənmədi. Meriyanın rəsmi […]

Əsgərin bu görüntüləri HƏR KƏSİ AĞLATDI – VİDEO

Türkiyə Silahlı Qüvvələrinin əsgəri hərbi xidmətə yararsız olduğu ortaya çıxanda hönkür-hönkür ağlayıb. Əsgərin görüntüləri komandiri tərəfindən çəkilib. Komandiri sağlamlığındakı problemə görə “hərbi xidmət edə bilməzsən” deyə bildirəndə əsgər hönkür-hönkür ağlayaraq, hərbi xidmətinə davam etmək istədiyini bildirib. Həmin görüntüləri təqdim edirik: /publika.az/

Cavid Qurbanov rəis müavinini cəzalandırdı…

Mədət Şıxəmirova şiddətli töhmət verilib… “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  Moderator.az-ın əldə etdiyi məlumata […]

Qarabağın qaytarılmasını tələb edən prezidentlə Paşinyanın ŞOK RAZILAŞMASI – SİRR AÇILDI

Bir müddət öncə baş naziri Nikol Paşinyanla Ermənistanın gələcəkdə dövlət kimi var olması üçün Dağlıq Qarabağ münaqişəsinin ərazilərin Azərbaycana qaytarılması yolu ilə həllinə tərəfdar olan birinci prezident, “Erməni milli konqresi” partiyasının lideri Levon Ter-Petrosyan arasında keçirilən görüşün təfərrüatları məlum olub. “İrates” qəzeti Nikol Paşinyan Ter-Petrosyandan ona Moskva ilə münasibətləri qaydaya […]

İrana gələn ay zərbə endirilməsi… – Baş nazir

ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi haqqında ABC televiziyasının yaydığı məlumatlar həqiqət deyil. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avstraliya Baş naziri Malkolm Ternbull deyib. “Bu gün ABC-nin yüksəkvəzifəli Avstraliya məmurlarına istinadən yaydığı süjeti gördüm. Bu spekulyasiyadır və anonim mənbələrə əsaslanır. Bu süjet mən, xarici işlər naziri və ordu rəhbərliyi […]

Almaniya və rusiyalı mütəxəssislər Mingəçevirdəki qəzanı araşdırır

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına verilmiş tapşırıqlara uyğun olaraq Energetika Nazirliyi elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirir.  Turkustan.info bildirir ki, bu barədə Azərbaycan Enertgetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəzanın səbəblərinin müəyyən […]

İşdən çıxarılan prokuroru həbs edildi

Azərbaycanda prokuror həbs olundu İşdən çıxarılan İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov həbs edilib. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Qeyd edək ki, bir neçə gün əvvəl yol verdiyi ciddi nöqsanlarla əlaqədar vəzifədən azad edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov barəsində məhkəmənin […]

İsmayıllının prokuroru qandallandı – İş Prezidentin nəzarətində

İki gün öncə vəzifəsindən çıxarılan və böyük köməkçisi həbs edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov da saxlanılıb. Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, prokuror Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb. Ü.Abbasov da köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib. […]

Zaxarova Hacıyevlə görüşdü

İyulun 27-də Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr başlayıb. Turkustan.info xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova rəhbərlik edir. Tərəflər xarici siyasətin informasiya təminatı məsələləri ilə bağlı fikir mübadiləsi […]

Qarabağda təxribatçı erməni əsgər yaralandı

İşğal altında olan Dağlıq Qarabağda daha bir erməni əsgəri yaralanıb. Turkustan.info Ermənstan mətbuatına istinadən xəbər verir ki, iyulun 26-də yerli vaxtla saat 20:45 radələrində Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər David Arturoviç Milan baş nahiyəsindən güllə yarası alıb. […]

Günəş paneli sayəsində telefon enerjisiz qalmayacaq

Xarici məkanlarda enerji probleminə həll olaraq incə və yüngül portativ günəş panelləri alternativ daşına bilən enerji cihazı olaraq bazarda yerini alacaq. Ağıllı dizaynıyla indidən lazım olan maliyyənin yarısını yığdı. Vaxtının çoxunu səyahət edərək keçirənlər üçün mobil cihazları enerji ilə təmin etmək, yaşanan ən böyük problemlərdən biridir. Bu kiçik portativ günəş […]

Rəhbər vəzifədə işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA […]

Sumqayıtda gəlin yaşlı qayınatasını döydü

Sumqayıtda 82 yaşlı kişi gəlini tərəfindən döyülüb. Turkustan.info-nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə şəhərin birləşmiş məhəlləsində baş verib. Belə ki, Sumqayıt şəhər sakini 1936-cı il təvəllüdlü Dadaşov Mirağa İbad oğlu yaşadığı 7-8-12 birləşmiş məhəllədə ailə münaqişəsi zamanı öz gəlini tərəfindən döyülüb. Yaşlı kişi ağır zədələrlə xəstəxanaya çatdırılıb. Faktla bağlı […]

Tramp İranı bombalamağa qərar verdi – Hökumətdəki mənbələrdən DƏQİQ TARİX

Birləşmiş Ştatlar artıq növbəti ayda İranın nüvə obyektlərinə zərbələr vurmağa hazırdır. Bu haqda Avstraliya hökumətindəki mənbələr ABC media korporasiyasına bildiriblər. Onların sözlərinə görə, Avstraliya mümkün hədəflərin müəyyən edilməsi üçün kömək etməyə hazırdır. Mənbələrin məlumatlarına görə, Avstraliyanın məxfi xüsusi xidmət orqanları, ehtimal ki, Böyük Britaniyadan olan həmkarlarla birlikdə hədəflərin müəyyən edilməsində […]

Qalisiya adlı yeni dövlət yaradılacaq – Moskvanın 30 il gözlədiyi PLAN AÇIQLANDI – VİDEO

Rusiyanın Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna ilə bağlı növbəti hədələyici bəyanatla çıxış edib. Turkustan.info xəbər verir ki, siyasətçi özünün gülünc təxminləri “Rossiya 1” telekanalının efirində “60 dəqiqə” proqramının efirində səsləndirib. Onun sözlərinə görə, Rusiya Ukraynanın mövcudluğunu dayandıra bilər. Siyasətçi qeyd edib ki, Rusiyanın Xarici İşlər Nazirliyinin […]

Çıqanokun Qarabağa dair təhdidli açıqlamasına – Cavab

İstər Duqin olsun, istər digər ekspertlər eyni mərkəzdən idarə olunurlar və Rusiyanın ənənəvi olaraq kökə və zopa siyasətini həyata keçirirlər. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Anatoli Çıqanokun Rusiyanın İrəvana görə Azərbaycana müdaxiləsinin mümkün olması ilə bağlı açıqlamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, rus ekspertlərin bir qrupu […]

Maria Zaxarova Azərbaycanda – FOTO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Azərbaycana gəlib. Turkustan.info Report-a istinadən xəbər veriir ki, o, “Jara” Beynəlxalq Festivalında iştirak edir. M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib. Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün […]

Bu gün ən uzun “Qanlı Ay” tutulması olacaq

Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək. Turkustan.info xəbər verir ki, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq. Bildirilir ki, tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən […]

Koçaryanı həbs edirlər: Eks-prezidentə ağır ittiham irəli sürüldü

O, başqa şəxslərlə əlbir olaraq Ermənistanın Konstitusiya quruluşunu devirməkdə ittiham edilir   Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs oluna bilər.  Turkustan.info xəbər verir ki, ona qarşı ölkənin Konstitusiya Quruluşunu dəyişmək ittihamı irəli sürülüb. Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2008-ci il 1-2 mart hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində toplanılan kifayət […]

Xarici siyasət və reallıqlar: Azərbaycanın xarici siyasət strategiyasının reallaşdırılması prosesi tarixi-siyasi yanaşma

Xarici siyasət mili dövlət maraqlarının beynəlxalq səviyyədə təşkili prosesidir Poilitoloq Zamin  Axundov         Xarici siyasət geosiyasi reallıqların nəzərə alınması planında  hər bir dövlət üçün potensial risk və perspektiv tələb edən amillərin,-xüsusilə geopolitik risklərin -nəzərə alınması  prossidir və daxli qaydada bu mürəkkəb sisteimin transformasiyası  iqtisadi,saiyasi və hərbi starteji  komponentlər […]

Yəhudilərin baş geyimlərinin sirri: Heç kəsin ağlına gəlməzdi – FOTOLAR

Dindar yəhudini ən uzaq məsafədən seçmək olur. Onun libası haqqında fikir söyləmək üçün başqa şans qoymur. Böyük şlyapa, uzun yaxalığına görə yəhudilərə önündən keçənlər biganə qalmır. Onlara görə libas insanın əsas mahiyyətini üzə çıxardır. Dünyanın hər yerində də öz geyimlərində gəzirlər. Əslində isə dərinə baş vursaq, dindar yəhudilərin geyiminin də […]

Adnan Oktar “kediciklər”in hamısına BUNU EDİB – Yeni FAKTLAR ÜZƏ ÇIXDI

Özünü din xadimi kimi təqdim edən və bir müddət əvvəl həbs edilən Adnan Oktarın təşkilatı ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Turkustan.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, təşkilatın tələyə saldığı qızlardan əvvəlcə qan nümunələri götürülüb, daha sonra Adnan Oktara təqdim edilib. Qan nümunələrinə əsasən qızların hepatit və QİÇS olub-olmadıqları […]