Bakıda sərnişin avtobusu “Mercedes”in üstündən keçdi – Ağır qəzadan FOTOLAR

Bakıda sərnişin avtobusu ağır qəzaya səbəb olub.
Turkustan.info xəbər verir ki, hadisə kənd Binəqədidə, dördyol adlanan ərazidə baş verib. 10 TG 828 dövlət nömrə nişanlı, 108-B marşrut xəttiylə hərəkət edən avtobus qırmızı işıqda keçib. O Binəqədidən Novxanı istiqamətində hərəkət edən “Mercedes” markalı maşına sağ tərəfdən çırpılıb və maşını yerində fırladıb. Avtobus özü isə yolun kənarındakı maneəyə çırpılaraq dayanıb. Hadisə nəticəsində 1 nəfər yaralanıb.  
/BakuPost/