Bu gün ən uzun “Qanlı Ay” tutulması olacaq

Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək.

Turkustan.info xəbər verir ki, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.

Bildirilir ki, tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna “Qanlı Ay” deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb.  /A24.az/