İyirmi altı yaşlı Tural niyə intihar etdi?

Dünən Abşeron rayonunda intihar edən gənc oğlanla bağlı yeni məqamlar ortaya çıxıb.

Turkustan.info-nun məlumatına görə, “qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. “Kristal Abşeron”un Xırdalan şəhərində yerləşən binalarından birində yaşayan Tovuz rayon sakini, 1992-cı il təvəllüdlü Tural Nağıyevin bundan bir müddət öncə də özünü öldürmək istədiyi məlum olub. Qonşuların bildiridiyinə görə, o, övlad sahibi ola bilmədiyinə görə özünü öldürüb.

Belə ki, T.Nağıyev bir neçə il öncə ailə həyatı qurub, lakin cütlüyün bu evlilikdən övladı dünyaya gəlməyib. Daha sonra məlum olub ki, ailənin uşaq arzusu reallaşa bilmir. Valideynləri ilə birgə yaşayan Tural bir müddət əvvəl özünü 8-ci mərtəbədə yerləşən yaşadığı mənzilin balkonundan atmaq istəyərkən atası Ramin onu tutub.

Dünən isə təxminən saat 17-18 radələrində atasının işdə olmasından istifadə edən Tural əvvəlcə damarlarını kəsib, daha sonra isə özünü yerə atıb. Hadisə şahidləri asfalta çırpılan gəncin beyninin tamamilə dağıldığını bildiriblər. Hadisə yerindəcə keçinən 26 yaşlı Tural bu gün dəfn olunması üçün Tovuz rayonuna aparılıb.