Sabiq deputata ağır itki üz verdi

Sabiq deputat Əkrəm Abdullayevə ağır itki üz verib.

Turkustan.info-nun məlumatına görə, iyulun 29-da Ə.Abdullayevin anası Qönçə Axundova 76 yaşında dünyasını dəyişib.

Q.Axundova uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhum bu gün Salyanda torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Abdullayev 2005-2010-cu illərdə 59 saylı Salyan birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.

Ə. Abdullayev 19962005-ci illərdə Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışıb

O, bir müddət Gənclər Təşkilatları Milli Şurasının sədri olub. 

Sabiq deputat hazırda Dünya Türk Gənclər Birliyinin sədridir.  /Modern.az/

16 Baxılıb