Sumqayıtda baş verən partlayışın görüntüsü yayıldı – VİDEO – turkustan.info
SON XƏBƏR

Sumqayıtda baş verən partlayışın görüntüsü yayıldı – VİDEO

Ötən gün Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Turkustan.info-nun FHN-ə istinadla verdiyi məlumata görə, yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, Məlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğlu və 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişlər. Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır.

44 Baxılıb
paylaş
CrestaProject
istanbul evden eve nakliyat beykoz evden eve nakliyat maltepe evden eve nakliyat evden eve nakliyat evden eve nakliyat nakliyat evden eve istanbul nakliyat ataşehir evden eve nakliyat istanbul evden eve nakliyat nakliyat şirketi istanbul evden eve nakliyat ev eşyası depolama