Tramp Ərəb NATO-su qurmağa hazırlaşır

Ağ Ev ABŞ prezidenti Donald Trampın altı Körfəz ölkəsi, Misir və İordaniyanın da qoşulacağı hərbi və siyasi ittifaq üzərində işlədiyini açıqlayıb.

Turkustan.info xəbər verir ki, açıqlamada ölkələr arasında raket hücümündan müdafiə, hərbi təlim, terrorizmə qarşı mübarizə, regional iqtisadiyyatların və diplomatik əlaqələrin möhkəmləndirilməsinin nəzərdə tutulduğu bildirilib. Qurulacaq birliyin İranın bölgədəki fəaliyyətinin qarşısını almaq məqsədi güddüyü də qeyd edilib.

Yaxın Şərq Strateji İttifaqı adlanan işçi qrupu oktyabrın 12-13-də Vaşinqtonda keçiriləcək zirvə toplantısında müzakirə ediləcək. Planlaşdırılan ittifaqla yanaşı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Tramp administrasiyası ilə daha yaxından işləyəcək və Körfəzdəki problemlərə diqqət yetirəcəklər.

Qeyd edək ki, sabiq ABŞ hökumətlərinin Körfəz və Ərəb müttəfiqləri ilə ittifaq yaratmaq cəhdləri uğursuz olmuşdu.  /Ölkə.Az/

46 Baxılıb