Şabranda başlayan yanğın qonşu rayonlara keçdi – HEYVANLAR VƏ QUŞLAR TƏLƏF OLDU – FOTOLAR

Siyəzən rayonunda başlayan yanğın Şabran və Quba rayonlarının ərazisinə keçib.
Turkustan.info “Report”a istinadən xəbər verir ki, Şabran rayonunun Dağ Bilici kəndi istiqamətindən Quba rayonunun Çiçi kəndi istiqamətindəki dağ-meşə massivində yanğın başlayıb. 
Təxminən 1000 hektara yaxın ərazini əhatə edən yanğın zamanı meşədə heyvanlar və quşlar tələf olub, təbiətə ziyan dəyib.
Hazırda yanğınsöndürənlər və kənd sakinləri tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində işlər görülür.