Uşağı olmayanlar YANDI: YENİ VERGİ

Rusiyada qəribə vergi öhdəliyi qoyula bilər.

Turkustan.info publika.az-a istinadən xəbər verir ki, uşağı olmayan ailələr buna görə vergi ödəməli olacaq. Moskva Hökumətinin Sosial siyasət və əmək münasibətləri üzrə sədr müavini Nikolay Qubenko bu barədə bildirir ki, Moskvada kifayət qədər yaxşı təmin olunmuş, amma uşaqsız ailələr var. Həmin təminatlı ailələrin ya uşaqları olmalıdır, ya da uşaq istəmirlərsə, vergi verməlidirlər.

Qubenkonun sözlərinə görə, bu həm demoqrafik artıma xidmət edəcək, həm də varlı ailələrdən alınan vergi aztəminatlı, çoxuşaqlı ailələrə veriləcək.

Qeyd edək ki, buna bənzər qanun SSRİ dönəmində də vardı. Amma həmin dövrdə uşaq istəməyən qadınlar guya hamilə qala bilməmələrinə, kişilər isə impotent olduqlarına dair saxta arayışlar təqdim edirdilər. 1941-ci ildən hətta subay oğlan və qızlar da vergi ödəyirdilər. Onların maaşından 6% subay olduqlarına görə tutulurdu. Xalq arasında bu vergini “xaya vergisi” adlandırırdılar. Yeni evlənənlər bir il müddətində vergi ödəməli olurdular. Ona görə də vergi verməməyin dərdindən nikahdan qabaq uşağın “təməli” qoyulurdu. Bu vergidən yalnız uşağı ola bilməyən qadınlar və impotent kişilər qurtula bilirdi. Bundan başqa, övladı müharibədə həlak olanlar, Sovet İttifaqı qəhrəmanları, Sosialist Əməyi qəhrəmanları və yüksək hərbi rütbəli şəxslər bundan azad idilər. Qanun 1980-ci ilə qədər mövcud olub.

Rusiyadan başqa İtaliyada (Mussolinin vaxtında) və XX əsrin əvvəlində Bolqariyada subaylıq vergisi tutulurdu. Eradan əvvəl isə Romada subaylıq sultanlıq deyil, artıq xərc hesab olunurdu.

75 Baxılıb