40 min il yaşı olan… – Bildiyiniz HƏR ŞEYİ UNUDUN

Sibirdə 40 min il əvvəl donan soxulcanlar yenidən dirildi.

Turkustan.info xəbər verir ki, bu barədə ABŞ-ın Princeton Universitetinin geoloqlarının rusiyalı alimlərlə apardığı araşdırmanın nəticələrində deyilir.

Araşdırmaçılar Sibirdəki qütb torpaqlarından eramızdan əvvələ aid 300-dən çox donmuş torpaq nümunəsini götürüb. Nümunələr Rusiya Elmlər Akademiyasının nəzdində Torpaq Elminin Fizio-Kimya və Bioloji Problemləri İnstitutuna gətirilib. Mənfi 20 dərəcədə mühafizə edilən torpaq nümunələrinin donunun açılması ilə soxulcanların ikisinin canlandığı müşahidə edib.

Soxulcanlardan birinin 32 min, digərinin 41,7 min ildir donmuş halda olduğu təxmin edilir. Tapıntının çoxhüceyrəlilərin uzun müddət sağ qalma ehtimalının olduğunu göstərən kriobiologiya və astrobiologiya kimi elm sahələri üçün əhəmiyyətli olduğu ifadə edilir.   /Publika.az/