Madonnanı yamsılayan it sosial medianın gündəmində – FOTO

Parisdə yaşayan fransalı fotoqraf Vinşent Floret yardım dərnəklərinin gəlir əldə etməsi məqsədilə heyvanları könüllü olaraq lentə alır.

Turkustan.info xəbər verir ki, fotoqraf sonuncu layihəsində məşhur müğənni Madonnanın ikon olmuş fotolarını və kliplərindən olan səhnələri Maks adlı iti ilə yenidən canlandırıb.

Maksın Madonnanı yamsıladığı fotolar sosial mediada trendə çevrilib.

“Maks mənim üçün hər şeydən öncə gəlir. Ona görə hər şey bir oyundur. Əgər fotolar üçün papaq lazımdırsa, bu əşyanı aylar öncə satın alır və papaq onun üçün oyuncaq halına düşür. Beləliklə, fotosessiyalar onun üçün əyləncəyə çevrilir”, – deyə Vinşent bildirib.

Qeyd edək ki, fotoqraf “Maxdonna” adlandırdığı layihəsindən əldə edilən gəliri yetim uşaqlara xərcləyək.

Madonna isə “Instagram” hesabından Maksın “Like a Virgin” adlı fotosunu paylaşaraq layihəyə dəstək olub.

/oxu.az/