“WhatsApp” vəd etdiyi YENİLİYİ bu gündən AKTİVLƏŞDİRDİ

“WhatsApp” sosial mesajlaşma platforması bir müddət əvvəl qruplarda səsli və video zənglərin artıq mümkün olacağını açıqlamışdı.
Turkustan.info xəbər verir ki, bu gündən etibarən 4 nəfər eyni anda video və səsli zənglə danışa biləcək. Bu yeniliyə görə hətta internet şəbəkəsində qüsur yaransa belə, sürət zəyif olsa da danışıq baş tutacaq.

Platformanın bir digər vədi isə bu danışıqlarda gizliliyin təminidir. Belə ki, istifadəçi sayı 1,5 milyard olan “WhatsApp” 2 milyrad insanın danışıqlarında vasitəçilik edir. Bununla da proqram təhlükəsizlik vədi verir.
xatırladaq ki,  “Facebook Messenger” 50 adam, “Skype” 25 nəfər, Apple’ın “FaceTime”ı ilə  isə 32 nəfər eyni anda əlaqə qura bilir.
Bəs bu tətbiqetməni necə aktivləşdirmək olar?
Əvvəlcə “WhatsApp” siyahınızdakı bir nəfərlə video danışığa başlayırsınız, Ekranın sağdan üst tərəfində yaranan düymə ilə bu söhbətə daha üç nəfər də əlavə edə biklərsiniz.

Bu tətbiqetməni aktivləşdirmək üçün isə “WhatsApp”ınızı yeniləyərək ən son versiyasını yükləməyiniz- təzələməyiniz vacibdir.   /A24.Az/