Efirdə şok sözlər: Açıq geyinənlər başı bağlılardan min dəfə namusludur

Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində şair Nəzmiyyə Hicran açıq-saçıq geyinən xanımların başını bağlıyan xanımlardan əxlaqlı və namuslu olduğunu dilə gətirib. 

Turkustan.info xəbər verir ki, o, geyimin əxlaqla əlaqəsi olmadığını bildirib. 

“O qədər açıq-saçıq xanımlarımız var ki, min dəfə o başını-gözünü bağlayanlardan ağıllı, əxlaqlı, namuslu, savadlı və səviyyəlidir. Mən başını bağlayan qadınlardan qorxuram. Özümdən asılı deyil, xoşlamıram belə geyinən insanları” – şair bildirib.

Video: Minval.info