İtkin xanəndənin də meyiti tapıldı

Ötən gün dostu öldürülən Novruz Hüseynovun cansız bədəni Qarabağ kanalında aşkarlanıb

Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun da meyiti tapılıb. Xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin də bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Ona 14 bıçaq zərbəsi vurulub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

29 yaşlı Miryusif Mirizadə və 28 yaşlı Novruz Hüseynovun qəzaya düşərək ölmələri barədə məlumat ötən gün yayılıb. /Azvision /