Gün: Avqust 3, 2018

Külək, dolu, leysan… – Hava XƏBƏRDARLIĞI

Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun […]

Rus qadının evində işləyən 3 usta onu bağladı, dəfələrlə zorladı və… – Bakıda ŞOK

Bakıda qadına evində təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Camal Xudiyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Camal Xudiyev 2016-cı il sentyabrın 2-də, saat 13-da tanışı Əşrəf ilə birlikdə, digər tanışları Eldarın təklifi […]

Rəşad Dağlı və Orxan Lökbatanlı mahnı oxudu, hamı ələ saldı – VİDEO

Meyxanaçıların türk dilində eşq etirafı ilə dolu mahnı oxuması məsxərəyə qoyulub.  Turkustan.İnfo xəbər verir ki, sosial şəbəkələrdə meyxana ustaları Rəşad Dağlı və Orxan Lökbatanlının dueti yayılıb. Yayılan video sosial şəbəkə istifadəçiləri tərəfindən heç də yaxşı qarşılanmayıb. Onlar meyxanaçların belə tərzdə mahnı oxumasını gülünc adlandırıblar. Həmin görüntüləri təqdim edirik: /Minval.İnfo/

Prezident İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Məhərrəm Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Paşa oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib. *** İlham Əliyev sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan […]

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü – VİDEO

QMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Xəzər TV-nin əməkdaşlarına hücum çəkib. Turkustan.info xəbər verir ki, hadisə jurnalistlərin Faiq Seyfullayev adlı Bakı sakininin aldığı mənzilin sənədləri ilə bağlı yaranan problemini işıqlandırarkən baş verib. Belə ki, F. Seyfullayevin şikayətini araşdırmaq üçün onun evinə yollanan […]

Hacı Nuran daha bir tanınmışın ölüm xəbərini yaydı

Əməkdar incəsənət xadimi Şəhla Həsənova vəfat edib. Turkustan.info xəbər verir ki, Uzeyir Hacibeyli adina Bakı Musiqi Akademiyasının magistratura şöbəsinin müdiri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor, əməkdar incəsənət xadimi Şəhla Həsən qızı Həsənova dünyasını dəyişib. Bu haqda aparıcı, “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynov məlumat verib. Allah rəhmət […]

Bədəninizdə qırmızı NÖQTƏLƏR VARSA, bu yazını mütləq OXUYUN

Çox insanlarda qəfildən bədənin müxtəlif nahiyələrində – boyunda, dekoltedə, sinədə, kürəkdə qırmızı nöqtələr, xal kimi törəmələr – dərialtı hematomalar meydana çıxır. Eləsi var bundan təşvişə düşür, eləsi var önəm vermir. Turkustan.info xəbər verir ki, əgər qırmızı nöqtələr çox və davamlı yaranırsa, onun səbəbini araşdırmaq lazımdır. Bəzən belə nöqtələrin səbəbi qaraciyər və […]

Bu qərarla avtomobillər bahalaşacaq

Nazirlər Kabinetindən daha bir bahalaşma qərarı avtomobillərin qeydiyyatı ilə bağlı gəldi. “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” artırıldı. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən ediləcək. […]

Ben Ladenin anası ilk dəfə danışdı: Onun beynini yudular

Əl Qaidə terror təşkilatının keçmiş rəhbəri Üsamə Ben Ladenin anası Aliyə Qanem ilk dəfə Britaniya KİV-lərinə açıqlama verib. Turkustan.info xəbər verir ki, müsahibəsi zamanı Qanem Üsamə Ben Ladenin uşaqlıqda çox yaxşı insan olduğunu bildirib: “Mənim həyatım çox çətin keçib. Ona görə ki, oğlum hər zaman məndən kənarda olub. O, çox […]

Hər doğulan uşaq ananın ömrünü 2 il azaldır

Uşağın dünyaya gəlməsi qadının ömrünü 2 il qısaldır. Turkustan.info bildirir ki, bu barədə “Sputnik Azərbaycan” xəbər verir. ABŞ-ın Evanstson Şimal-Qərb universitetinin mütəxəssislərinə görə bu proses yaşlanmanı sürətləndirir. Bu nəticənin təəcüblü olduğunu demək olar. Çünki valideynlər etiraf edir ki, uşaqlar xoşbətlikdir. Stress isə uşağın tərbiyəsi zamanı yaranır və psixoloji sağlamlığa təsir edir. […]

Ətirin ən çox qalıcı olduğu yer haradır?

Bədəndə ətirin qalıcılığını artıran ən ideal yerlər gicgah, yaxa və biləklərdir. Turkustan.info bildirir ki, bədənin qeyd edilən bu hissələri qan damarlarının cildə ən yaxın olduğu yerlərdir. Ona görə də həmin yerlər daha isti olurlar. Bu isə qoxunun həmin hissələrdə mükəmməl şəkildə bədəndə qalmasını təmin edir. Mütəxəssislər ətirin qulaq arxasına vurulma vərdişini […]

Fədayə Laçın “ev dustaqlığı”na buraxılmad

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Turkustan.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq islasında təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, təqsirləndirilən şəxslərin […]

“Müsahibə verən dostu kimdirsə, düşmənin biri elə odur” – Meyiti tapılan xanəndənin qardaşı

Qardaşım Miryusifi məndən çox istəyirdi. Onlar hər dəfə öpüşüb görüşərdilər, qardaş kimi münasibətləri vardı. Novruzun Miryusifi öldürməsi üçün səbəb tapa bilmirəm. Məncə, bu işdə başqa bir şəxsin əli var. Turkustan.info xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib. Son günlər […]

Rəsmi Yerevan Rusiyanın cızdığı xətti aşır – Lavrovdan Ermənistan hökumətinə “qulaqburması”

Emənistandakı aprel hadisələrindən sonra Moskva-Yerevan münasibətlərində gərginlik müşahidə edilməkdədir. Bu, özünü KİV-də daha qabarıq şəkildə göstərir. 2008-ci il martın 1-də baş vermiş hadisə ilə bağlı başlanılan cinayət işi üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin istintaqa […]

Adnan Oktarın qardaşından şok açıqlama: “99-da Oktar həbs ediləndə zəlzələ oldu, 2018-də isə…”

Türkiyədə həbs edilən Adnan Oktarın qardaşı Kənan Oktar iki böyük təbiət hadisəsindən danışaraq baş verənləri qardaşıyla əlaqələndirib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, həkim olan Kənan Oktar qardaşını müdafiə etmək üçün Hz.Muhamməd Peyğəmbər kimi şəxsləri belə öz oyununa alət etməkdən çəkinməyib. Belə ki Oktarın qardaşı Kənan Oktar “Beyaz” TV-nin canlı efirində […]

Anar Əliyev yüksək vəzifəyə təyinat aldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Anar Əliyev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub. Qeyd edək ki, A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. […]

Yaşlı qadını zorlayan ustaya qəti cəza təyin edildi

Ali Məhkəmədə Bakı şəhər sakini Samir Məmmədovun CM-nin 149.2.1-ci (zorlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmasına dair kassasiya şikayətinə baxılıb. Turkustan.info məlumatına görə, 2016-cı il sentyabrın 2-də, Samir Məmmədov tanışları Əşrəf və Eldarla birlikdə Nizami rayonunda yaşayan, rus əsilli yaşlı qadının evinə santexnika işləri görmək üçün yollanıblar. Su kranını […]

Adnan Oktar kimdir? – Psixi xəstə, casus, yoxsa din adamı

“Türk İslam Camaatı”nın lideri, “Harun Yəhya” təxəllüsü ilə tanınan Adnan Oktar haqqında uzun illərdən sonra cinayət işi açıldı və o həbs olundu. Hazırda Adnan Oktar müxtəlif cinayətlərdə, “çirkli pullar”ın yuyulması, insanları aldadaraq əmlaklarının mənimsənilməsi, silah qaçaqmalçılığı və s. qanunsuz əməllərdə ittiham olunur. İddialarda həmçinin onun FETÖ ilə əməkdaşlığı da yer […]

Tikintisi başa çatmamış binalardan mənzil almayın – CİDDİ TƏHLÜKƏ

Bir çox ölkələrdə yaşayış üçün nəzərdə tutulmuş binalar (istisnalar olmaqla) tam tikilib başa çatmamış binadakı mənzillərin satışına icazə verilmir. Azərbaycanda isə bu, tam əksinədir. Paytaxtda elə binalar var ki, tam tikilib istismara verilməmişdən mənzilləri satılıb. Bu, azmış kimi, artıq həmin binalarda mənzil alan vətəndaşlar evlərini təmir ediblər, binalarda yaşayış da […]

ABŞ-ın gizli Ermənistan projesi – Hərbi bazalar çıxarılır, Qarabağ üçün şans

İrəvan Vaşinqtonla Moskva əleyhinə böyük bazarlıq içində; “məxməri inqilab”ın memarı sayılan Qərb erməni əhali arasında anti-Rusiya təbliğatını gücləndirir – hədəf…  Ermənistanın daxili siyasi həyatında 8 may hakimiyyət çevrilişindın sonra Qərb amilinin çəkisi artmaqdadır. Yeni baş nazir Nikol Paşinyan nə qədər Rusiyaya sədaqət andları içsə də, əməldə onun işğalçı ölkədə Moskvanın […]

Yaxın dost olan xanəndələr bir-birinə niyə düşmən kəsildi? – YENİ MƏLUMAT – VİDEO

Bərdədə xanəndə dostunu 14 bıçaq zərbəsi ilə qətlə yetirib, sonra isə özünü su kanalına atıb və boğulub. Hadisə ötən gün Bərdədə baş verib. Əvvəlcə xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun olduğu minik avtomobili Bərdə-Ağcabədi yolunun Hacallı kəndindən keçən hissəsində qəzaya düşməsi ilə bağlı məlumat yayılıb. Araşdırmalar zamanı isə Miryusif Mirizadənin […]

İranda etiraz aksiyaları paytaxta keçdi

İranın müxtəlif şəhərlərində iqtisadi problemlərə qarşı keçirilən etiraz aksiyaları paytaxt Tehrana keçib. Turkustan.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üç gün əvvəl İsfahanda başlayan aksiyalara bu gün Məşhəd və Şiraz kimi böyük şəhərlərdən sonra Tehran sakinləri də qoşulub. Sosial şəbəkələrdə paylaşılan görüntülərə görə, etirazçılar Tehranın Vəliəsr meydanının yaxınlığında yerləşən zibil qutularını […]

Sensasiyalı hesabat: İnsan ömrünü uzatmaq üçün…

Amerikalı biomühəndislər dünyaya yeni sensasiyalı hesabat təqdim ediblər. Belə ki, insan ömrünün uzadılması istiqamətində daha bir addım atılıb. Alimlər donuzlara süni yetişdirilmiş ağciyər köçürüblər. Turkustan.info xəbər verir ki, transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub. Bu vaxtadək məhz patoloji cəhətdən zədələnmiş ağciyərlər orqanizm tərəfindən qəbul edilmədiyindən mükəmməl transplantasiya […]

Moskva-İrəvan soyuq müharibəsi başladı: İlk addımlar atıldı

Ermənistanda baş verən son həbs dalğasının səbəbləri, Rusiyanın bu proseslərə hansı reaksiyanı verəcəyi ilə bağlı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik: – Paşinyan Lavrovun dediyi kimi, siyasi təqiblərə yol verməyəcəyi barədə öhdəlik götürübsə, Moskva bunun qarşılığında Paşinyana hansı vədləri verib? – Paşinyanın öhdəliyi haqqında Rusiya […]

Bu gün Fədayə Laçın məhkəmə qarşısına çıxarılır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası başlayacaq. Turkustan.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək hazırlıq prosesində əvvəlcə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdiriləcək. Qeyd edək ki, ötən il oktyabrın […]

Müəmmalı yadplanetli siqnal aşkarlandı

Kanadanın CHIME (The Canadian Hydrogen Intensity Mapping Experiment) teleskopu mənbəyi bəlli olmayan sürətli radiosıçrayış qeydə alıb. Turkustan.info ATel (The Astronomer’s Telegram) internet servisinə istinadla xəbər verir ki, iki millisaniyə davam edən işartı iyulun 25-də müşahidə olunub. Siqnalın tezliyi 580 meqahers təşkil edib ki, bu da digər radiosıçrayışlarla müqayisədə ən aşağı göstəricidir.  […]