Müəmmalı yadplanetli siqnal aşkarlandı

Kanadanın CHIME (The Canadian Hydrogen Intensity Mapping Experiment) teleskopu mənbəyi bəlli olmayan sürətli radiosıçrayış qeydə alıb.

Turkustan.info ATel (The Astronomer’s Telegram) internet servisinə istinadla xəbər verir ki, iki millisaniyə davam edən işartı iyulun 25-də müşahidə olunub. Siqnalın tezliyi 580 meqahers təşkil edib ki, bu da digər radiosıçrayışlarla müqayisədə ən aşağı göstəricidir.   

Sözügedən radioimpuls çox qısa zaman kəsiyində meydana gəlir və kosmik fəzaya böyük həcmdə – Günəşin bir neçə minilliklər ərzində buraxdığı qədər – enerji tullantısı ilə müşahidə olunur. 

Bəzi fərziyyələrə əsasən, bu hadisə başqa planetdə fəaliyyətdə olan sivilizasiyalarla əlaqəlidir.

Amma bir qrup alimin nəzərinə görə, belə sıçrayışlar böyük miqyaslı fəlakətlərlə, məsələn, ulduzların parçalanması ilə izah oluna bilər.  /Oxu.Az/