Sensasiyalı hesabat: İnsan ömrünü uzatmaq üçün…

Amerikalı biomühəndislər dünyaya yeni sensasiyalı hesabat təqdim ediblər. Belə ki, insan ömrünün uzadılması istiqamətində daha bir addım atılıb. Alimlər donuzlara süni yetişdirilmiş ağciyər köçürüblər.

Turkustan.info xəbər verir ki, transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub. Bu vaxtadək məhz patoloji cəhətdən zədələnmiş ağciyərlər orqanizm tərəfindən qəbul edilmədiyindən mükəmməl transplantasiya üçün yararsız hesab olunurdu. Tədqiqatçılar qidalandırıcı məhlulda laboratoriya heyvanlarının bütün hüceyrələrini çıxarmaqla zülal strukturundan orqanlar yetişdirməyə nail olublar. Yerdə qalan elastik üçölçülü əsas sahə resipiyent donuzun hüceyrələri ilə doldurulub. Yetişdirmə prosesi bir aya başa çatıb. Bundan sonra orqanlar fərdi damar şəbəkəsi yaradıb.

İlk uğurlara baxmayaraq, hələ alimlərin qarşısında insan orqanlarının yetişdirilməsi metodikasının hazırlanması ilə bağlı çoxlu problemlər var. Bu məsələdə resipiyentin yaşı və transplantasiya dövrünədək həyat tərzi mühüm rol oynayır. Lakin alimlər əmindirlər ki, yaxın zamanlarda eksperimentlərin müsbət nəticələrini əldə etmək mümkün olacaq. Birinci mərhələ uğurla başa çatıb. Elmi dairələr bu istiqamətdə tədqiqatların nəticələrini diqqətlə izləyirlər.  /Axar.az/