Nənəni pensiyaya görə ütü ilə yandırıb, naqil ilə boğdular

Qətli onun oğlu və gəlini törədib

Rusiyada yaşalı qadın pensiyasına görə əzab-əziyyətlə öldürülüb.   Turkustan.info-nun Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Omsk şəhərində baş verib. 71 yaşlı qadının ölümü ilə bağlı cinayət işi açılıb. 

Qadını öz doğma oğlu, 28 yaşlı gənc birlikdə yaşadığı qadınla öldürüb. Onlar pensiyasını ələ keçirmək üçün yaşlı qadına əzab əziyyət veriblər. Nənə əvvəlcə döyülüb, lakin pullarının yerini deməyib.

Bundan sonrea isti ütü ilə o yandırılıb. Evdəki 19 min rublu götürəngənclər gediblər. lakin qısa müddət sonra geri qayıdıblar ki, qadının öldüyündən əmin olsunlar.  Ahıl qadında həyat əlamətləri olduğunu görəndə onu ütünün naqili ilə boğublar.    /İstiPress/