Xalq artisti Anar Nağılbaz barədə BUNU İLK DƏFƏ AÇIQLADI: “Səninlə birlikdə…” – VİDEO

“Anar repi ilk dəfə Azərbaycanda səndən eşitdik. Sonra rep və estrada musiqisini birlikdə yenə sən bəstələdin. Çoxları onunla duet oxuma desə də, mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim”.

Turkustan.info xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum reper Anar Nağılbaz haqqında sosial şəbəkədə yazıb. Anar Nağılbazla “Mən səni sevirəm” və “Gecələr” kimi bir vaxtlar olduqca hit olan mahnılar oxuyan sənətçi reperin çox istedadlı insan olduğunu deyib:

“Sən istedadlı insan idin. Başına gələnlər mənə maraqlı deyil. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyif ki, fitnə-fəsad sənin taleyini və müqəddəratını həll etdi. İnanıram ki, başqasının bədbəxtliyi üçün çalışanlar mütləq ilahi ədalətə tuş gələcəklər”.  /Publika.az/