36 yaşlı usta azyaşlını zorladı – Bakıda şok cinayət

Bakıda pedofil həbs edildi.

Turkustan.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “Sputnik Azərbaycan” saytına məlumat verilib.

Bildirilib ki, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.

Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faktla bağlı araşdırma aparılır.  /Minval.info/