Yer ölümcül istixanaya çevriləcək

Beynəlxalq alimlər komandası araşdırıb ki, hətta Paris İqlim Sazişinin şərtlərinə görə, Yer kürəsinin orta temperaturu 4-5 dərəcə yüksək olacaq. 

Araşdırmaçıların fikrincə, Yerin “istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür. 

Turkustan.info xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşrində məlumat verilib. 

Mütəxəssislər yazır ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən yeganə faktor deyil.  

İstiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılması dayandırılması zamanı da istiləşmə davam edə bilər. 

Bu cür proseslərə buzlaqların əriməsi, okeanın dibindən metanın qalxması, bakterial tənəffüs intensivliyinin artması, Amazonda meşə massivinin azalması, Artika və Antarktikada buzlaq sahələrinin azaldılması aiddir.

İstixana qazlarının atmosferə buraxılması zəncirvari reaksiyalara səbəb ola bilər. Bu zaman bəşəriyyət heç nə edə bilməyəcək. 

Yer kürəsinin “istixana”ya çevrilməsinin qarşısını almaq üçün nəinki qaz tullantılarını azaltmaq, həmçinin karbonun saxlanılması üçün meşələrin yaradılması, torpağın və bioloji müxtəlifliyin qorunması vacibdir. 

Hesablamalara görə, 2100-cü ildə böyük şəhərlər su altında qalacaq, Maldiv kimi adalar da yoxa çıxacaq.  /oxu.az/