Gün: Avqust 9, 2018

Qastrit və mədə problemlərindən birdəfəlik XİLAS OLUN – Bu təsirli qarışımlardan İstifadə edin!

Turkustan.info təqdim edir. 1.Düyü suyu Bir litr suda, bir az düyü qaynadıb soyudun və sonra qarışığı süzün. Qarışığı bir şüşəyə qoyun. Qastrit simptomlarını aradan qaldırmaq üçün qarışığı gündə iki dəfə için. (1-2 çay stəkanı) 2.Cəfəri suyu Cəfəri qarnınızın sümük toxuması təbəqəsini sakitləşdirən bir çox anti-iltihap xüsusiyyətə malik olduğundan, güclü bir […]

“Heç kəs heç bir qələt edə bilməz” – Xamneyi hamıya belə cavab verdi

İranın dini lideri Əli Xamneyi son günlər ölkənin 15-ə yaxın şəhərində rejimə qarşı keçirilən kütləvi etirazlara, ona qarşı səsləndirilən sərt şüarlara münasibət bildirib. Bu, axund Xamneyinin son etirazlara ilk reaksiyasıdır. İranın hökumət saytlarının avqustun 8-də yaydığı xəbərə əsasən, son günlər Xamneyi “xaricdə yaşayan bir qrup mədəni fəalla” görüşərək ölkənin mövcud […]

Xocavənddəki “Akvapark”da erməni gənclərin istirahət görüntüləri – FOTOLAR

Xankəndindəki hakim separatçı “Azad vətən” partiyasının təşəbbüsü ilə iyulun 31-də Azərbaycanın işğal altındakı Xocavənd rayonunun Tuğ kəndi yaxınlığında yaradılmış “Vətən” gənclər düşərgəsinin ikinci növbəsi start götürüb. Bu haqda separatçı erməni rejiminə yaxın nəşrlər məlumat yayıb. “Akvapark” adlı istirahət zonasında təşkil edilmiş düşərgənin 1-ci növbəsində müxtəlif bölgələrdən 50 gənc iştirak edib. […]

Bu əşyalar daha çox elektrik enerjisi sərf edir – SİYAHI

Bu günlərdə hər kəs elektrik enerjisinə görə gələn hesablardan narazıdır. Böyük əksəriyyət ötən ay ərzində gələn fantastik qəbzlərin fotosunu sosial şəbəkə vasitəsilə paylaşır və durumun kritik olduğunu yazır. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq, hansı ev əşyalarının daha çox enerji sərfiyyatına yol verməsi ilə bağlı arayış hazırlayıb. […]

Bakıda güclü külək fəsadlar törətdi – VİDEO

Paytaxtda güclü külək bir sıra fəsadlar törədib. Turkustan.info-nun məlumatına görə, Bakının Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilinin, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb. Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra […]

İnsanların subay qalmasının 10 səbəbi

Lefkoşa Universitetinin alimləri sosial şəbəkələrdə paylaşılan 6 min 700 statusu incələyərək insanların subay qalma səbəblərini öyrəniblər. Turkustan.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, insanların tənhalığına səbəb olan 10 əsas amil bunlardır: Xarici görünüş Özünəinamın olmaması Tənbəllik Hər hansı münasibəti qurmaq üçün addım atmaq istəməmək Sevgili olmağı bacarmamaq Qapalı olmaq Yaxın zamanda başqa […]

Orxan Camal öldürülməmişdən jurnalistlər kimə və niyə zəng vurublar?

Yeni detallar Orxan Camal cinayətinə yenidən baxmağa məcbur edir  Mərkəzi Afrika Respublikasında həlak olmuş jurnalistlər qətldən əvvək onlara səfərdən imtina etməyi təklif edən hərbi patrulla mübahisə ediblər. Yeni faktlar MAR-dakı Rusiya səfirliyinin əməkdaşlarının yerli jandarmeriyanın rəhbərliyi və hücum zamanı sağ qalmış sürücü ilə görüşündən sonra məlum olub. Turkustan.info-nun xarici mətbuata istinadən verdiyi […]

Xankəndi səfərinin əsl məqsədi… – Politoloq AÇIQLADI

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan qayıtdıqdan sonra birbaşa Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Onun Xankəndinə gəlişinin anasına baş çəkmək məqsədi daşıdığı deyilsə də, hesab edirəm ki, Sərkisyan Qarabağ ermənilərini ətrafında birləşdirməklə baş nazir Nikol Paşinyana qarşı revanşa hazırlaşır. Turkustan.info bildirir ki, bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib. Paşinyanın “Qarabağ klanı”na […]

Bu yadplanetlinin əslində kim olduğunu bilsəniz – TƏƏCCÜBLƏNƏCƏKSİNİZ – FOTO

Elm aləmi, nəhayət ki, Atakamalı yadplanetlinin nə olduğunu araşdıra bilib.  Dailymail bildirir ki, skelet genetik cəhətdən araşdırılandan sonra “Ata” adlandırılan varlığın, əslində, körpə qız uşağı olduğu aydınlaşdırılıb.  Bəlli olub ki, bu qız uşağının dünyaya gələrkən genetik anormallığı olub. Araşdırmalar göstərib ki, körpə skelet ana bətnində cəmi 15 həftə inkişaf edib.  /ednews.net/az

Putini gözləyən təhlükə – Bunu etməsə, ölkə komaya düşəcək

Rusiyaya qarşı sanksiya mexanizmi yenidən işə düşdü. Dünən ABŞ Senatına təqdim olunmuş sanksiya qanununun mətninin yayılması Rusiya maliyyə bazarlarında çaxnaşma yaratmışdı. Proses bu gün də davam edir. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, ABŞ hökuməti tərəfindən Skripal işi ilə əlaqədar Rusiyaya qarşı ikimərhələli […]

İlham Əliyevdən əhalinin sosial müdafiəsi ilə bağlı MÜHÜM SƏRƏNCAM – 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə […]

Söz xəzinədarı Əlisa Nicat – 82

Aynurə Əliyeva F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti  Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri zaman keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin bəzi yazarlar da  vardır ki, illər, qərinələr, əsrlər keçsə belə həmişəyaşar olaraq qəlbimizə həkk olunur… Dahilər haqqında ürək sözü söyləmək həm […]

Azərbaycanda 21 günün gəlini yoxa çıxdı – VİDEO

Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova evdən yoxa çıxıb. Evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi isə məlum deyil.  Turkustan.info xəbər verir ki, 18 yaşlı və 21 günün gəlini olan Səma Qafarova Lökbatanda qaldıqları evdən yoxa çıxıb. Səma Qafarovanın anası onun yaşadığı evdən avqust ayının 6-da yoxa çıxdığını iddia […]

Üşütməz pencəyim məzar daşını…

Azər Allahverdiyev Şər yeni qarışırdı. Hava dumanlı idi , narın-narın yağış yağırdı. Bəzi evlərin çırağı söndürülmüş, əl-ayaq çəkilmişdi. Məni tənhalıq darıxdırırdı. Havanın dumanlı olmağına baxmayaraq, pençəyimi geyinərək sahilə doğru yavaş-yavaş irəlilədim. Sahilin mehi məni dərin xəyallara aparmışdı. Aradan bir neçə saat keçmişdi. Dumanlı, çiskinli hava getdikçə bərk yağışa çevrilirdi. Şər […]

Paşinyan Ermənistanı iç savaşa sürükləyir

Ermənistanda siyasi gərginlik pik həddə çatıb. “Məxməri inqilab”la Serj Sarkisyan rejimini devirərək hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət artıq narazılıq doğurmağa başlayıb. Son 30 ildə Azərbaycana qarşı hərbi təcavüzkar siyasət yeritmiş Ermənistanın siyasi, iqtisadi dumru onsuz da ürəkaçan deyildi. Yeni hakimiyyət gəldikdən sonra problemlər bir az da artıb. […]

Sakinlərin diqqətinə: Bu rayonda qaz məhdudiyyəti olacaq

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen, diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan təmir işləri […]

Abunəçilərinin 93%-i Azercell-in Müştəri Xidmətlərinin işini yüksək qiymətləndirib

Azercell-in Telefon Mərkəzi 2018-ci ilin ilk 6 ayı ərzində daxil olan 2.302.000 zəngin 92%-ni cavablayıb. Turkustan.info xəbər verir ki, Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən “Azercell Telekom” MMC bu sahədə daim öz işini monitorinq edir və təkmilləşdirir. Belə ki, şirkət tərəfindən mütəmadi […]

Azərbaycanda vəzifəli şəxslər HƏBS OLUNDU – RƏSMİ

Cari ildə pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub. Turkustan.info bildirir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən BakuPost-a verilən məlumatda bildirilib. Məlumata görə, cari ilin iyun ayında respubilkanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə […]

Azərbaycanda yeni agentlik yarandı – SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 9-da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.   Turkustan.info xəbər verir ki, Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin […]

Yuxu deyib keçməyin: Düzgün yatma şəkli orqanızmə fayda verir – MƏSLƏHƏTLƏR

Amerika alimləri sübut edir ki, hər gün 5 saatdan az yatan insanlar 10 il daha tez qocalır və onlarda ürək-damar və mübadilə xəstəliklərinin inkişafı riski 7 saat yatan insanlarla müqayisədə bir neçə dəfə çoxdur. Yuxu ilə bağlı olan yeni araşdırmada alimlər sağlamlıq üçün ən optimal yatış pozasını axtarırdı. Bir neçə […]

Azərbaycan kişiləri boşanmış qadınla ailə qurarlarmı? – ARAŞDIRMA+VİDEO

Baku.Tv cəmiyyətimizdə zaman-zaman aktuallaşan boşanmış qadınla ailə qurmaq mövzusunda reportaj hazırlayıb. Turkustan.info xəbər verir ki, reportajın mərkəzində dayanan mövzu Azərbaycan cəmiyyətində heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. Belə ki, cəmiyyətin güclüləri – kişilər adətən digər həmcinsləri tərəfindən mənfi qarşılanacaqları, həmin qadının əxlaqına şübhə ilə yanaşdıqları üçün bu əməldən çəkinirlər. Lakin […]

Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə… – “Pulya Nəriman”ndan Lənkəranda AĞLASIĞMAZ ƏMƏL

Lənkəran şəhərində qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Fatullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Nəriman Fatullayev tanıdığı və münasibətdə olduğu Lənkəran şəhərinin mərkəzi bazarında zərgərlik fəaliyyəti ilə məşğul olmaqla onunla eyni şəhərdə yaşayan “Zərgər Şükür” ləqəbi ilə tanınan […]

PKK-dan xain hücum: 6 türk əsgəri…

Türkiyənin Hakkari bölgəsinin Kiçik Çuxur rayonunun İnam Dağı ərazisinə PKK-lılarla Şimali İraq tərəfindən aparıldığı bildirilən hücum zamanı 6 türk əsgəri yaralanıb. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Hakkari İcra Hakimiyyətindən bildiriblər ki, Kiçik Çuxur rayonu İnam Dağı Baza Bölgəsinə PKK mənsubları İraqın şimalından geniş və dəstəli hücum təşkil olunduğu bildirilib. […]

Koçaryanın məhkəməsi keçirilir – CANLI

2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Apellyasiya Məhkəməsinin iclasında iştirak edir. Turkustan.info erməni KİV-lərə istinadən xəbər verir ki, iclasda barəsində çıxarılan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə […]

İsrail dəhşətli müharibəyə hazırlaşır: düşərgələr boşaldılacaq və…

Qəzza bölgəsində İsrail və Fələstin arasında sürətlə yeni müharibə başlayır. Turkustan.info xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzetinə danışan adının açıqlanmadığı İsrail rəsmisi deyib. Onun sözlərinə görə, proseslər İsraili sürətli şəkildə müharibəyə sürükləyir. “Müharibə başlayan kimi İsrail ordusunun birlikləri Qəzzaya göndəriləcək. Qəzzaya yaxın bölgələrdəki yəhudi düşərgələri boşaldılacaq. Qəzzada vurulacaq çox […]

Azəbaycanda bu məhsullar BAHALAŞDI – SİYAHI

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb. Turkustan.info xəbər verir ki, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin […]

Azərbaycanda iki arvadı və uşaqları ilə qəbiristanlıqda yaşayan kişi – “Olsa, birin də saxlayaram” – VİDEO

Amil Xəlilin təqdimatında yayımlanan “Space” Tv-nin “Olar:? Olmaz!” verilişində ötən gün inanılmaz anlar yaşanıb. Minval.info bildirir ki, qəbiristanlıqda bir ailənin 3 azyaşlı ilə yaşadıqları barədə xəbər tutan aparıcı sözügedən əraziyə yollanıb. Amil Xəlilin ailə başçısı ilə söhbəti zamanı məlum olub ki, onun iki həyat yoldaşı var. Onların hər ikisi də yanında […]

Almaniya Mərkəzi Bankından İrana sarsıdıcı həmlə : 400 milyonluq zərbənin detalları

ABŞ-ın İrana yönəlik sanksiyalarından sonra, Almaniya Mərkəzi Bankı Tehrana ilk zərbəni vurub. Turkustan.info xəbər verir ki, Amerikanın İrana qarşı sanksiyaları artıq öz bəhrəsini verməkdədir. ABŞ bu istiqamətdə Almaniyanın maliyyə sektorundan dəstək əldə edə bilib. Almaniyanın mərkəzi bankı hesab edilən Deutsche Bundesbank Tehrana 400 milyon dollar civarındakı nağd pul köçürməsini dayandırıb. […]

Qazaxıstan “türk şengeni” təklif etdi

Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş “İpək yolu” vizasının tətbiq olunmasına çağırıb. Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib. Bu rejim “İpək yolu turizm marşrutu” ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.   Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın “Müasir İpək yolu” layihəsi çərçivəsində […]

Azərbaycanlılar kimlərlə ailə qurmağa üstünlük verir?

Əcnəbi ilə ailə həyatı qurmaq müasir reallıqlar üçün kifayət qədər adi haldır.  Ölkəmizdə “qohumun ilə evlənməlisən”, “o, azərbaycanlı olmalıdır”, “həyat yoldaşın müsəlman olmalıdır” kimi mental fikirlərin olmasına baxmayaraq, əcnəbi ilə ailə həyatı quran insanlar da var.  Turkustan.info bildirir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki,2018-ci ildə Azərbaycanda 62 […]

Lotu Qulinin daha 30 adamı belə TUTULDU: Aralarında məşhur “vor zakon” da var – FOTOLAR

Ukraynanın güc strukturları azərbaycanlı “vor zakon” Nadir Səlifovun (“Lotu Quli”nin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar. Turkustan.info-nun əldə etdiyi məlumata görə, Ukraynanın Kirovoqradskiy bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun (“Lotu Quli”nin) kriminal klanının 30 nəfər üzvü “oğru sxodkası” keçiriblər.  Ukrayna Milli polisi onların şəhər kənarında […]

İstanbul yeni hava limanından ilk xaricə uçuş Azərbaycana olacaq – Yeni hava limanı Avropada ən böyükdür

İstanbul yeni hava limanından ilk uçuşun günü və hansı ölkələrə uçacağı bəlli olub. İstanbul yeni hava limanından ilk uçuş 31 oktyabr 2018 –ci ildə saat 14:00-da reallaşacaq. Turkustan.info xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) rəhbəri Mehmet İlker Aycı deyib. Onun sözlərinə görə, ilk uçuaş saat 14:00-da ilk daxili […]

Ermənistan müsəlman erməniləri Qarabağda yerləşdirmək üçün işə başladı – FOTOLAR

Ermənistan müsəlmanlığı qəbul etmiş erməniləri-hemşinliləri Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirmək üçün fəaliyyətə başlayıb. Bu haqda Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey açıqlayıb. Göksel Gülbeyin bildirdiyinə görə, Avropadakı ermən lobbisinin gizli planına uyğun olaraq Türkiyənin Qara dəniz bölgəsində qurulan bəzi hemşinli dərnəklərinin, bu erməni […]

Sarkisyan Qarabağa sığınır – “Orda güclü siyasi dayaqları var”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Erməni mətbuatı sabiq prezidentin artıq 3 gündür ki, Xankəndində olduğunu yazıb. Mətbuatın yazdığına görə S.Sarkisyanın anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəlib. Başqa məlumatlara əsasən, o, 10 gün xaricdə səfərdə olub və […]

Saytların arxivi harda və necə saxlansın? – EKSPERTDƏN TƏKLİF

Məlumdur ki, yazılı mətbuatın arxivinin toplanması və qorunması mümkün olduğu halda, elektron mətbuatla bağlı vəziyyət bir qədər fərqlidir. Buna görə də elektron mətbuatda yayılan informasiyalara uzun illər sonra da əlçatanlığı təmin etmək müzakirə edilir. “İnformasiya resursları Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir. Uzun illər burada addım-addım xeyli informasiya ehtiyatı formalaşıb. Bu, […]

ABŞ Rusiya silahlarını kosmosdan məhv edəcək

Pentaqon kosmosda raketdən müdafiə üçün sensor qatı yerləşdirmək istəyir. Turkustan.info “Defense News” nəşrinə istinadən xəbər verir ki, bu yeni sistemlər Rusiyanın hipersəs raketləri və digər fantastik silahları əleyhinə effektiv olacaq. Nəşrin bu məlumatı Raketdən Müdafiə Agentliyinin direktoru general-leytenant Sem Qrivsin Alabama Ştatı Hantsvil şəhərində çıxışına istinadən yayılıb. Qrivsin sözlərinə görə, bu […]

Votsap istifadəçilərinə şok: Bu boşluq sayəsində…

Votsap messencerinin təhlükəli zəif nöqtəsi aşkar edilib. Onun vasitəsi ilə məlumatların mətnini dəyişmək olur. Turkustan.info xəbər verir ki, bunu “Check Point Research” tədqiqat kompaniyasının mütəxəssisləri aşkar edib. Servisin təhlükəsizlik sistemindəki boşluq hakerlərə həm istifadəçilərin şəxsi yazışmalarında, həm də qrup çatlarındakı məlumatlarla manipulyasiyalar etməyə imkan verir. Bu, Votsapın mobil və veb-versiyalarında məlumatları […]

İlin sonunadək maliyyə bazarımızda nə baş verəcək – Xarici və daxili gözləntilər

“Azərbaycan 2018-ci ildə iqtisadi artıma nail olmaqla makroiqtisadi stabilliyi qoruyub saxlaya biləcək”  “Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq”. Yerli məlumatın məlumatına görə, bu proqnoz “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən təqdim edilib. Makroiqtisadi sabitlik inflyasiyanın […]

Saakaşvilidən Paşinyan proqnozu: Putin onu devirəcək

Rusiya Ermənistan Baş naziri Nikol Paşinyana qarşı payızda böyük etirazlar təşkil edəcək. Turkustan.info xəbər verir ki, bunu “Novaya qazeta” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib: “Qafqaz sürətlə dəyişir. Ermənistana baxın. Tam nəzarət yoxdur. Təkcə hərbi nəzarət və Rusiya təbliğatı xalqın iradəsini dayandırmaq gücündə deyil. Putin Ermənistanı rahat buraxan deyil. Məncə […]

Afaq Aslan qiymətini AÇIQLADI – Yarım saatı 2000 manata…

Müğənni Afaq Aslan toy qiymətini açıqlayıb. Turkustan.info bildirir ki, Unikal.org-a açıqlama verən müğənni hər toya getmədiyini bildirib. O, qeyd edib ki, getdiyi toylar arasında seçim edir: “Hər toya getmirəm. Ümumiyyətlə, tam toy idarə etmirəm. Toyun müəyyən bir hissəsində iştirak edirəm. Adətən məclisdə yarım saat iştirak edirəm. Toya yarım saata 2000 […]

İsmayıllıda dəhşətli hadisə: İnəklərin döşləri kəsilib – VİDEO

İsmayıllı rayonunda iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib. Onun sözlərinə görə, rayonun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı analiz götürülüb: “Heyvanların süd vəzilərinin naməlum şəkildə kəsilməsi ilə bağlı idarə və hüquq-mühafizə orqanların […]

“Get işinlə məşğul ol” – Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik – VİDEO

“Xəzər TV”-də yayımlanan “Hər şey daxil” verilişində “Ay yay yay” serialının baş rol ifaçıları qonaq olub.  Turkustan.info xəbər verir ki, serialdan parçaları izlədikdən sonra aparıcı Tarix Əliyev müğənni Orxan Babazadəyə iradını bildirib.  Tolik qeyd edib ki, Orxan avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmağı unudub və onu 40 AZN cərimə etmək lazımdır.  […]

İşdən çıxarılan şəxslərə nə qədər pul veriləcək? – Sığorta ödənişində yenilik

Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilən, yəni işini itirən şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada sms bildiriş göndəriləcək. Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi […]

ABŞ-dan Rusiyaya növbəti BÖYÜK ZƏRBƏ: Gecə saatlarında…

Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi haqqında ABŞ-ın Dövlət Departamentinin bəyanatı rublun dəyərini növbəti dəfə aşağı saldı. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 23:59-a olan məlumata görə, Moskva valyuta birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 2,05 rubla qədər bahalaşıb. Hazırda dolların kursu 65,55 təşkil edir. 1 avro […]

Astarada ƏMƏLİYYAT: Çay fabrikindən silah-sursat tapıldı

Astarada çay fabrikindən silah-sursat tapılıb. Turkustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 […]

+18 verilişin azərbaycanlı aparıcısı yarıçılpaq şəklini yaydı – FOTO

Qalmaqalla gündəmə gələn aparıcı-aktrisa Könül Yusifqızı açıq-saçıq geyimi ilə diqqət mərkəzinə düşüb. Turkustan.info xəbər verir ki, bu dəfə sosial media hesabında yeni fotosessiyasından yarıçılpaq foto paylaşıb. Qeyd edək ki, televiziya verilişlərindən birinə qatılan aparıcı belə şəkillərə daha çox qiymət verildiyini deyib. O, hətta ətəyini efirdə qaldıraraq “buna baxırlar” söyləyib. Könül Yusifqızı bunu […]

Azərbaycanda orta aylıq əmək haqqı artdı

2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 541,1 manat olub. Turkustan.İnfo bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, […]

Ermənistan ordusunun mayoru ölüb – FOTOLAR

Avqustun 9-da saat 07:50 radələrində Loru vilayətinin İrəvan-Vanadzor yolunun Spitak dolaylarında Araqatsotn vilayətinin Kuçak kənd sakini 32 yaşlı Artak Qriqoryan idarə etdiyi “Mercedes ML” markalı avtomobilinin idarəetməsini itirərək qəza törədib.  Turkustan.info xəbər verir ki, avtomobil yolkənarı dəmir maneələrə çırpılaraq 150 m-dək məsafədə bir neçə dövrə vurmaqla dərəyə yuvarlanıb. Məlumata görə, qəza […]

“İrəli” İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə akkreditasiyanı qazanıb

21.05.2018-ci il tarixində  “İrəli” İctimai Birliyi Erasmus+ proqramı nəzdində olan Avropa Könüllülük Xidməti (European Volunteering Service) ilə bağlı olaraq akkreditasiyanın yenilənməsi və səviyyəsinin artırılması üçün müraciətin son mərhələsi olaraq EVS təmsilçisi olan Maja Selanla görüş keçirib. Görüş zamanı təşkilatın fəaliyyəti və planlaşdırılan aktivitilər haqqında təqdimat təqdim edilib. Eynisi ilə Avropa […]

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Turkustan.info-nun məlumatına görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 11 avqust tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə […]

Eldar Əzizov Bakı meriyasında kimisə işdən çıxarmağa tələsmir

Xəbər verdiyimiz kimi bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib. Eldar Əzizov Bakı meriyasının başçının müavini təyin edilib. Hazırda BŞİH-nin başçısı postu boş olsa da, kadr islahatlarının nə vaxt aparılacağı məlum deyil. İddialara görə, Bakı şəhər İcra  Hakimiyyətinin mətbuat xidməti, […]

Milyonlarla insan niyə Azərbaycanı seçir? – VİDEO

Bakı Müstəqil Dövlətlər Birliyi reytinqində yay səyahətlərinin ən populyar şəhəri seçilib. Bu il yayda şəhəri 1 milyondan çox turist ziyarət edib. “Mir24” telekanalı xaricilərin nə üçün Bakını seçməsi ilə bağlı sujet hazırlayıb. Sujetdə vurğulanır ki, İçərişəhər Bakının vizit kartıdır. Bakıya gələn hər bir turist mütləq yolunu İçərişəhərdən salmalıdır. Bu cür […]

Azərbaycanda işsiz qalanlarla bağlı – UNİKAL YENİLİK

İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən […]

Yaquarla alliqatorun amansız döyüşü – VİDEO

Sosial şəbəkələrdə Yaquarla (Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir –red.) alliqator arasında döyüşün videosu çıxıb. Turkustan.info xəbər verir ki, unikal kadrlar Braziliyada milli parklardan birində çəkilib. Çarxın müəllifi 21 yaşlı Daniel Xanterin sözlərinə görə, təxminən 15 dəqiqə davam edən döyüş yaguarın qələbəsi ilə başa çatıb. Baxmayaraq […]

Sərkisyan 3 gündür ki, Azərbaycanda imiş – FOTO

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan Ermənistana qayıdıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyini bildirib. Onun artıq 3 gündür Xankəndində olduğu vurğulanıb. Sərkisyanın mətbuat xidməti isə onun İtaliyadan Ermənistana bir həftə əvvəl qayıtdığını bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Macar Turan Fondunun rəhbəri ilə görüşüb

Macarıstanda keçiriləcək VI Hun-Türk Qurultayında iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində bir sıra görüşlər keçiriblər.  Turkustan.info xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Macar Turan Fondunun başkanı Andras Biro ilə görüşüblər. Görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri […]

Üzeyir Mehdizadə mahnıları London küçələrinə necə gəlib çıxdı? – VİDEO

Klassik musiqi dinləyərək rikşa gəzintisinə çıxacağımı düşünüb həyəcanlanmışdım. Lakin sonra başa düşdüm ki, kimliyini ilk dəfə Londonda məni gəzdirəcək rikşa sürücüsündən öyrəndiyim azərbaycanlı ifaçının mahnısını dinləməli olacam. Vüsal Həmzəyev Londondakı rikşalardan birində gözlənilmədən Azərbaycanın pop müğənnisi Üzeyir Mehdizadənin ifasıyla tanış olub. Sən demə, London rikşaçıları Üzeyir Mehdizadəni dinləyir və müştərilərinə […]

Tovuz ilə Masallı Nazili ilə qardaşlaşacaq

Qardaş Türkiyənin Nazili vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Nazili bələdiyyə başqanının müavinləri, Naizli bələdiyyə məclisinin üzvləri, tanınmış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər. Qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk […]

İrəvanda həbslər: Sabiq baş nazirin qardaşı tutuldu – Video

1 mart qırğınları ilə əlaqədar açılmış cinayət işi çərçivəsində Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan həbs edilib. Turkustan.info xəbər verir ki, Henrix Abramyanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxalayıb. Onun 6-7 avqustda Ambik Gevorkyanın adına qeydiyyatdan keçirilmiş mexaniki təmir zavodunda aparılan axtarışdan sonra həbs edildiyi bildirilib. Araşdırma nəticəsində zavoddan […]

Bakıda toy yasa çevrildi – Faciə

Paytaxtın Xəzər rayonunda yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib. Turkustan.info xəbər verir ki, 63 yaşlı Hüseynov Əlimirzə Əzizağa oğlu Bilgəh qəsəbəsində keçirilən toy mərasimində rəqs edən zaman halı pisləşərək yerə yıxılıb. Toya qonaq qismində dəvət olunan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib. Faktla bağlı Xəzər Rayon […]

“Lotu Quli”nin adamları güllələndi – Həbslər var – FOTO

Qazaxıstanın güc strukturları azərbaycanlı “vor zakon” Nadir Səlifovun (“Lotu Quli”nin) kriminal klanının öz nüfuz dairəsini Qazaxıstana yaymaq cəhdinin qarşısını alıblar. Qazaxıstan KİV-ləri xəbər verir ki, DİN və MTK-nın Akmola vilayəti ərazisində birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində odlu silahın və narkotik vasitələrin qeyri-qanuni saxlanmasında şübhəli bilinən Azərbaycan vətəndaşı, 1986-cı ildə […]

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb. Turkustan.info bildirir ki, bu barədəA24.Az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə […]

Ad, ata adı və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik – Baş nazir qərar imzaladı

Adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi qaydalarında dəyişiklik edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərarda bildirilib ki, adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından […]

“Bavariya” bir oyunda 20 qol vurdu – VİDEO

Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən “Bavariya” yoxlama oyununda 20 qol vurub. Turkustan.info-nun klubun saytına istinadən verdiyi xəbərə görə, Münhen komandası həvəskar liqa təmsilçisi “Rottax-Eqern”a 20:2 hesabı ilə qalib gəlib.  “Bavariya”dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər,Müller və Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimmixhərəyə 1 dəfə fərqləniblər. /Oxu.Az/

Ərəblər nə üçün Azərbaycana gəlir? – Özləri HEYRANLIQLA AÇIQLADILAR

Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin sakinləri üçün tətillərini keçirmək üçün əla seçimdir. Turkustan.info xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” nəşri yazıb. Nəşrdə Azərbaycanla bağlı məqalədə Bakının tanınmış yerləri və Azərbaycanda istirahət etməyən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün üstünlüklərindən yazılıb. Məqalədə bildirilir ki, Bakıda İçərişəhərin gözəl divarları […]