“Bavariya” bir oyunda 20 qol vurdu – VİDEO

Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən “Bavariya” yoxlama oyununda 20 qol vurub.

Turkustan.info-nun klubun saytına istinadən verdiyi xəbərə görə, Münhen komandası həvəskar liqa təmsilçisi “Rottax-Eqern”a 20:2 hesabı ilə qalib gəlib. 

“Bavariya”dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər,Müller  Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimmixhərəyə 1 dəfə fərqləniblər.

/Oxu.Az/