İrəvanda həbslər: Sabiq baş nazirin qardaşı tutuldu – Video

1 mart qırğınları ilə əlaqədar açılmış cinayət işi çərçivəsində Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan həbs edilib.

Turkustan.info xəbər verir ki, Henrix Abramyanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxalayıb. Onun 6-7 avqustda Ambik Gevorkyanın adına qeydiyyatdan keçirilmiş mexaniki təmir zavodunda aparılan axtarışdan sonra həbs edildiyi bildirilib. Araşdırma nəticəsində zavoddan 3 pulemyot, 7 avtomat, 2 SVD snayperi, 2 tapança və çox sayda patron aşkarlanıb. Abramyanla bərabər Gevorkyan da həbs edilib.

Qeyd edək ki, Ovik Abramyan Serj Sərkisyanın köhnə komandasının üzvüdür. Hakimiyyətdən getməyinə rəğmən o, dövlətin müəyyən açar nöqtələrinə hələ də güclü təsir etmək imkanlarına sahib olub. Abramyan həmçinin yenidən hakimiyyətə qayıtmağa ən şanslı namizədlərdən biri idi. Ovik Abramyan zamanında öz vəzifəsindən Sərkisyanın təzyiqlərindən sonra gedib.

/Axar.az/