İsrail dəhşətli müharibəyə hazırlaşır: düşərgələr boşaldılacaq və…

Qəzza bölgəsində İsrail və Fələstin arasında sürətlə yeni müharibə başlayır.

Turkustan.info xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzetinə danışan adının açıqlanmadığı İsrail rəsmisi deyib.

Onun sözlərinə görə, proseslər İsraili sürətli şəkildə müharibəyə sürükləyir.

“Müharibə başlayan kimi İsrail ordusunun birlikləri Qəzzaya göndəriləcək. Qəzzaya yaxın bölgələrdəki yəhudi düşərgələri boşaldılacaq. Qəzzada vurulacaq çox hədə var”, – deyə İsrail rəsmisi vurğulayıb.  /Publika.az/