Gün: Avqust 10, 2018

Bir aya 20 kiloqram arıqlamağın ASAN YOLU

Bir çox xanım və bəylər artıq çəkidən əziyyət çəkirlər və tez bir zamanda arıqlamağın yollarını axtarırlar. Turkustan.info xarici mediaya istinadən bir aya 20 kiloqram arıqlamağın təbii yollarını təqdim edir: Bunun üçün ən yaxşı vasitə limondur. Limonun sağlamlıq üçün faydaları bitib tükənməzdir. Yağ yandırıcı özəlliyi sayəsində o pəhrizlərin də vazkeçilməz hissəsidir. […]

Türkiyədə “qara cümə”: Dollar rekord dalınca rekord vurdu

Cümə günü, avqustun 10-u Türkiyənin yeni tarixində görünməmiş valyuta təlatümü ilə yadda qaldı. Turkustan.info xəbər verir ki, günə 5,55 TL məzənnəsi ilə başlayan ABŞ dolları artıq ilk saatlarda birjalarda əsl təşvişə səbəb olub. Cəmi bir neçə saat ərzində dollar 6 TL səviyyəsini keçib. Maraqlıdır ki, ölkənin maliyyə naziri Berat Albayrakın Türkiyənin […]

Sumqayıt şossesində növbəti qətl: Bu dəfə “Aşıqlar” kafesində

Hüquq-mühafizə orqanları kafedə gənci döyüb öldürən adamı axtarır Bu gecə Binəqədi rayonunda qəsdən adam öldürmə faktı qeydə alınıb. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azırbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, qətl hadisəsi Sumqayıt şossesində yerləşən “Aşıqlar” kafesində törədilib. Naməlum şəxs kafedə Bakı şəhər sakini 1993-cü il […]

Bakıda sərnişin avtobusu dərəyə aşdı – Son dəqiqə

Günəşlidə avtobus dərəyə aşıb. Axşam saatlarında 64 nömrəli marşurut avtobusu təzə benzindoldurma məntəqəsi adlanan ərazidə dərəyə aşıb. Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusun dərəyə aşmasına səbəb əyləc sisteminin işləməməsi olub. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Yenicag.az-a açıqlamasında xəbəri təstiqləyib. Mais Ağayevin sözlərinə görə, avtobusda sərnişin […]

Rusiyadan dollarla bağlı – ÇAĞIRIŞ

Rusiya digər ölkələrlə aparılan əməliyyatlarda dollardan istifadəyə son qoymalıdır. Bunu rusiyalı senator İqor Morozov bildirib. Morozov Vaşinqtonun yeni sanksiyalarına cavab verməli olduqlarını söyləyib: “Yeni sanksiyalara cavab verməliyik və ilk növbədə iqtisadiyyatda tərəfdaşlarımızla birlikdə dollardan imtina etməliyik və milli valyutadan yararlanmalıyıq. Bu, yalnız Rusiyanın deyil, iqtisadi müharibədə beynəlxalq ictimaiyyətin cavabı olacaq”.  […]

“Rusiya Ermənistandakı yeni vəziyyətə öyrəşməlidir” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddində yerləşən Berd şəhərinə səfər edərək bir sıra görüşlər keçirib, əhalinin və jurnalistlərin suallarını cavablandırıb. Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlığının əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Moskva Ermənistandakı dəyişikliklərə uyğunlaşmalıdır.  Rusiya xarici […]

ABŞ ŞƏRTİNİ AÇIQLADI: Türkiyə ilə münasibətləri düzəltməyin tək yolu…

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyret ölkəsinin Türkiyə ilə münasibətlərində yaranan gərginliklə bağlı açıqlama verib. Turkustan.info xəbər verir ki, sözçü Türkiyənin 9 nəfəlik heyəti ilə Vaşinqtonda müzakirələrin davam etdiyini və amerikalı rahib Endryu Bransonun həbsdən azadlığa buraxılaraq vətəninə geri qaytarılmasını heyətə açıq şəkildə söylədiklərini deyib. Noyret “bizim üçün irəliləyişin əldə edilməsi […]

Planetimiz üçün təhlükəli 5 ay: Nələr vəd edir?

Avqust ayının 11-də Bakı vaxtilə saat 14:47-də ilin sonuncu astronomik hadisəsi – adi güntutulması olacaq. Öncə bildirim ki, baş verəcək güntutulması daha çox planetimizin şimal hissəsini əhatə edəcək. Kanada, Qrenlandiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Koreya, İslandiya, Ukrayna, Böyükbritaniya, Norveç, İsveç, Finlandiya, Estoniya və Latviya sakinləri bu olayı adi gözlə izləyə […]

Xəzər dənizi müqaviləsinin detalları bəlli oldu – Tarixi saziş

Xəzər dənizinin statusu ilə bağlı 1996-cı ildən aparılan danışıqlar yekunlaşıb və 12 avqustda Xəzəryanı ölkələrin liderlərinin iştirakı ilə müqavilə imzalanacaq. Turkustan.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Kreml müqavilənin detallarını da yayımlayıb. Müqaviləyə əsasən, Xəzər dənizinin su səthi birgə istifadəyə açıq olacaq, dənizin dibi və torpağın alt hissələri sahilyanı […]

İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Teymur Ənvər oğlu Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun […]

Trampdan Türkiyəyə daha bir zərbə – Gömrük vergisini iki dəfə artırdı

ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.   Turkustan.info xəbər verir ki, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb: “Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını […]

Yeni texnologiya TELEFONLAR pasportları ƏVƏZ edəcək

ABŞ-ın Patent və Əmtəə Nişanları Bürosu “Apple” şirkətinin “iPhone” smartfonu vasitəsilə şəxsiyyətin identifikasiyası texnologiyası üçün müraciətini qeydə alıb. Tutrkustan.info “RİA” agentliyinə istinadla xəbər verir ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İdeya mühafizəli saxlancdan şifrələnmiş istifadəçi məlumatlarının informasiyanı tələb edən orqana təqdim edilməsi üzərində qurulur. Şirkət qurğudan informasiyanı […]

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info dövlət başçsının rəsmi saytına istinadən xəbər verir ki, sərəncam əsasən, Qanunun 10.19-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilib. Beləliklə, 1 yanvar 2019-cu ildən etibarən Ədliyyə Nazirliyi tərəfindən göstərilən icra qeydinin aparılması xidmətinə görə rüsum 20 […]

İnsanlara fal açıb milyonlar qazananlar – VİDEO

Magiya, qeyri-adi güc və qüvvələrin etdiklərindən ya bizə danışırlar, ya da haradansa oxuyub-maraqlanırıq. Müasir dövrümüzdə özlərini “ekstrasens” adlandırıb, insanların taleyi barədə fikir səsləndirən, gələcəkdə olacaq hadisələrdən danışanlar da az deyil. Azərbaycanda ekstrasenslərə inananlar var, amma onların bu hərəkətlərini şou adlandıranlar da kifayət qədərdir. Bu cür halların qarşısı almaq isə hər […]

Azərbaycandan Türkiyəyə çıxarılan külli miqdarda dollar tutuldu – FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana “Mersedes Benz travego” markalı avtobusla gedən Türkiyə Respublikasının […]

Gürcüstana gedək, çəkək, qayıdaq…

Azərbaycanda gənclər arasında yeni trend yaranıb: “Bəlkə, Gürcüstana gedək, çəkək, qayıdaq?” Bu, onunla bağlıdır ki, qonşu və dost ölkədə marixuananın leqallaşdırılması ilə bağlı qanun qəbul edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, hər il marixuananın saxlanılması, daşınması və istifadəsinə görə yüzlərlə insan müxtəlif cəzalar alır. Sirr deyil ki, Azərbaycanda da […]

Ərdoğanla Putin vəziyyəti müzakirə etdi – SON DƏQİQƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladim Putinlə telefonla danışıb. Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, bir qədər əvvəl – Ərdoğanın Baynurtda olduğu vaxtda gerçəkləşdirilmiş telefon danışığında liderlər bir sıra məsələləri müzakirə ediblər. Telefon danışığının təfərrüatı hələ ki, açıqlanmır. 

Bakıda evinin sökülməsinə etiraz edən vətəndaş özünü yandırdı – Video

Evinin sökülməsinə etiraz edərək özünə qəsd edən Şahmərdanov Musayıl İsmayıl oğlunun vəziyyəti ağırdır. Turkustan.info xəbər verir ki, o, ağır yanıq xəsarəti alaraq Plastik və Rekonstruktiv Cərahiyyə Klinikasının Yanıq Bölməsinə yerləşdirilib. Musayıl Şahmərdanov deyib ki, 2005-ci ildən Sabunçu rayonunun Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi 14 ünvanında yaşayır. Həmin ünvanda 3 otaqlı ev […]

Ərdoğandan SON DƏQİQƏ dollar açıqlaması – “Yastığının altında qızılı olan varsa…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə lirəsinin kursunun dollar qarşısında bahalaşmasına dair açıqlama verib. Ərdoğan xalqı narahat olmamağa çağırıb: “Dollar-mollar bizim yollarımızı kəsməz, heç narahat olmayın. Buradan təkrar söyləyirəm, yastığının altında qızılı, qiymətli kağızları olan varsa, onu nəğdə çevirsin. Bu, yerli və milli bir mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan […]

Putin Təhlükəsizlik Şurasını topladı – SƏBƏB isə…

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın Rusiyaya tətbiq edəcəyi yeni sanksiyaları müzakirə edib. Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, iclasda Vaşinqtonun sanksiyaları qeyri-qanuni adlandırılıb. Qeyd edək ki, bundan öncə Rusiya Baş naziri Dmitri Medvedyev […]

Bermud üçbucağı ilə bağlı ŞOK TAPINTI – Lənətin sirri tapılır – FOTOLAR+VİDEO

Tədqiqatçı Darrel Miklos keçmiş NASA atstranavtı Qordon Kuperin hazırladığı xəritə əsasında atlantik okeanında araşdırmalar aparıb. Bu xəritədə Bermuda üçbucağında maqnit anomaliyalarının intensiv olduğu yerlər qeyd olunub. Turkustan.İnfo “DailyMail”ə istinadən xəbər verir ki, Darrel Bahama adalarından (Bermud üçbucağı olan ərazi) bir qədər kənarda, okeanın dibində qeyri-adi bir tapıntı aşkar edib. O, bu […]

Efirdə din xadimi ilə qalmaqal – “Bu gedişlə çox yaşamayacaqsan” – VİDEO

“Space TV”də yayımlanan “El bizim, sirr bizim” verilişində intihar mözusundan danışan qonaqlar arasında qalmaqal yaşanıb. Turkustan.info xəbər verir ki, proqrama dəvət alan jurnalist Cavid Əhmədoğlunun müğənnilər, falçılar və ilahiyyatçıları bir qəbildən hesab etməsi narazılığa səbəb olub. O, bu peşələrin nümayəndələrini insanların “qazandırdığını” deyib: “Bu təbəqədə olan insanların özünü öldürdüyünü görmüsünüz? Çünki […]

Mərkəzi Bank manatın taleyi ilə bağlı açıqlama verdi

Azərbaycan Mərkəzi Bankı Türkiyədə, Rusiyada və İranda milli valyutanın dollara nisbətdə kəskin ucuzlaşmasının manata təsiri olub-olmayacağı barədə açıqlama verib. Turkustan.info bildirir ki, məsələ ilə bağlı Milli Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusunu cavablandırıb. O deyib ki, valyuta bazarındakı vəziyyət və manatın məzənnəsinə təsir göstərən başlıca fundamental amil tədiyyə balansının durumudur. […]

Bu gün çox mühüm sənədlər imzalandı – İlham Əliyev

Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir. Turkustan.info xəbər […]

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına – RƏSMİ ELAN

1990-cı illərdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına köçən və hazırda Türkiyə ərazisində müvafiq sənədləri olmadan yaşayan Azərbaycan Respublikası vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədləri əldə etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə elektron formada müraciət edə bilərlər.  Həmin kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarından xahiş olunur ki, […]

İrana daha bir zərbə: Dollardan imtina

İraq İranla ticarət hesablaşmaları zamanı dollardan imtina etmək niyyətindədir. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Saad əl Hədisi deyib. Onun sözlərinə görə, İraq bu addımı ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar ucbatından atıb. O həmçinin dollardan imtinanın ikitərəfli ticarətdə azalmalara da səbəb olacağını bildirib: “İraq […]

İsmayıllıda inəklərin süd vəzilərinin qopması ilə bağlı ANALİZLƏRİN CAVABI

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib. B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: “Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. […]

Palata: Dollar satışına heç bir limit qoyulmayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların dollar satışına heç bir limit qoyulmayıb. Bunu MBNP-nın mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib. Onun sözlərinə görə, banklarda dollar satışına limit qoyulması ilə bağlı palatadan heç bir göstəriş verilməyib: “Məsələ bizim qurum tərəfindən ciddi nəzarətə götürüb. Vətəndaşlara da müraciət etdik ki, banklardan valyuta almaq istəyənlər limitlə üzləşdikdə dərhal […]

“Bizim sevdamız məzara qədərdir”, H.Kılıç

“Can Azərbaycan” kəlməsi dilimizdən yox, bağrımızdan çıxır”. Bu sözləri Türk Dünyası Parlamentlər Birliyinin Xarici Əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç deyir həmişə. Azərbaycanda bir müddət Türkiyə səfiri olmuş Hulusi Kılıçın adı türk dünyasında hamıya tanışdır. O, 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri, 2012-2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika […]

Putinin köməkçisi oliqarxlardan 500 milyard qoparmağı təklif etdi, səhm bazarı çökdü

Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov öz şefinə məktub göndərərək 14 kimya, neft-kimya və metallurgiya şirkətlərindən prezidentin may fərmanlarının yerinə yetirilməsi üçün 500 milyard rubl götürməyi təklif edib. Virtualaz.org xəbər verir ki, bura “Nornikel”, “Alrosa”, “Sibur”, “Severstal” kimi iri şirkətlər daxildir. Prezidentin köməkçisi öz təklifini belə […]

“Bəlkə silahı Ermənistana kreditlə yox, nəğd pula sataq?” – RUSİYADAN MESAJ

Rusiyada hakimiyyətə yaxın “Nezavisimaya qazeta”nın bu günkü redaksiya məqaləsində Ermənistana güzəştli kreditlə silah satışından və əvəzində İrəvanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərindən bəhs edilir. Virtualaz.org xəbər verir ki, məqalədə silahların Ermənistana daha kreditlə yox, nəğd pula təklif edilə biləcəyinə eyham vurulur. “Kreditlə silah təchizatı adi məsələdir. Hərbi-texniki əməkdaşlığa cəlb […]

“ASAN xidmət”in yeni “Çağrı” mərkəzi açılıb

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin yeni inzibati ofisinin açılışı olub.  Turkustan.info xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat nümayəndələrini mərkəzin inzibati binası ilə tanış edib və ətraflı məlumat verib. Ü.Mehdiyev bildirib ki, “Çağrı” mərkəzi “ASAN xidmət” yarandığı gündən fəaliyyət […]

3 yaşlı qız bütün dünyanı MAT QOYDU – Eynşteyni də qabaqladı

İngiltərə vətəndaşı olan 3 yaşlı Ofeliya Morqan-Dyu zəkası ilə hər kəsi özünə mat qoyub. Turkustan.info xəbər verir ki, ölkəsinin ən zəkalı qızı olan Ofeliya 171 İQ-yə sahibdir. Azyaşlı ilk sözünü söyləyərkən hələ 8 aylıq olub. Həmin zamanda rəngləri, rəqəmləri ayırd edə bilib və əlifbanı öyrənib. O, 1 yaşından öncəki anlarını belə xatırlayır. […]

Ailələri dağıdan və insanalrın ölümünə səbəb olan” spays” iki xanəndənin ölüm səbəbi imiş..

“Spays” Rusiya və Türkiyədə mağazalarda açıq satışda olub. Hər kəs bu gün Azərbyacanda energetik içkilər aldığı kimi “Spays” alıb itirilmiş enerjisini bərpa etməyə çalışırmış. Tərkibində mavi zanbaq, Havay qızılgülü, Öncəgörənlər şalfeyi (Salvia divinorum) olan “Spays”ın sonradan sıradan bir energetik tərkibli ədviyyat tərkibli olmadığı üzə çıxdı. Bilindi ki, ədviyyat kimi təqdim […]

Azərbaycanda universitet müəllimi ÖZÜNÜ YANDIRDI

Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb. Turkustan.info  report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun […]

Paşinyan ikinci cəbhədən atəş açdı

Serj Sarkisyanın Xandəndi səfəri vəziyyəti dəyişdi Ermənistan Xüsusi İstintaq Xidməti 2008- ci il 1-2 mart hadisələri çərçivəsində keçmiş baş nazir Ovik Abramyanın qardaşı Henrik Abramyanı həbs etdirib. Turkustan.info-nun məlumatına görə, bununla da Nikol Paşinyan 2019-cu ilin aprel ayına nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri ərəfəsində onun hakimiyyətinə mane olacaq ikinci cəbhəyə […]

Azərbaycanın 500 milyon dollarının aqibəti necə olacaq? – SANKSİYA

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir. Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır”. Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib. Ekspert qeyd edib ki, bu valyutalar arasında avro […]

Qurbanlıq yarmarkalarını Agentlik təşkil edəcək – AÇIQLAMA

Bu il Qurban bayramı ilə əlaqədar yarmarkaları Qida Təhlükəsizliyi Agentliyi təşkil edəcək. Turkustan.info bildirir ki, bu barədə Cebhe.info-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, yarmarkaların təşkili ilə bağlı inzibati, təşkilati məsələlər Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə aiddir. Kənd Təsərrüfatı Nazirliyi isə bi məsələdə Agentliyə […]

Banklar dollar satışına niyə limit qoyub?

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib. O, “Report”a açıqmasında bunları deyib: “Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansı […]

Qəbiristanlıqlarla bağlı sənəd HAZIRLANDI – Məzar yerləri pulsuz olacaq

“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə  İqtisadiyyat Nazirliyi sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini […]

UNEC müəlliminin analizi Türkiyədə xüsusi bülleten kimi nəşr edilib

UNEC müəlliminin məqaləsi Türkiyənin ən nüfuzlu beyin mərkəzinin xüsusi bülleteni kimi nəşr edilib. UNEC-in İqtisadiyyat və İşlətmə kafedrasının müəllimi Araz Aslanlının yazdığı “Rusiyanın Suriya siyasəti” başlıqlı məqalə Türkiyənin ən nüfuzlu beyin mərkəzlərindən biri olan ORSAM-ın (Ortadoğu Stratejik Araştırmalar Mərkəzi – Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi) xüsusi bülleteni kimi nəşr edilib. […]

Yəhudi nazirdən sensasiyalı açıqlama: “Hamısını öldürməliyik”

Miri Regev: “Sui-qəsd siyasətinə geri dönməliyik və onları hədəf almalıyıq” İsrailin mədəniyyət və idman naziri Miri Regev jurnalistlərə qalmaqallı açıqlama verib. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkəsinin dinc əhalini bombalamasına səsini çıxarmayan yəhudi nazir HƏMAS liderlərinə qarşı sui-qəsdlər təşkil etməyə çağırış edib. “Jerusalem Post” nəşrinin yaydığı məlumata görə, Regev HƏMAS liderlərinin […]

Nazirlər Kabinetindən təhsillə bağlı – QƏRAR

Kredit borcu olan (fənni dinləyib imtahandan qeyri-kafi qiymət almış) tələbələrin nəzərinə! Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş və “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və 14 iyun 2017-ci […]

Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs – Politoloq

Ermənistanın eks-prezidenti Serj Sərkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Sərkisyanın iki variantı var: “O ya həbs təhlükəsi qarşısında uzun […]

Atasını Gürcüstana apararkən sərhəddən buraxılmayan baş redaktor: “Ümid edirəm ki…”

“Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə o, özü “Feysbuk” sosial şəbəkəsində məlumat verib. Musavat.com onun səhifəsinə istinadla bildirir ki, P.Həşmli Gürcüstana getməsinin səbəbini atasını qonşu ölkəyə tibbi müayinəyə aparması ilə izah edib. P.Həşimli yazıb: “Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində […]

Azərbaycanla Tacikistan arasında sənədlər imzalandı – FOTOLAR

Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Turkustan.info xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bakıda TRAMVAYLARIN bərpası üçün ADDIM atılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib. Turkustan.info-nun Trend-ə istinadla məlumatına görə, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq: “İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”. Komitə sədri […]

Bakıdakı güllələnmənin TƏFƏRRÜATLARI: Hadisəni törədən şəxs avtoritetdir

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb. Turkustan.info xəbər verir ki, Unikal.org hadisənin təfərrüatını araşdırıb. Belə ki, saytımıza açıqlama verən Sabunçu Rayon İcra Hakimiyyətinin Şuşa Şəhərciyi üzrə icra nümayəndəsi Şamil Alıyev cinayəti törədən Hikmət […]

Ərdoğan: Onların dolları varsa, bizim də Allahımız var

Türkiyəyə maliyyə sisteminin sabitliyinin pozulması yolu ilə iqtisadi təzyiqlər göstərilməsi cəhdləri perspektivsizdir.  Turkustan.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində çıxışı zamanı deyib.  “Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır, onlara fikir verməyin. Onların dolları varsa, bizim də Allahımız var”, – türk lider bildirib.  Xatırladaq ki, ABŞ […]

Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDI

ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı qəbul edilməsi planlaşdırılan yeni sanksiyaların detalları açıb. Turkustan.info “Röyters” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, sanksiyalar Rusiyanın müdafiə xarakterli məhsulları əldə etməsi, həmçinin silahın satışı üzrə əməliyyatları bloklamağı hədəfləyir. Bundan başqa, diplomat bildirib ki, ABŞ rəhbərliyi məhdudlaşdırıcı ölçülərin vasitəsiylə milli təhlükəsizlik […]

Avtomobil vurduğu dəvənin dəhşətli ÇIRPINTILARI – Şok GÖRÜNTÜLƏR – VİDEO

Hindistanda sürətlə irəliləyən avtomobil yoldakı dəvəyə çırpılıb. Turkustan.info xəbər verir ki, qəzanın şiddəti ilə dəvə avtomobilin ön şüşəsindən içəri daxil olub. “Səhra gəmisi” bir anda baş verən qəzadan sonra şoka girib və dəqiqələr boyu çırpınıb. Həmin qorxunc anların görüntülərini təqdim edirik: /Publika.az/

Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaq

Əgər Rusiyanın dövlət banklarının fəaliyyəti qadağan edilsə və ya hansısa valyutadan istifadəsinə qadağa qoyulsa, Rusiya bunu özünə qarşı iqtisadi müharibə elanı hesab edəcək. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib. “ABŞ iqtisadi sanksiyalarını gücləndirsə, Rusiya buna həm iqtisadi, həm siyasi, həm də başqa metodlarla cavab […]

Azərbaycanda xərçəngin daha çox yayılmış NÖVLƏRİ VƏ SƏBƏBLƏRİ

2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib. Turkustan.info xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır: “Gözləmək lazım […]

DYP-dən sürücülərə son xəbərdarlıq – Əks təqdirdə…

DİN Baş DYP İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib. Turkustan.info bildirir ki, idarədən BakuPost-a verilən məlumata görə, müracitədə deyilir: “Yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin […]

Bakıda restoranda silahlı insident: ölən və yaralanan var – FOTO

Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Turkustan.info report.az-a istinadən bildirir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların […]

İstanbul hava limanında sərnişin təyyarələri toqquşdu – VİDEO

Mərakeşin “Royal Air Moroc” aviaşirkətinin təyyarəsi “Turkish Airlines” şirkətinə məxsus laynerlə İstanbulun Atatürk adına hava limanında toqquşub.  Turkustan.info Ren.TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində zərərçəkən yoxdur. Mərakeş təyyarəsi uçuş zolağına çıxarkən sərnişinləri terminaldan qəbul etməyə hazırlaşan Türkiyə laynerinin quyruq hissəsinə toxunub.  Hər iki təyyarə xırda zədələr alıb. /oxu.az/