ABŞ ŞƏRTİNİ AÇIQLADI: Türkiyə ilə münasibətləri düzəltməyin tək yolu…

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyret ölkəsinin Türkiyə ilə münasibətlərində yaranan gərginliklə bağlı açıqlama verib.

Turkustan.info xəbər verir ki, sözçü Türkiyənin 9 nəfəlik heyəti ilə Vaşinqtonda müzakirələrin davam etdiyini və amerikalı rahib Endryu Bransonun həbsdən azadlığa buraxılaraq vətəninə geri qaytarılmasını heyətə açıq şəkildə söylədiklərini deyib.

Noyret “bizim üçün irəliləyişin əldə edilməsi rahib Bransonun evinə, ABŞ-a geri qayıtmasıdır”, deyib.

“Türkiyə ilə genişmiqyaslı münasibətlərimiz var və Türkiyə hökuməti ilə hər görüşümüzdə bir sıra məsələləri müzakirə edirik. Ancaq rahib Bransonun məsələsini ictimaiyyət önündə müzakirə etməyəcəyik”, – deyə sözçü bildirib.  /Publika.az/