Ailələri dağıdan və insanalrın ölümünə səbəb olan” spays” iki xanəndənin ölüm səbəbi imiş..

“Spays” Rusiya və Türkiyədə mağazalarda açıq satışda olub. Hər kəs bu gün Azərbyacanda energetik içkilər aldığı kimi “Spays” alıb itirilmiş enerjisini bərpa etməyə çalışırmış. Tərkibində mavi zanbaq, Havay qızılgülü, Öncəgörənlər şalfeyi (Salvia divinorum) olan “Spays”ın sonradan sıradan bir energetik tərkibli ədviyyat tərkibli olmadığı üzə çıxdı. Bilindi ki, ədviyyat kimi təqdim olunan bu otlar kannabioidlərlə zənginləşdirilirlər. Mavi zanbaq, Havay qızılgülü, Öncəgörənlər şalfeyi tiryəkin tərkibindəki zəngin kannabioidlərin sintetik analoqları ilə hopdurulurmuş. Bu isə “ziyansız keyf” həvəskarlaırnda aslılıq, beyin qüsurları və digər xəstəliklərlə yanaşı bir çox hallarda ölümə də səbəb olub. Hazırda Rusiya və Türkiyədə “Spays” qadağan olunub və narkotiklərə bərabər tutulur. “Spays”ın bonzay bitkisindən hazırlanması halları da var. Azərbaycanda məhz sonuncusu daha çox yayılıb.

“Spays”ın dünya üzrə əsas istifadəçilərinin 15-35 yaşı əhatə edir. Azərbaycanlı xanəndələr də məhz bu yaş qrupunda olublar. Azərbaycanda yayılan “Spays” əsasən Bonzay bitkisinin yarpağından hazırlanır. Tərkibinə müxtəlif sintetik qarışıqlar əlavə edilərək tox və maye şəklində satışa çıxarılır. Bu sintetik tərkibli narkotikdir. Heroin və marixiuanadan da təhlükəli sayılır. “Spays”ı istifadə edənlərin orqanizmində maddələr mübadiləsi pozulur, beyin hüceyrələri zədələnir. Psixoaktivlik pik həddə qədər artır. Bu isə insanın özünü idarəetməsini əngəlləyir, ətraf mühitə laqeyd münasibəti formalaşır, hərəkətləri adekvat olmur.

“Spays”ın tərkibindəki kimyəvi toksinlər qısa müddətdə qaraciyərə sovrularaq qana keçir. Bir neçə dəqiqəyə bütün orqanizmə təsiri yayılır. Təsiri saatlarla davam edir. Spirtli içkilərlə qəbulu daha böyük təhlükəyə səbəb olur.   /saglamiq.az/