Azərbaycandan Türkiyəyə çıxarılan külli miqdarda dollar tutuldu – FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana “Mersedes Benz travego” markalı avtobusla gedən Türkiyə Respublikasının iki vətəndaşının üzərində “Sınıq Körpü” gömrük postunda şəxsi yoxlama aparılıb.
Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 Türkiyə lirəsinin olduğunu bildirib.
Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən cəmi 40.000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.