İstanbul hava limanında sərnişin təyyarələri toqquşdu – VİDEO

Mərakeşin “Royal Air Moroc” aviaşirkətinin təyyarəsi “Turkish Airlines” şirkətinə məxsus laynerlə İstanbulun Atatürk adına hava limanında toqquşub. 

Turkustan.info Ren.TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində zərərçəkən yoxdur.

Mərakeş təyyarəsi uçuş zolağına çıxarkən sərnişinləri terminaldan qəbul etməyə hazırlaşan Türkiyə laynerinin quyruq hissəsinə toxunub. 

Hər iki təyyarə xırda zədələr alıb.

/oxu.az/