Nazirlər Kabinetindən təhsillə bağlı – QƏRAR

Kredit borcu olan (fənni dinləyib imtahandan qeyri-kafi qiymət almış) tələbələrin nəzərinə!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş və “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərar ilə ona edılən dəyişikliklərə müvafiq olaraq fənni dinləyib imtahandan qeyri kafi qiymət almış tələbə həmin fənn üzrə 25% ödəməklə təkrar imtahanı həmin semestrdə və ya növbəti tədris illərində müvafiq (payız semestrində olduqda  1, 3, 5, 7 semestrlərdə; yaz semestri olduqda  2, 4, 6, 8 semestrlərdə) semestrlərdə verə bilərlər.

Bu səbəbdən payız semestrində akademik borcu olan və bu semestrdə təkrar imtahan üçün 25% -lik ödəniş etmiş tələbələr təkrar imtahanı payız semestrində verəcəklər.

Fərdi tədris planı üzrə semestrdə nəzərdə tutulan kreditlərin maksimum sayı 40 olmalıdır. Bu səbəbdən alt qruplarda və 25% ödəməklə təkrar imtahan verilməsi üçün müraciət edən tələbələr bunu nəzərə almalıdır və müraciət etdikləri fənlərin kreditlərin cəmi 10-u aşmamalıdır.   /ednews.net/az