Putin Təhlükəsizlik Şurasını topladı – SƏBƏB isə…

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın Rusiyaya tətbiq edəcəyi yeni sanksiyaları müzakirə edib.

Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, iclasda Vaşinqtonun sanksiyaları qeyri-qanuni adlandırılıb.

Qeyd edək ki, bundan öncə Rusiya Baş naziri Dmitri Medvedyev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını iqtisadi savaş elanı adlandırmışdı.   /ednews.net/az