Rusiyadan dollarla bağlı – ÇAĞIRIŞ

Rusiya digər ölkələrlə aparılan əməliyyatlarda dollardan istifadəyə son qoymalıdır.

Bunu rusiyalı senator İqor Morozov bildirib.

Morozov Vaşinqtonun yeni sanksiyalarına cavab verməli olduqlarını söyləyib:

“Yeni sanksiyalara cavab verməliyik və ilk növbədə iqtisadiyyatda tərəfdaşlarımızla birlikdə dollardan imtina etməliyik və milli valyutadan yararlanmalıyıq. Bu, yalnız Rusiyanın deyil, iqtisadi müharibədə beynəlxalq ictimaiyyətin cavabı olacaq”.   /ednews.net/az