Gün: Avqust 11, 2018

Tatlısəsdən dollar açıqlaması — “Bizim elə bir liderimiz var ki…”

Türkiyə musiqisinin imperatoru adlandırılan İbrahim Tatlısəs dolların bahalaşması və ölkə gündəmi ilə bağlı maraqlı paylaşım edib. Turkustan.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə bayrağını yerdən götürüb sinəsinin üstünə qoyduğunu əks etdirən videonu paylaşan Tatlısəs bunları yazıb: “Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğana güvənim və inancım tamdır. İçəridən və […]

İbrahim Tatlıses Trampa meydan oxudu: “Dollarla savaş açan düşmənlər…”

Türkiyə musiqisinin imperatoru adlandırılan İbrahim Tatlısəs dolların bahalaşması və ölkə gündəmi ilə bağlı maraqlı paylaşım edib. Turkustan.info Ölkə.Az-a istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə bayrağını yerdən götürüb sinəsinin üstünə qoyduğunu əks etdirən videonu paylaşan Tatlısəs bunları yazıb:  “Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğana güvənim və inancım tamdır. […]

İt hamilə qadının qarnının yanından ayrılmırdı – Həkimlər müayinədə gördüklərinə inanmamışlar

İtlərin hissləri çox güclüdür. Kədərli, qəzəbli və ya narahat olduğumuzu bir baxışdan başa düşürlər. İnkişaf etmiş iy bilmə qabiliyyətləri sayəsində orqanizmdəki xəstəlikləri belə anlaya bilərlər. Hamilə sahibi olan it Keola da onlardan biri idi. Keola adındakı it sahibləri Ricky və Alhanna ilə İngiltərədə yaşayır. Artıq evin bir uşağı kimi olmuşdur. […]

Paşinyan Qarabağ danışıqlarına hazır olduğunu bəyan etdi

Ermənistan hadisələrin inkişafının istənilən ssenarisinə, o cümlədən Qarabağ münaqişəsinin həllinə dair danışıqların bərpasına hazırdır. Turkustan.info “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, belə bəyanatla Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşünü şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. “Hamımız anlayırıq ki, danışıqların bərpası üçün müəyyən hazırlıq mərhələsi tələb olunur. Biz […]

Gəncə hadisələrinin daha bir iştirakçısı öldürüldü – Sumqayıtda

3 və 10 iyul Gəncə hadisələrinin axtarışda olan fəal iştirakçılarından biri müqavimət göstərdiyinə görə Daxili İşlər Nazirliyinin xüsusi operativ qrupu tərəfindən məhv edilib. Turkustan.info bildirir ki, bu barədə virtualaz.org–a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib. İnformasiyaya əsasən, öldürülən Gəncə sakini Rəhimov Murad Çapay oğludur. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərin […]

Bakıda qadın amansızlıqla öldürüldü – ŞOK SƏBƏB

Avqustun 10-da Bakının Xəzər rayonunda gənc qadın qətlə yetirilib. Turkustan.info xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Xəzər rayonunun hüquq mühafizə orqanlarından bildiriblər. Məlumata əsasən, 1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızı Buzovna qəsəbəsində yaşadığı evi qarşısında çox sayda bıçaq zərbələri alıb. İstintaq qrupu şübhəli şəxsin kimliyini müəyyən edib. […]

İnstaqram Naz Milanın səhifəsini bağladı – 18+ görüntülərə görə – FOTO

Türkiyədə “Esra Erolla izdivaç” verilişindən tanınan azərbaycanlı Naz Milanın İnstaqram səhifəsi bloklanıb. Turkustan.İnfo axşam.az-a istinadən xəbər verir ki, keçmiş gəlin namizədinin sosial şəbəkədə 1 milyondan çox izləyicisi var idi. Səhifənin bağlanmasına səbəb onun paylaşdığı +18 foto və videolar olub. İddia olunur ki, İnstaqram rəhbərliyindən bununla bağlı Naza dəfələrlə xəbərdarlıq gəlib. Amma Mila […]

Azərbaycanda benzinin qiyməti qalxmayacaq – AÇIQLAMA

Bir neçə gündür cəmiyyətdə avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı müzakirələr gedir. İddialara görə, sSentyabr ayından Aİ 92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, Aİ 95 markalı benzinin qiyməti isə 1,25 manatdan 1,35 manata qalaxacaq. Maraqlıdır, görəsən bu iddialar təsdiqini tapacaq? Turkustan.info bildirir ki. məsələ ilə bağlı Modern.az-a danışan Milli […]

Bu tip insanları ağcaqanadlar daha çox dişləyir – Alimlər açıqladı

Təqribən hər 10 nəfərdən 2-si ağcaqanadlar tərəfindən daha çox dişlənilir. Hələlik “onları necə özümüzdən uzaq edərik” sualına kəsərli cavab tapılmasa da, alimlər hansı faktorların ağcaqanadları cəlb etdiyini müəyyən edə bilib. Turkustan.info həmin amilləri sizlərə təqdim edir: Qan qrupu Ağcaqandlar qanla qidalanır. Alimlər müəyyən ediblər ki, bəzi qan qrupları ağcaqanadların daha […]

Nazirliyin işsizlərlə bağlı yeni qərarı: NƏYİ DƏYİŞƏCƏK?

SMS göndərilməsi işsizlik sığortası ilə bağlı problemləri həll edirmi? – Sahib Məmmədov müvafiq qanunun Konstitusiyaya zidd olduğunu deyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlik sığortasının verilməsi ilə bağlı yeni qaydalar tətbiq edib. Bu qaydalara görə, Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam […]

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkə – Komitə açıqladı

Cari ilin yanvar-iyul ayında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Turkustan.info bildirir ki, Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yeddi ayda Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin siyahısında ilk üçlükdə müvafiq olaraq İtaliya, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya məhsul ixracının dəyəri 1 milyard 908 milyon 551 min […]

Tərtərdə 17 yaşlı qız itkin düşüb

Tərtər rayonunda 17 yaşlı qız itkin düşüb. Turkustan.info bildirir ki, bu barədə “Report”un Qarabağ bürosuna Tərtər Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, Tərtər rayonunun Hüsü Hacıyev küçəsində yaşayan 2001-ci il təvəllüdlü Nuranə Rəhman qızı Əhmədova avqustun 4-ü günorta saatlarında naməlum şəraitdə evdən çıxıb və geri qayıtmayıb. Bir neçə gündür polis əməkdaşları tərəfindən həyata keçirilən […]

Silahlı qruplaşmalar Türkiyənin üzərinə göndərildi – Pentaqonun PLANI

Suriyada Bəşər Əsəd rejimi ilə PYD/YPG terror təşkilatı Türkiyənin dəstəklədiyi müxaliflərin əlindəki İdlibə hücum etmək üçün hərəkətə keçib. İdlibə hücuma hazırlaşan Əsəd ordusu dünən Türkmandağına ordu yeridib. Hücum nəticəsində 25 nəfər həlak olub. Burada diqqət çəkən məqam Türkiyə və ABŞ-ın PYD/YPG terror təşkilatının Menbiçdən çıxarılması ilə bağlı razılığından sonra terrorçuların […]

İşıq puluna görə borcun artmasının səbəbi açıqlandı – RƏSMİ

Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir. Bu barədə “Azərişıq” ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli iyul ayında abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid mətbuat konfransında deyib. Onun sözlərinə görə, məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat […]

General qızının bacarığına görə atasını işə götürdü – VİDEO

Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev atçapma bacarığı ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan Gülay və onun atası ilə görüşüb. Turkustan.info xəbər verir ki, 9 yaşlı Gülayın at belindəki məharətlərini əks etdirən görüntülər Atçılıq Federasiyası tərəfindən maraqla qarşılanıb. Gülay və atası Ağdam rayonunun […]

Kılıçdaroğludan Trampa sərt çıxış – Müxalifət lideri Ərdoğanla həmrəydir!

CHP lideri Kamal Kılıçdaroğlu, ABŞ Prezidenti Donald Trampın etdiyi tvit mesajları ilə bağlı “Türk millətinin qürurunu zədələyir. Əsla qəbul etmirik. Heç vaxt doğru bilmirik” deyib. Turkustan.info Milliyet.com.tr-yə istinadla xəbər verir ki, Kılıçdaroğlu mesajında bu ifadələrə yer verib: Trampın atdığı hər bir tweet Türk millətinin qürurunu zədələyir. Əsla qəbul etmirik. Heç vaxt […]

“Rusiya bizimlə müharibəyə hazırlaşır” – Hərbi diplomatdan ŞOK FAKTLAR

Son dörd il ərzində Rusiya Ukrayna-Rusiya sərhədində üç diviziya və altı briqada yerləşdirib. Turkustan.info xəbər verir ki, bu haqda “ObozTV”-nin efirində hərbi diplomat Pyotr Qaraşuk bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna sərhədindən 20-80 kilometr məsafədə dayanır. Hərbi diplomat qeyd edib ki, bölmələr texnika ilə 100 faiz komplektləşdirilib. O, şəxsi heyətin […]

Deputat: “Hələlik milli valyutamız həmin səviyyədə qorunub saxlanılacaq”

Son zamanlar ABŞ-ın sanksiyalarından sonra Türkiyə, Rusiya və İranda yerli valyutanı sürətlə dəyərdən düşür. Bu ölkələrin hər biri Azərbaycanın yaxın qonşularıdır. Bəs görəsən bölgədə gedən proseslərin Azərbaycanda təsiri olacaqmı? Turkustan.info bildirir ki. məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki,  ABŞ […]

Manata təzyiq artacaq – Deputat aidiyyatı orqanları süni ajiotaj yaratmamağa ÇAĞIRDI

Avqustun 7-də ABŞ İrana sanksiyaları bərpa etdi. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir. ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyaların 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti İranla iqtisadi əməkdaşlı edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq […]

Kafedə silahlı insidentin görüntüləri yayımlandı – VİDEO

20 mart 2017 tarixində Türkiyənin Malatya rayonun Şəhid Həmid Fendoğlu küçəsində yerləşən kafelərin birində baş verən silahlı insidentin görüntüləri yayımlanıb. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən tarixdə müştəri ilə kafe administratoru arasında mübahisə baş verib. Mübahisə isə sonda kütləvi davaya çevrilib və silahlı insidentlə nəticələnib. Silahlı qarşıdurma nəticəsində […]

İbrahim Qalından ABŞ-a sərt mesaj: Türkiyəni itirirsiz!

ABŞ Türkiyəni tam itirmək riski ilə qarşı-qarşıyadır. Turkustan.info xəbər verir ki, bu sözlər Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının “Deyli Sabah” qəzetində dərc olunan məqaləsində yer alıb. “15 iyul çevriliş cəhdindən sonra bir çox beynəlxalq ekpert türk dövlətinin və iqtisadiyyatının çökəcəyini proqnozlaşdırmışdı. Lakin Türkiyə bu qaranlıqdan daha güclü çıxaraq siyasi stabillik […]

Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağa səfər edib. Turkustan.info xəbər verir ki, bu barədə qondarma Qarabağ rejimi rəhbərinin Mətbuat Xidməti məlumat yayıb. Vanetsyan Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusunun İrəvanla qondarma rejim arasındakı münasibətlər olduğu bildirilib. Qeyd edək […]

“Gənc qızlarda süd vəzi xərçəngi sürətlə yayılır” – Türkiyəli cərrah səbəblərini və yollarını göstərdi

Süd vəzi xərçəngindən qorxan qadınlar illər öncə süd vəzilərini əməliyyat edib, rahat yaşaya bilər MƏMƏ ONKOLOGİYASINDA YENİLİKLƏR LİV Hospitalın süd vəzi onkoloji cərrahı Ertoğrul Qazioğlu BakuPost.az-a geniş müsahibə verib. O, hələ şiş yaranmadan süd vəzi xərçəngindən qorunmağın mümkün olmasından danışıb.   –      Doktor, süd vəzi xərçənginin cavanlaşmasının səbəbi […]

Kəbədə inanılmaz HADİSƏ: Polis müdaxilə etdi- VİDEO+FOTO

Kəbənin qapısını açmaq üçün yuxarı qalxan adama polislər müdaxilə edib.  Turkustan.info xəbər verir ki, adıkeçən şəxs həbs edilərək həmin yerdən uzaqlaşdırılıb. Hadisə minlərlə insan təvaf edən zaman baş verib. Həmin anda yuxarı qalxıb, Kəbə qapısını açmağa çalışan şəxsə  bölgədəki hüquq mühafizə orqanı əməkdaşları müdaxilə edib. Adıçəkilən şəxs polisin müdaxiləsi ilə yerə endirilib. Qeyd […]

Ekstrasens Zirəddin Xaçaturyanın qətlini araşdırır – FOTO+VİDEO

Rusiyanın “Komsomolskaya Pravda” nəşri üç qızı tərəfindən öldürülən atanın qətlinin araşdırılması məsələsinə azərbaycanlı ekstrasens Zirəddin Rzayevi cəlb edib. Xatırladaq ki, iyunun 27-də Moskvada Mariya, Angelina və Krestina Xaçaturyan bacıları doğma ataları Mixail Xaçaturyanı qətlə yetirib. Bacılar deyib ki, ataları zalım və tiran olub. Evdəkiləri döyüb, silahla təhdid edib, bayıra çıxmasına və hətta telefonla danışmasına icazə verməyib. Qızlarına xadimə kimi […]

Paşinyan İranı, yoxsa ABŞ-ı seçəcək? – Politoloq rəyi

“Nikol Paşinyan baş nazir seçiləndə çıxışında Rusiyadan çox İranın adını çəkmiş, bu dövlətlə əlaqələrin inkişafı zərurətini vurğulamışdı. Ona görə də, Paşinyanın İrana səfəri gündəmə gəlib. Sadəcə, Paşinyan vaxtı uyğunsuz seçib”.  Turkustan.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.  Onun sözlərinə görə, Paşinyan sentyabrda Nyu-Yorkda BMT sessiyası […]

Xəzərdə ABŞ hərbi bazası? – Nazirdən dünyanı silkələyən iddiaya CAVAB

Qazaxıstan ərazisində ABŞ-a məxsus hərbi bazaların olacağına dair xəbərlərə aydınlıq gətirib. Turkustan.info xəbər verir ki, müvafiq açıqlama ilə Qazaxıstan Xarici işlər naziri Kayrat Abdrəhmanov çıxış edib. O, Rusiya mətbuatına müsahibəsində Xəzərdə ABŞ hərbi bazalarının olması xəbərini təkzib edib: “Söhbət kommersiya məqsədli yüklərin dəmir yolu ilə Qazaxıstan ərazisindən tranzitindən gedir. Bu yüklər […]

Azərbaycanda 5 vəzifəli şəxs işdən çıxarıldı – RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Xidmətdən verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iclasda çıxış edərək Prezident İlham […]

Tibb dünyasından YENİLİK: Xərçəngə qarşı fərqli vasitə TAPILDI

Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər. Turkustan.info-nun məlumatına görə, yeni dərman xərçəng hüceyrələrini “əbədi yuxuya qərq edir”. Ancaq alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir. “Nature” jurnalında yayımlanan bu təcrübə […]

Ərdoğandan sərt açılama: ABŞ bizi dinləməsə…

Türkiyə hər dəfə ehtiyac yarananda ABŞ-ın yardımına yetişib. Turkustan.info xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu York Tayms” qəzetinə müsahibəsində deyib. “Koreyada hərbçilərimiz amerikalılarla birgə vuruşub. Kuba böhranı zamanı Türkiyə torpaqlarında “Yupiter” raketlərinin yerləşdirilməsinə icazə verərək, ABŞ-ın böhranı aradan qaldırmaq cəhdlərinə yardım göstərdi. 11 sentyabr terror hücumlarından […]

Qənirə Paşayeva Turan Qurultayında çağırış edib

Millət vəkili Q.Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib. Macarıstanda keçirilən Turan Qurultayının açılışının rəsmi tanışlıq ziyafətində çıxış edən millət vəkili Q. Paşayeva ilk öncə qardaş Macar xalqını və Türk dövlətlərini və  Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai-siyasi  xadimlər, alimlər, ziyalılar, QHT və KİV rəhbərləri, mədəniyyət xadimlərini Azərbaycandakı qardaş-bacılarınız adından salamlayıram […]

Trampın zərbəsindən sonra Ərdoğandan sürpriz zəng

İki lider ticari əlaqələrdən danışıblar Ötən gün ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı verdiyi gözlənilməz qərardan sonra bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan  rusiyalı həmkarı Vladimir Putinə zəng edib. İki lider arasında telefon danışığı olub. Dövlət başçıları iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafından danışıblar. Onlar münasibətlərin səviyyəsindən məmnun olduqlarını […]

“ABŞ ona görə sanksiya tətbiq edir ki…” – Rusiya açıqladı

ABŞ bundan sonrakı dönəmdə inkişaf üçün resurslarını itirdiyinə görə yeni sanksiyalar tətbiq edir. Turkustan.info xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Burada məsələ Rusiyada deyil. ABŞ sadəcə anlayır ki, gələcək inkişafı üçün resurslarını itirir. Onun artıq böhranlardan çıxacağı resursları qalmayıb […]

“Aİ-95” və “Aİ-98”-in bahalaşmasına nə səbəb ola bilər?

Azərbaycana idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir.  Turkustan.info Report-a istinadən xəbər verir ki, araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə “Super […]

ABŞ-da qaçırılan təyyarə qəzaya uğradı

ABŞ-ın Sahil Mühafizə Xidmətinə Sietl şəhərindən təyyarə qaçırılması barədə məlumat daxil olub. Turkustan.info-nun məlumatına görə, həmin xəbərdən 15 dəqiqə sonra isə Vaşinqton ştatında Ketron adası yaxınlığında təyyarənin qəzaya uğraması barədə xəbər daxil olub. Hadisə yerinə xilasedicilər yola düşüb. Qaçırılan təyyarənin “Alaska Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir. Təyyarədə sərnişin olmaması ehtimal […]

Qaxda sel suları körpünü uçurdu – Bir kəndlə əlaqə kəsildi – FOTOLAR

Qax rayonuna yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.  Turkustan.info “Report”a istinadən xəbər verir ki, Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb. Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Qeyd edək ki, həmin körpünü 2011-ci ildə də sel aparmışdı.

“Viaqra”dan da güclü olan əvəzsiz bitki – Bu giləmeyvədən yesəniz…

“Qarpız qabığının ağ hissəsi kişilər üçün reseptlə alınmış dərmanlar qədər faydalı olduğu halda, bu qabıqları uzunqulaqlara veririk”. Turkustan.info xəbər verir ki, bu açıqlama cinsi əlaqə üzrə mütəxəssis məsləhətçilərdən gəlib. Mütəxəssislərin fikrincə, qarpız qabığının ağ hissəsi cinsi istəyi artıran “Viaqra”dan da faydalıdır. Belə ki, bu giləmeyvənin ağ hissələrində böyük miqdarda sitrülin maddəsi […]

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 82 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə […]

Azərbaycanda yeni doğulan körpələr bu testdən keçiriləcək

Artıq körpə dünyaya gələn kimi onun hansı xəstəliklərinin olduğunu müəyyənləşdirmək mümkün olacaq. Turkustan.info xəbər verir ki, dünya səhiyyə sistemində geniş yayılan “topuq testi” Azərbaycanda da tətbiq olunacaq. Bunun üçün avadanlıqlar alınıb. İlk növbədə elmi-tədqiqat mamalıq və ginekologiya inistitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq. Bununla da […]

İran yeni raketini sınaqdan keçirdi

İran öz istehsalı olan Fateh-110 raketini sınaqdan keçirib. Turkustan.info xəbər verir ki, bu barədə “Foks Nyus” televiziyası məlumat yayıb. Kiçik mənzilli raketin sınağı İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz təlimləri zamanı baş tutub. İran bu barədə hələlik heç bir məlumat yaymayıb. Sınaq ABŞ-ın casus peykləri tərəfindən qeydə alınıb.  /Axar.az/

11 sentyabr qorxusu: ABŞ-da təyyarə oğurlandı

ABŞ-ın Siyetl şəhərinin hava limanından təyyarə oğurlanıb. Turkustan.info xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb. Məlumata görə, təyyarə oğurlandıqdan 15 dəqiqə sonra Vaşinqton ştatının Ketron adası yaxınlığında qəzaya düşüb. Hazırda hadisə yerinə xilasedici qüvvələr göndərilib. Qaçırılan təyyarənin “Alaska Airlines”a məxsus olduğu müəyyən edilib. Şirkətin məlumatına görə, hadisə zamanı […]

Əhalinin ərzaq və geyim xərcləri artıb

Bu ilin yeddi ayında pərakəndə ticarət şəbəkələrində əhaliyə 10 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.  Turkustan.info bildirir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə 1,9 faiz üstələyib.  

Külək Xaqani küçəsində böyük ağacı aşırdı – FOTOLAR

Paytaxt Bakıda əsən aramsız güclü külək bir sıra fəsadlara yol açıb. Turkustan.info xəbər verir ki, gecə saatlarında külək paytaxtın mərkəzi küçələrindən olan Xaqani küçəsində – Hesablama Palatasının binasının yaxınlığında səkinin kənarındakı böyük ağacı aşırıb. Ağac yolu kəsməklə yanaşı, bir avtomobilin üzərinə düşüb. Əraziyə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Fotolar, Turkustan.info