Əhalinin ərzaq və geyim xərcləri artıb

Bu ilin yeddi ayında pərakəndə ticarət şəbəkələrində əhaliyə 10 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. 

Turkustan.info bildirir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə 1,9 faiz üstələyib.