“ABŞ ona görə sanksiya tətbiq edir ki…” – Rusiya açıqladı

ABŞ bundan sonrakı dönəmdə inkişaf üçün resurslarını itirdiyinə görə yeni sanksiyalar tətbiq edir.

Turkustan.info xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Burada məsələ Rusiyada deyil. ABŞ sadəcə anlayır ki, gələcək inkişafı üçün resurslarını itirir. Onun artıq böhranlardan çıxacağı resursları qalmayıb və bunun üçün yeni siyasi, iqtisadi, maliyyə ekspansiyaları lazımdır. ABŞ bunun üçün son günlər təkcə Rusiya, Çin, İrana qarşı yox, hətta öz tərəfdaşı Avropa Birliyinə qarşı da sərt siyasət aparır” – deyə o bildirib.  /Eurasia Diary/