Azərbaycanda yeni doğulan körpələr bu testdən keçiriləcək

Artıq körpə dünyaya gələn kimi onun hansı xəstəliklərinin olduğunu müəyyənləşdirmək mümkün olacaq.

Turkustan.info xəbər verir ki, dünya səhiyyə sistemində geniş yayılan “topuq testi” Azərbaycanda da tətbiq olunacaq.

Bunun üçün avadanlıqlar alınıb. İlk növbədə elmi-tədqiqat mamalıq və ginekologiya inistitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq.

Bununla da körpələrin anadangəlmə irsi xəstləyini müəyyən etmək mümkün olacaq.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib ki, “topuq testi” bir neçə erkən xəstəliklərin diqanostikası üçün nəzərdə tutlub. Onun sözlərinə görə, uşaq doğulandan ilk sutka ərzində test götürmək olacaq.

N.Quliyevin sözlərinə görə, proqram iki mərhələdən ibarət olacaq və əvvəlcə pilot layihə şəklində Bakıda həyata keçiriləcək. Test dövlət tərəfindən pulsuz gerçəkləşdiriləcək.  /Qafqazinfo/