Külək Xaqani küçəsində böyük ağacı aşırdı – FOTOLAR

Paytaxt Bakıda əsən aramsız güclü külək bir sıra fəsadlara yol açıb.

Turkustan.info xəbər verir ki, gecə saatlarında külək paytaxtın mərkəzi küçələrindən olan Xaqani küçəsində – Hesablama Palatasının binasının yaxınlığında səkinin kənarındakı böyük ağacı aşırıb. Ağac yolu kəsməklə yanaşı, bir avtomobilin üzərinə düşüb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları gəlib.

Fotolar, Turkustan.info