Gün: Avqust 12, 2018

ABŞ bu regionda Rusiyayla müharibəyə hazırlaşır – ŞOK İDDİA

ABŞ Şimali Atlantikada Rusiyayla qarşıdurmaya hazırlaşır. Turkustan.info xəbər verir ki, bu iddia ilə “National Interest” jurnalı çıxış edib. Nəşrin müşahidəçisinin fikrincə, bunu yüksək vəzifəli amerika hərbçilərinin bir neçə bəyanatı da göstərir. ABŞ Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Con Riçardson müsahibələrindən birində bildirib ki, Rusiya son 25 il ərzində Şimali Atlantikada […]

İlham Əliyev: “Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir”

“Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.  Turkustan.info xəbər verir ki, bunu prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında çıxışı zamanı bildirib. İlham Əliyev qeyd edib ki, Azərbaycan Xəzəryanı […]

Tam təbii yolla 7 günə siqaretdən azad olun, ZƏMANƏT VERİRİK

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi bir maddədir. Steviya-təbii səkərdir. Almaniya alimləri alkoqolu tərgizməkdə də bu bitkidən istifadə etmişlər. Cənubi Amerikada və Asiyada insanlar steviyadan caylarini şirin etmək ucun istifadə etmişlər. Anti tütün müalicəsi ücün də son zamanlar steviyadan istifadə edilir. Siqaret cəkmək istədiyiniz […]

ABŞ-ın Türkiyəyə inanılmaz 8 şərti…

ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın irəli sürdüyü şərtləri Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür. Qeyd edilir ki, bir növ ABŞ Türkiyədən ölkənin “açarını” təhvil verməyi tələb edib. Sözügedən həmin ağır şərtlər aşağıdakı kimidir: 1. Keşiş Endryu Branson […]

Alimlərdən xəbərdarlıq – Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur

Harvard universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Turkustan.info olke.az-a istinadən bildirir ki, həkimlərin araşdırmasına əsasən, dar alt paltarları kişilər üçün ziyandır. Məlum olub ki, dar alt paltarı kişilərin cinsiyyət orqanına mənfi təsir göstərir və spermanın keyfiyyətini azaldır. Lidiya Mingez-Aparkon məsələ ilə bağlı deyib: “Müşahidələrimiz göstərir ki, bir çox cütlük övlad […]

Tanınmış jurnalistin döydüyü hamilə həyat yoldaşının FOTOLARI

Tanınmış jurnalist Anar Gəraylının hamilə həyat yoldaşı Pərvanə Qurbanlını küçənin ortasında döyməsi barədə məlumat vermişdik. Turkustan.info xəbər verir ki, ölkənin aparıcı saytlarından birində işləmiş media nümayəndəsi bundan öncə də həyat yoldaşına fiziki zorakılıq edib. Belə ki, Gəraylının spirtli içki asılılığı olduğundan belə davranışlara yol verdiyi bildirilir. Lakin Pərvanə Qurbanlı onu sevdiyindən […]

Yol polisi sürücünün həyatını belə xilas etdi – VİDEO

Bu gün Qarabağ rayonu ərazisində yerləşən Yol Patrul Xidməti postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub. Turkustan.info Avtosfer.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib. Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. […]

Əliyev-Nazarbayev görüşü – Nə danışıldı?

Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub. Turkustan.info xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev görüşdə çıxış edərək deyib: -Sizin Aktauya gəlişinizlə bağlı sevincimizi bildiririk. İndi dəniz vasitəsilə biz çox yaxın olduq. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsində nəqliyyat sahəsində görülən işlərdən danışaraq Kurık və […]

Sumqayıtda silahlı insident: Ölən var

Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib. Turkustan.info Report-a istinadən bildirir ki, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib. Qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə […]

“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir…”

ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib. Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında yer verib. Kitabdan seçmələri […]

Daha bir süpürgəçi qadın qəzanın qurbanı oldu – FOTO

Daha bir süpürgəçi qadın qəzanın qurbanı olub. Turkustan.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisənin Nəsimi rayonu ərazisində baş verdiyi bildirilir. Süpürgəçi qadının vurulması ilə bağlı feysbuk istifadəçisi Zaur Əkbər öz səhifəsində paylaşım edib. Həlak olan qadının 60 yaşlarında olduğu bildirilir.  /Minval.info/

Gel – şellak tipli dırnaq boyalarının qorxunc zərərləri – FOTO

Bu gün gel-lak tipli dırnaq boyaları haqda eşitməyən qalmayıb. Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir. Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib […]

Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək – FOTO

Mikroçip dəri altına yeridilən xırda ölçülü, zərərsiz qurğudur. Bu günədək bu alət ev heyvanları üzərində sınanmışdı. İndi isə növbə insanlara çatıb. ABŞ-ın CNBS kanalında yayımlanan verilişdə bu mövzudan bəhs olunub. Turkustan.info Publika.az-a istinadən bu televiziya proqramının əsas məzmunu haqda olan yazını təqdim edir. ABŞ-nın “Three Square Market” (Üç Meydan Market) adlanan […]

Nazirlikdən dənizə gedənlərə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 13-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Turkustan.info Departamentə istinadən xəbər verir ki, proqnozlara görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. “Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 24-27° […]

Qonşuda xəstəlik yayıldı: Ət bahalaşa bilər

Cari ildə ölkədə 2442699 baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvənd olunub. Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir. Nazirlikdən verilən məlumata görə, […]

Bu güclər Xəzərdən uzaqlaşacaq – Putin

Xəzər dənizinin hüquqi statusunun həll olunması sıx əməkdaşlığın inkişafına şərait yaradacaq. Turkustan.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin V Xəzər sammitində çıxışı zamanı deyib. Putin bildirib ki, Xəzərin statusu haqqında Konvensiya məhdudiyyətləri aradan qaldıracaq və regiondankənar güclərin su hövzəsindən uzaqlaşmasını tənzimləyəcək.   /Axar.az/

Aktauda “Xəzər beşliyi” ölkələri başçılarının görüşü başladı

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın dövlət başçılarının görüşü başlayıb. Turkustan.info xəbər verir ki, görüşün yekunu olaraq üzərində 22 il iş aparılan tarixi sənəd – Xəzər dənizin statusu haqqında Konvensiya imzalanacaq. Görüş Aktaunun Dostluq sarayında keçirilir və 1,5 saat davam edəcəyi gözlənilir. Daha sonra sənədlərin imzalanması mərasimi baş […]

Göbəyinizin altını 30 saniyə barmaqla sıxın – Möcüzəyə şahid olun

Qəbizliyin müalicə üsulları bunun səbəblərindən və mövcud olduğu müddətdən asılıdır. Lakin ev şəraitində qəbizlikdən xilas olma yolları var. Turkustan.info Medicina.az-a istinadən həmin üsulları təqdim edir: PİS XƏSTƏLİKLƏRİN XƏBƏRÇİSİ OLA BİLƏR Qəbizlik xəstəlik deyil, simptomdur. Hipotireoz, diabet, parkinson, seliakiya (həzm sistemi ilə əlaqədar irsi xəstəlik), bağırsaq xərçəngi kimi xəstəliklərin ilkin göstəricisi […]

Elə bilirsiniz atanıza oxşayırsınız? – Genetiklərin şok açıqlamaları

“Genetika” yunan dilindən tərcümədə “genesis”, yəni “mənşə” deməkdir. Bu elm irsiyyət qanunlarını və dəyişkənliyini tədqiq edir. Turkustan.info Publika.az-a istinadən insan genetikasına aid ən maraqlı faktları təqdim edir. İntellekt atadan oğula keçmir. Əgər ata dahidirsə, oğlunun da onun kimi ağıllı olmaq şansı yoxdur. Axmaqlıq da, atadan oğula ötürülmür. Ata axmaq olduğu halda, […]

Bu ölkələrdə III DÜNYA MÜHARİBƏSİ üçün sınaqlar keçirilir – DƏHŞƏTLİ FAKTLAR

Donuzların afrika taununun Şərqi Avropada yayılmasının ümumi mənzərəsi fikir formalaşdırır ki, ABŞ Üçüncü dünya müharibəsi üçün bioloji silahı sınaqdan keçirir. Turkustan.info xəbər verir ki, bu haqda “Sputnik” agentliyinin Latviya xidmətində jurnalist Aleksandr Xrolenko yazıb. Onun fikrincə, Baltikyanı ölkələr ABŞ-ın bu sistemində xüsusi rol oynayırlar. Xrolenko qeyd edir ki, Baltikyanı ölkələr əsas […]

Bakıda evlərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

Bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz bahalaşa bilər. Turkustan.info xəbər verir ki,bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır. Amma bu əsasən kommersiya mənzilləri, torpaq, fərdi və bağ evləri bazarları hesabına baş verir. Belə ki, 2018-ci […]

Binəli Yıldırım: “ABŞ-ın bir müttəfiqi var, o da dollardır”

ABŞ-ın sanksiyalar tətbiq etdiyi ölkələrə düşmən münasibəti özünü doğrultmayacaq. Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib. “Avrasiyada İran, Rusiya və Türkiyəyə düşmən münasibət hər gün inkişaf edir. Bizim dövlətlərin sıx əməkdaşlığı və həmrəyliyini nəzərə alaraq, bu münasibət özünü doğrultmayacaq. ABŞ-ın tək bir […]

Azərbaycanda 4 bal gücündə zəlzələ olub

Avqustun 11-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkanlar yerli vaxtla saat 23:03:11-də Pirquludan 11 kilometr qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala […]

Alimlərdən inqilabi üsul: Çox yemək və arıqlamaq

Günümüzdə bir sıra ölkələrdə piylənmə probleminin təhlükəli miqyas aldığını görən alimlər bu sindromun qarşısının alınması istiqamətində tədqiqatlar aparırlar. ABŞ-ın Yel Universitetinin əməkdaşları bu yaxınlarda yeni üsul kəşf ediblər. Turkustan.info xəbər verir ki, qlaukoma xəstəliyinin müalicəsində istifadə olunan dərmanların tərkibindəki xüsusi maddəni qəbul etməklə piylənmənin qarşısını almaq mümkündür. Əzələlərdə aparılan eksperiment […]

ABŞ-ın sanksiya siyasəti: İranı nələr gözləyir?

Sanksiyalar İran üçün çox ciddi problemlər yaradacaq, hətta ölkədə sosial partlayışlara gətirib çıxaracaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, Avropa Birliyi, Hindistan, Çin, Türkiyə ABŞ-ın İran sanksiyalarına qarşı müəyyən mövqe sərgiləsələr də, bu prosesə sonadək davam gətirməyə bilərlər: “Noyabrdan etibarən artıq İranla […]

Yay aylarında acı yeyin: Bibərin bilmədiyimiz FAYDALARI

Mütəxəssislər isti havada orqanizmin sərinlənməsi, maddələr mübadiləsinin təxminən 20 faiz sürətlənməsi, qazanılan isti hesabına kalori sərfi və immun sisteminin möhkəmlənməsi üçün acı qidalar yeməyi məsləhət görürlər. Çili bibəri kimi acı ərzağın tərkibində kapsaitsin birləşməsi var. Turkustan.info Rusiya KİV-lərinə istinadla xəbər verir ki, kapsaitsin ağız boşluğunda TRPV1 reseptorları ilə birləşir. Bu reseptorlar […]

Bu ərzaq məhsulları bahalaşdı – Siyahı

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,3 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak […]

İlham Əliyev Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib. Turkustan.info xəbər verir ki, Aktau şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.