Gün: Avqust 13, 2018

Dünyanı HEYRAN QOYAN FOTOLAR: Türklər dollara qarşı belə müharibə aparır

ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı iqtisadi hücumlar etməsi türk lirəsinin dollar qarşısında sürətlə dəyər itirməsi ilə nəticələndi. Turkustan.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqı əllərindəki dollarları, avroları və qızılları lirəyə çevirməyə və iqtisadi müharibədə dövlətə dəstək verməyə çağırdı. Bundan sonra Türkiyənin hər yerində xalq bu çağırışa qoşuldu. […]

Ermənistanın müdafiə naziri Azərbaycana gəldi

Ermənistanın müdafiə naziri David Tonoyan ermənilərin işğal etdiyi Dağlıq Qarabağa gəlib. Turkustan.info-nun məlumatına görə, bu barədə oxu.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir. Məlumata əsasən, Tonoyan Ermənistan və Azərbaycan ordusunun təmas xəttindəki operativ-taktiki vəziyyətlə maraqlanıb, həmçinin döyüş tapşırıqlarını yerinə yetirərkən fərqlənən bir qrup hərbçini mükafatlandırıb. 38 Baxılıb

Trampdan Türkiyəyə daha bir ağır sanksiya gəlir: Lirə duruş gətirəcəkmi?

ABŞ prezidenti Donald Tramp bu gün Türkiyəyə qarşı hərbi sanksiyalara başlayır ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı hərbi sanksiyalara başlayır. Turkustan.info “Haber3“ə istinadla xəbər verir ki, Donald Tramp keçiriləcək mərasimdə 2019-ci il üçün 716 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edəcək. Bu imza ilə yanaşı, Rusiyadan S-400 raketləri alınmasına görə Türkiyəyə […]

WhatsApp-dan hamını çox üzəcək xəbər gəldi

Facebook-un yaradıcı Mark Zukerberqin sözlərinə görə, bu addımın atılmasını ABŞ hakimiyyəti tələb edib  WhatsApp xüsusi təhlükəsizlik xidmətinə istifadəçi yazışmalarına giriş verəcək. Turkustan.info Rusiya mətbuatına istinadla xəbər verir ki, WhatsApp daha istifadəçilərin yazışmalarında qarşılıqlı şifrələmə həyata keçirməyəcək. Belə şəraitdə xüsusi xidmət orqanları rahatlıqla bütün yazışmalara daxil ola biləcək. Bu qərar WhatsApp-ın tam […]

Bakıda banklar dollar satmır?

Bakıda bankların dollar satışını dayandırdığına dair xəbər var. Turkustan.info bildirir ki, Cebhe.info-ya dollar almaq istəyən vətəndaşlardan birinin verdiyi məlumata görə, bu gün ərzində Bakıda 21 bank filialında olub və heç birində dollar ala bilməyib. Onun sözlərinə görə, getdiyi banklar bunun səbəbini izah etməyiblər. Banklar isə dollar satışı ilə bağlı problem […]

ABŞ-dan İngiltərəyə: Dəstəkləməsəniz dəhşətli nəticələr…

ABŞ-ın London səfiri Vudi Conson İngiltərəyə İranla bağlı çağırış edib. Turkustan.info xəbər verir ki, səfir “Deyli Teleqraf” qəzetində dərc edilən məqaləsində İngiltərəyə İranla nüvə müqaviləsinə tərəfdar olan AB-nin deyil, ABŞ-ın tərəfində yer almasını istəyib. Conson İngiltərənin ABŞ-ın tərəfində olmayacağı təqdirdə, ticarətində ciddi mənfi nəticələrin olacağını bildirib: “Prezident açıq şəkildə bildirmişdi. İranda […]

“Qaçqınkom”dan intihara cəhd xəbəri ilə bağlı AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi kütləvi informasiya vasitələrində mənzil problemi həll edilmədiyinə görə bir nəfər məcburi köçkünün qurumun binasında intihara cəhd etməsi barədə yayılan məlumata münasibət bildirib. Dövlət Komitəsindən  daxil olan məlumatda bildirilib ki, həmin vətəndaş – Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu ailə […]

Azərbaycan XİN təsdiqlədi: Merkel Bakıya gəlir

Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya səfər edəcək. Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirib. “Ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur, – deyə o bildirib. – Ümid edirəm, bu səfər onların gələcək inkişafına təkan verəcək”. Qeyd edək ki, iyulda “Sputnik Armeniya” agentliyi Angela […]

Bakının üç rayonunda qaz olmayacaq

Bakının 3 rayonuna təbii qazın verilişində fasilələr yaranacaq. “Azəriqaz”dan verilən xəbərə görə, 14-də 10:00-dan təmir işləri tamamlananadək Bakının Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işlərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.   /oxu.az/ 31 Baxılıb

İbtidai Sinif Müəllimlərinin 1. Təhsil Forumu (İSMF-2018)

Yeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcəkdir. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi və PROAKTİV şirkətinin təşkilatçılığı ilə baş tutacaq. “Yenigundem” xəbər verir ki, […]

Bu da Azərbaycanın MÖVQEYİ – Rəsmi

“Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir. Ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.” Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H. Hacıyev deyib ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm […]

“Xəyanətdən o qədər yazılır ki, kişilər də tərk edilmək qorxu yaşayırlar” – Psixoloq

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb. Belə ki, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə […]

Robert Koçaryan həbsdən çıxdı

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanı azadlığa buraxıb. Turkustan.info “1in.am”a istinadən xəbər verir ki, məhkəmə müəyyən edib ki, Robert Koçaryan toxunulmaz şəxsdir. Jurnalistlərlə söhbətində Robert Koçaryanın vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib. […]

Təcili : DTX Azərbaycanda ordu zabitlərini intim görüntülərlə şantaj edənləri yaxaladı – VİDEO

““El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri […]

Ərdoğanın çağrışı ilə 36 min dollarını lirəyə dəyişdi – FOTO

Alaniyada ilginc hadisə baş verib. Turkustan.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dollarınızı lirəyə çevirin” çağrısına Antalyadan ilk dəstək turizmçi iş adamı Diyar xanım Gültekindən gəlib. Gültekin çağrışın ardından bu sabah banka gedərək 36 min ABŞ dolarını lirəyə çevirib. 41 Baxılıb

Bakıda avtobusda biabırçılıq: Sən bilirsən mən kimin qızıyam?… – VİDEO

Turkustan.info xəbər verir ki, Bakıda avtobuslardan birində qadın sərnişin qalmaqal yaradıb. Hadisə Nərimanov parkı istiqamətində hərəkət edən avtobuslardan birində baş verib. Avtobusdan olan qadınlardan biri digər kişi sərnişinlə mübahisə edib, daha sonra həmin sərnişin yarıyolda avtobusu tərk edib, amma bununla sakitləşməyən qadın sərnişin avtobusunda olan digər vətəndaşlarla da mübahisə etməyə […]

Şəxsi biznesini qurmaq istəyənlər üçün əla fürsət!

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi öz innovativ ideyalarını biznesə çevirmək istəyənlər üçün xüsusi hazırlanmış növbəti, 3-cü inkubasiya proqramını elan edir”.  Turkustan.info xəbər verir ki, barama İnkubasiya Proqramı 2018” Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilir, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır. Layihə […]

Deputat: “Allah İlqar Məmmədova ağıl versin!”

“Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının […]

Prezident əsgər ölümünü nəzarətə götürdü

Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib. Turkustan.info bildirir ki, dünyasını dəyişmiş əsgərin atası Trend-ə açıqlamasında bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş […]

Dünya ticarət müharibəsinin ASTANASINDA – Daha bir ölkə sanksiyalara məruz qalacaq

“İtaliyanı ciddi maliyyə sanksiyası hücumları gözləyir”. Bu sözləri mediaya açıqlamasında İtaliyanın baş nazirinin köməkçisi Qiankarlo Qiorgetti deyib. Köməkçinin sözlərinə görə, bu hücumlar avqust ayının sonu, sentyabrın əvvəllərində başlayacaq. “Bazarda ovunu seçib hərəkətə keçən ac spekulyativ fonlar olur. 1992-ci ilin avqustun sonunda və 7 il öncə Silvio Berluskoniyə nələr olduğunu hamımız […]

İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”

REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb.  Turkustan.info bildirir ki, İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova musavat.com-a keçirdiyi hisslərlə bağlı bunları deyib: “İnanın ki, bu xəbərə çox çətinliklə inandım. İlk öncə şok oldum. Sonradan bu xəbərin sevincindən qızımla ağlamağa başladıq. Həmin an qızıma xəbər […]

“Azərişıq” narazıları dəvət etdi: “Gəlin, araşdıraq”

Xəbər verdiyimiz kimi, keçən həftədən bəri vətəndaşların elektik enerjisi sərfiyyatı ilə bağlı şikayətləri kütləvi hal almışdı. Hadisə ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev müvafiq suallara cavab verməklə yanaşı, avqust ayının 11-də mətbuat konfransı keçirmiş, jurnalistlərin və ekspertlərin ünvanladığı suallara cavab verilmişdi.  Turkustan.info xəbər verir ki, mətbuat konfransı keçirildikdən […]

Fədayə Laçın məhkəmədə danışdı: “Qoca ilə qatarda gizlin…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Turkustan.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müğənni Fədayə Laçın ifadə verib. O, təqsirləndirilən şəxslərdən yalnız Aqil Nəcəfovu tanıdığını bildirib: “Mən […]

Ermənipərəst konqresmen Tramapa müracət etdi – “Ərdoğanın siyasəti…”

Amerikalı konqresmen Ted Lyu ABŞ Prezidenti Donald Trampı qondama erməni soyqırımını tanımağa çağırıb. Trampın Türkiyəyə qarşı sanksiyaları dəstəklədiyini deyən konqresmen təzyiqlərin davamı kimi qondarma soyqırımın tanınmasının vacibliyinə diqqət çəkib. O, Türkiyə Prezidentib Rəcəb Tayyib Ərdoğanın anti-Amerika siyasəti yürütdüyünü bildirib: “Mən Trampla razıyam. Türkiyə avtoritarizmin genişlənməsi üçün çalışır və getdikcə anti-Amerika […]

Düşmənin növbəti təxribatı: əsgərimiz yaralandı – Video

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi […]

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – VİDEO

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Turkustan.info xəbər verir ki, ayaqqabı istehsalı və satışı ilə məşğul olan yüzlərlə şəxs öz mağaza və sexlərini bağlayaraq, ölkənin ağır iqtisadi durumuna, bahalığa etiraz ediblər. Ayaqqabı istehsalında istifadə edilən keyfiyyətli xammalın çatışmazlığından və ya baha qiymətlərlə əldə olunmasından narahat […]

İrəvandan mesaj: Moskva Bakıya güzəştə getdi, biz isə…

Rusiya və İran Azərbaycana Xəzər məsələsində güzəştə getdilər. Turkustan.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Armen Aşotyan paylaşıb. “Biz əqrəblərlə dolu bankanı xatırladan öz daxili siyasi qazanımızda qaynadığımız anlarda regionda ciddi geosiyasi dəyişikliklər baş verir. “Xəzər beşliyi” Aktauda Xəzər dənizinin hüquqi statusu barədə […]

“Qaçqınkom”da intihara cəhd – Müğənni Manaf Ağayev xilas elədi

Bu dəqiqələrdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunur. Turkustan.info xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.  Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları […]

Krımı azad etmək mümkün deyil – Ukraynalı deputat

Krımı geri qaytarmaq üçün əməliyyatlar 4 il əvvəl başladılmalı idi. Bunu Ukraynanın “112” televiziyasına müsahibəsində Ukrayna Radasının deputatı, “Aydar” batalyonunun keçmiş komandiri Sergey Melniçuk deyib. “Biz Moskvaya Kerçensk körpüsünü tikməyə imkan vermişik. Krımın azad edilməsiylə bağlı əməliyyatlar barədə əvvəl düşünmək lazım idi. Rusların artıq Azov dənizi və Qara dənizdə təsirləri […]

Gəncədə növbəti terror törətmək istəyib, imamı öldürəcəkdi… – MƏHV EDİLDİ

Gəncə hadisələrinin iştirakçısı 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat tədbiri zamanı o, silahlı müqavimət göstərdiyindən məhv edilib. Turkustan.info bildirir ki, Unikal.org-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, radikal dini cərəyanlara meylli Muraz Rəhimov […]

İlqar Məmmədov azadlıqda

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa çıxıb.  Turkustan.info xəbər verir ki, Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb. Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu iyunun 29-da onun əsasında REAL […]

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verildi

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə avqustun 4-də satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.  Turkustan.info bildirir ki, bu barədəModern.az-a MİDA-nın mətbuat xidmətindən […]

Türkiyə ABŞ-a qarşı hərəkətə keçdi – Banklara 6 milyard dollar, 3 milyard dollarlıq qızıl ayırdı

Türkiyə Mərkəzi Bankı lirənin dollar qarşısında kəskin ucuzlaşması əlaqədar banklara yardım tətbiq edib. Turkustan.info “Haber Türk” nəşrinə istinadən xəbər verir ki, Mərkəzi Bank banalara yardım üçün 10 milyard lirə, 6 milyard dollar və 3 milyard dollar dəyərində qızıl yardım etməyə qərara alıb. . Bankın bəyanatında ümumilikdə 12 milyard dollar dəyərində maliyyə […]

“Siz kənara çəkilin, dolları özüm məhv edəcəyəm” – Müjdəsi verilib?

Və ya biz burdan rayona çətinliklə getdiyimiz halda, “onlar” Allahın kainatında uçuş edirlər  İnanclı biri olaraq bunları dilə gətirmək mənim üçün qətiyyən xoş deyil. Amma bəlkə də elə inancımdan dolayı dilə gətirməyim lazımdır. Çünki mənim inandığım Allah həm də “onlar” deyilənlərin Allahıdır, axı…  Beləliklə: Dövlət idarəetməsi, siyasət, iqtisadiyyat, maliyyə sistemi, […]

Oğlunun ölümünə dözməyib özünü binadan atdı – Bakıda DƏHŞƏT – VİDEO

Paytaxt Bakıda valideyn özünü öldürüb. Turkustan.info xeberaz.az-a istinadən xəbər verir ki, hadisəylə bağlı video sosial şəbəkələrdə paylaşılıb. Yayılan məlumata görə oğlunun ölümünə dözə bilməyən valideyn özünü yaşadığı binadan ataraq intihar edib. Hadisənin Nərimanov rayonu Həsən Əliyev küçəsi bina 115-də baş verdiyi bildirilir. 41 Baxılıb

Rufiz Qonaqov: “V XƏZƏR SAMMİTİ – xəzərin hüquqı statusunu müəyyənləşdirməklə böyük tarixihadisəyə çevrildi”

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit nəhayətki baş tutdu. Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. Sammitin gündəliyinə üş əsas məsələ daxil edilmişdi :-Su hövzəsinin hüquqi […]

SON DƏQİQƏ! Ordumuzun əsgəri yaralandı

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.  /A24.Az/ 60 […]

NASA elə bir faktı dünyadan gizlədir ki… – Rusiyalı tədqiqatçıdan ŞOK İDDİA

Rusiya tədqiqatçısı Valentin Deqtyarev Yer kürəsinə yaxınlaşan göy cismini aşkar edib. Turkustan.info  xəbər verir ki, bu haqda Ura.ru saytı yaxıb. Onun sözlərinə görə, Yer kürəsinə yaxınlaşan göy cismi nə asteroid, nə də kometaya bənzəyir. “Bu, daha böyük bir şeydir. Yer kürəsi hələ belə göy cismi ilə qarşılaşmayıb”, – o deyib. Onun […]

Qarışqa brilyant “oğurlayarkən” yaxalandı – Video

Sosial şəbəkələrdə İtaliyada baş vermiş qəribə hadisənin videosu paylaşılıb. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, ölkədəki zərgərlik mağazalarının birində zərgərin diqqətini qarışqa cəlb edib. Həşərat özündən bir neçə dəfə böyük olan brilyant qaşı götürərək, “aradan çıxmaq” istəyib. Mənbə bildirir ki, oğru “cinayət başında” yaxalanıb – qaş geri qaytarılıb, qarışqa isə sərbəst […]

PKK-dan bəyanat: Son tarix 20 avqustdur, yoxsa…

YPG-PKK terror təşkilatı ABŞ və Türkiyə arasında Menbiç məsələsində əldə olunmuş razılığa rəğmən, bu şəhərin gənclərini təsir altına salmağa davam edir. Turkustan.info xəbər verir ki, sözügedən terror təşkilatları 18-30 yaş aralığındakı gənclərə tez bir zamanda qruplaşmaya qoşulmaqla bağlı xəbərdarlıq edib. Məlumata görə, YPG avqustun 20-nə qədər təşkilatın sıralarına qoşulmayan gənclərin cəzalandırılacağını […]

Tarixi anlaşma: Bakı üçün yeni imkanlar yarandı

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulu Berdiməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq etdilər. Turkustan.info xəbər verir ki, […]

Azərbaycan yenə silkələndi

Lerikdə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yerli vaxtla saat 04:30-də Yardımlı stansiyasından 25 km cənub-şərqdə, Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Qeyd edək ki, ötən gün İsmayıllı rayonu ərazisində 4 bal gücündə zəlzələ olmuşdu.   /Oxu.Az/ 40 Baxılıb

İqtisadi müharibə Rusiyanı çökdürür

Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, əhatə dairəsinin genişlənməsi iqtisadi müharibə elanı kimi dəyərləndiriləcək. Bunu Rusiyanın baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, bu müharibəni iqtisadi, siyasi və digər yollarla dəf etmək lazımdır. Rusiyaya qarşı sanksiyaların ölkənin iqtisadi gücünü zəiflətməyə hesablandığını deyən hökumət başçısı qeyd edib ki, rəsmi Moskvaya qarşı […]

Türkiyədən sonra Rusiya da – Dollardan imtina edir

“ABŞ aktivlərinə sərmayələrimizi əhəmiyyətli dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dollar yerinə də daha çox avro və Çin yuanından istifadə edəcəyik”.  Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın maliyyə naziri Antuan Sliuanov deyib: “ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli vasitə olmağa başlayıb. Yanacaq ticarətində də milli valyutaya keçməyi […]

Həzmə kömək edir, arıqladır, öskürəyi kəsir… – Qabığı özündən şəfalı meyvə

Ananas çox ləzzətli və faydalı meyvədir. Vitamin və mineral mənbəyi olaraq ən sağlıqlı meyvələr arasında yer alan ananasın yararları sadəcə meyvəsində deyil, qabığında da çox miqdarda var.  Turkustan.info ananas qabığında olan heyrətamiz faydalar barədə məlumat verir. Ananas qabığı arıqlamağa kömək edir Ananasın iç qabığında ananasdan iki qat daha çox bromelanin […]

Narkomanları heroinlə müalicə edəcəklər

Nazir bundan əvvəl də narkomanlara qarşı loyal münasibəti ilə seçilib.  Norveçin səhiyyə naziri Bent Xoye ölkənin Səhiyyə İdarəsinə müraciət edərək heroinlə müalicə üçün münasib namizədlərin siyahısının hazırlanmasını xahiş edib. Turkustan.info Vesti-yə istinadən xəbər verir ki, Norveç hökuməti adi müalicə zamanı çətinliklərlə qarşılaşan şəxslərə kömək etmək istəyir. Xoye bundan əvvəl də […]