Gün: Avqust 15, 2018

700 bal toplayan abituriyentlər hansı universitetləri seçdilər? – SİYAHI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqənin nəticələri açıqlanıb. DİM-dən verilən məlumata görə, abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər. Maraqlıdır, DİM-in yaz və yay imtahanlarından ən yüksək nəticə əldə edərək 700 bal toplayan abituriyentlər hansı universitetləri […]

Ərdoğan, Putin və Si Cinpin birləşir – Trampı yox edəcək SSENARİ

ABŞ-ın “Newsweek” jurnalı prezidenti Donald Trampı Türkiyə ilə bağlı xəbərdar edib. Turkustan.info xəbər verir ki, nəşr Vaşinqton və Ankara arasında baş verən böhranın Türkiyəni Rusiyaya yaxınlaşdırdığını yazıb. “Türkiyə NATO-nun ən böyük hərbi güclərindən biridir. Vaşinqtonun illərdir Yaxın Şərqdə ən önəmli müttəfiqlərinin başında dayanır. Son dövrlər baş verən proseslər Türkiyəni Rusiyaya yaxınlaşdırır”, […]

Sirli kosmik qurğu ABŞ ilə Rusiyanı üz-üzə qoydu – Gərginlik

Sirli kosmik qurğu ABŞ-da həyəcana yol açıb. ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi Yleem Poblete İsveçrədə keçirdiyi mətbuat konfransında “nə olduğunu qəti şəkildə bilmirik və bunu sübut etməyin bir yolu yoxdur”, deyə qeyd edib. Yleem Poblete sirli kosmik qurğunun silah olub-olmadığını söyləməyin mümkünsüzlüyünü qeyd edib. Rusiya tərəfi iddiaları “şübhəyə söykənən əsassız, […]

Ermənilərin Türkiyəni içəridən işğal etmə PLANI – MÜSAHİBƏ

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycan torpaqlarının işğalına son qoymadan Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışır. Türkiyədə də Azərbaycan amilini kənara qoyaraq, Ermənistanla münasibətlərin qurulmasını istəyən qüvvələr aktivləşib. Hərçənd, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddialarının olduğu və 1915-ci il hadisələrini qondarma erməni soyqırımı adı altında təqdim edərək, […]

“Putinlə Ərdoğan dollardan danışdı, ABŞ təlaşa düşdü”

Türkiyə Rusiya kimi dollar sistemindən çıxmaq məcburiyyətindədir. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Yaxın Şərq üzrə eksperti İsrail Şamir çıxış edib. Türkiyə lirəsinə tətbiq edilən əlavə vergilərin ciddi şəkildə təsir etdiyini deyən Şamir ABŞ-ın özünü hər kəsdən üstün saydığını söyləyib. “ABŞ ilə mübahisə etmək çətindir, lakin bunu etmək lazımdır. […]

Ərdoğana dostundan böyük jest: Birbaşa 15 milyard yatırılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə görüşüb. Turkustan.info xəbər verir ki, liderlərin görüşü Beştəpədəki prezident sarayında baş tutub. Ölkə başçılarının görüşü zamanı ikitərəfli münasibətlər və gündəmdə dayanan digər məsələlər geniş şəkildə müzakirə olunacaq. *** Ərdoğanla görüşən Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Türkiyəyə […]

Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyyə edildi

Bakıda yaşayış binasında yanğın olub. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 ünvanında qeydə alınıb. Beşmərtəbəli binanın birinci mərtəbəsində çıxan yanğın zamanı ikiotaqlı ev əşyaları ilə birgə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb […]

Britaniya qırıcıları Rusiya bombardmançılarını geri döndərdi

Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Rusiyanın altı Su-24 taktiki bombardmançısını Qara dəniz üzərində NATO sərhədləri yaxınlığında geri döndərdiyini bildirib. Bu barədə Turkustan.info “İnterfaks”a istinadla xəbər verir.  Qeyd olunur ki, Rusiya təyyarələrinin qarşısını kəsmək üçün havaya Rumıniyada dislokasiya olan “Eurofighter Typhoon” qırıcıları qalxıb. Britaniya qırıcıları yaxınlaşdıqda Rusiya təyyarələri geri, Krım yarımadası istiqamətinə dönüblər. […]

Putinin sinif rəhbəri – “Dərslərdən qaçırdı, dəcəl idi…”

Rusiya prezidenti Vladimir Putinin sinif rəhbəri olmuş Vera Quryeviç onunla bağlı maraqlı məqamlardan söz açıb. Rusiya mətbuatının verdiyi məlumata görə, Quryeviç Putinə 5-ci sinifdən 8-ci sinfə qədər Leninqraddakı 193 nömrəli məktəbdə dərs deyib. Müəllimə müsahibəsində keçmiş şagirdinin təhsildəki uğurlarından və məktəbdəki nadincliyindən bəhs edib: “O, dərslərdən qaçıb, digər sinif otaqlarının […]

4 ölkə BİRLƏŞSƏ…- İngiltərə ABŞ-ın çöküş ssenarisini AÇIQLADI

“Türkiyə, Çin, Rusiya və İran biləşərsə, ABŞ-ın bütün planları puça çıxacaq”. Turkustan.info xəbər verir ki, bu sözləri ingiltərəli jurnalist və Oksford Araşdırmalar Universitetinin müdiri Mark Almond “Gündəlik Teleqraf” qəzetində dərc edilən məqaləsində qeyd edib. Jurnalist analizdə ABŞ prezidenti Donald Trampın bir çox ölkəyə sanksiya tətbiq etməklə bu ölkələri bir araya gəlməyə […]

Azərbaycan üçün “Şeyx Nəsrullahlar” belə yetişdirilir – ARAŞDIRMA

İnsan ağlı nələrisə dərk etməyə başlayan ilk vaxtlarda ona qeyri-adi, fantastik görünən hadisələrə mifoloji yanaşma sərgiləyib. Və bu dünyagörüşü onlarda ilkin ibtidai inancların yaranmasına gətirib çıxarıb. Bəşər tarixinin periodlarında ibtidai inanclar təkamül edərək nəhayət özünün ən ali mərtəbəsinə çatdı – təkallahlı dinlər meydana çıxdı. Təkallahlı dinlər özlərindən əvvəlki ibtidai inanclardan […]

Türkiyə üçün fəlakət gözləntisi: XƏBƏRDARLIQ EDİLDİ

Mütəxəssislər Türkiyə üçün fəlakət gözləntisi barədə xəbərdarlıq edib. Turkustan.info xəbər verir ki, Mərmərə dənizində 7,7 bal gücündə zəlzələnin olacağına dair açıqlama verilib.  Zəlzələ ilə yanaşı sunami xəbərdarlığı da edilib.  Xəbərdarlıqla Yıldız Texnik Universitetinin təbiət bölümləri araşdırma mərkəzinin rəhbəri Şükrü Ərsoy çıxış edib.  O, açıqlamasında zəlzələnin dağıdıcı olacağını və ardınca sunami gözlənildiyini […]

“UŞAQLARA ƏMLAK KİMİ BAXIRIQ”

“Biz uşaqları çox sevirik, daha çox onların qayğısına qalırıq. Lakin bəzi ailələrdə azyaşlı uşaqların heç bir məsələdə rəyi soruşulmur. Biz onlara daha çox əmlak kimi baxırıq”. Bu fikirlər “Qadın və cəmiyyət” internet TV verilişində səslənib. “Qadın və uşaq hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı internet TV-də maarifləndirmənin aparılması” layihəsi çərçivəsində hazırlanan […]

“Azərbaycanda manata görə narahat olmağa dəyməz, amma…” – İqtisadçı MƏSLƏHƏTİ

Türkiyədə lirənin ucuzlaşmasına, o cümlədən Rusiyada rublun və digər qonşu ölkələrdə də milli valyutaların dəyərsizləşməsinə əsasən, Azərbaycanda manata görə narahat olmağa dəyməz.  Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. O bu fikirini belə əsaslandırıb: “Əvvəla, sözügedən ölkələrdə milli valyutaların dəyəri sərbəst bazar qanunları əsasında tənzimlənir. Yəni, tələb və təklifin nisbətinə əsasən. […]

Rusiya Köçəryanı niyə xilas etdi? – Şərh

Robert Köçəryanın həbsində Rusiyanın xüsusi rolu var. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert Xaçaturov və Köçəryanla bağlı qərarın bir-birilə bağlılığını istisna etməyib: “Məlum məsələdir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Vaqarşak Arutyunyan və KTMT-nin Baş katibi Yuri Xaçaturova qarşı həbs siyasəti məhz […]

Ceyhun Bayramov 185 məzunu qızıl medalla təltif etdi

Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltif edilməsi haqqında əmr imzalayıb.  Turkustan.info xəbər verir ki, əmrə əsasən, 185 məzun qızıl, 38 məzun isə gümüş medala layiq görülüb.  Qızıl və gümüş medalla təltif olunan təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.  /BakuPost/

Piyadaların nəzərinə: Bakıda keçidlərdə nəzarət gücləndirilib

Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, piyadaların avtomobillərlə vurulması yol nəqliyyat hadisələrində çoxluq təşkil edir […]

Merkel Bakıya niyə gəlir? – Almaniyalı politoloqun şərhi

“Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfəri çətin ki, hansısa yeni xəbərlər gətirsin. Vaxtilə Almaniya şərq qonşuları ilə qarşılıqlı münasibətlərdə səhvlər buraxıb” Bunu almaniyalı tanınmış politoloq Aleksandr Rar deyib. Onun sözlərinə görə, Merkelin 23 avqustda Tbilisiyə, ayın 24-də İrəvana və 25 avqustda isə Bakıya səfəri daha […]

İcitmai Birlik sosial əngəlli uşalqarın gəzintisini təşkil edib

Bu ekskursiya Azərbaycan Respublikası Prezidenti Yanında QHT-yə Dəstək Şurasının dəstəyi ilə “Cəbhəyanı bölgələrdə olan qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial reablitasiyasına dəstək və asudə vaxtın təşkili” adlı layihə çərçivəsində həyata keçirilib. Azərbaycanın müxtəlif rayonlarından olan sosial ənəgəlli uşaqlar ölkəmizin paytaxtında gəzməli, görməli yerlərdə […]

Sumqayıtda fahişələrə qarşı əməliyyat – VİDEO

Sosial şəbəkələrdə gizli əxlaqsızlıq yuvalarına qarşı genişmiqyaslı polis əməliyyatının videogörüntüləri yayılıb. Videoda təkcə əxlaqsızlıqla məşğul olan qadınlar deyil, onların müştərilərinin də saxlanıldığı görünür. Turkustan.info xəbər verir ki, polis onları avtobusa əyləşdirərək, polis məntəqəsinə aparır. Bu zaman aralarında xeyli yaşlı fahişələrin də olduğu qadınlar üzlərini gizlədir, kobud şəkildə polisdən onları çəkməmələrini tələb […]

Qurban ətinin satılması haramdır – QMİ-dən tövsiyələr

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb. Turkustan.info bildirir ki, QMİ-dən Minval.info-ya verilən məlumatda qeyd edilir ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş – müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq […]

Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA

Bu il Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə 200 manatlıq pul nişanı dövriyyəyə buraxılıb. Turkustan.info bildirir ki, Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq 200 manatlıq əskinaslar haqda açıqlama verib. O deyib […]

Millət vəkilinin “Türk dünyası”, Türk dünyasının Millət vəkili

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beş cildliyi gün üzü görüb.  Bəri başdan deyim: kitabın adına uyğun miqyası, ərəb demiş, “mətn-mündəricə”si – içəriyi, habelə nəfis tərtibat və mükəmməl poliqrafiyası alqışa layiqdir. Etiraf edək, bir çox hallarda türk dünyası adlı, ünvanlı nəşrləri bu miqyas və səliqə-səhmanda […]

Azərbaycanda məktəbəhazırlıq pullu olacaq?

Təhsil İdarəsindən rəsmi açıqlama Qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyinin icazəsi ilə bəzi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli şəkildə həyata keçirilə bilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bu gün məktəbəhazırlıq qruplarının ödənişli olması məsələsi gündəmdə olmadığını deyib. O, bunun üçün nazirlikdən razılıq alınmalı olduğunu bildirib.   […]

Səbuhi Məmmədlidən SON XƏBƏR

Dünən axşam tanınmış jurnalist Səbuhi Məmmədli Facebook səhifəsində intihara cəhd etməsi barədə xəbər yazıb. “Bəsdi, bəsdi..Kimin həvəsi varsa Biləcəri dəmir yolu körpüsünün üstünə gəlsin. Aşağıda yüksək elektrik naqilləri var. Sizə realiti şou göstərəcəm” Məlumata görə, onu fikrindən yayındırmaq mümkün olub. Səbuhi Məmmədlinin yaxınlarının Modern.az-a verdiyi məlumata görə, o, intihar etmək fikrində […]

Paşinyana beynəlxalq təşkilatda vəzifə verildi

Qazaxıstanın başçılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının iclası keçirilib. Turkustan.info Ermənistan  KİV-nə istinadən xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin daimi nümayəndələri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibinin müavini iştirak edib. Daimi Şurasının iclasında təşkilatın nizamnaməsində edilən dəyişikliyə əsasən, bundan sonra hərbi blokun Daimi Şurasında Ermənistanı baş nazir […]

Azercell-dən bölgələr üçün günlük limitsiz danışıq və internet bir təklifdə

Ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yüksəksürətli mobil internetdən istifadəni daha əlverişli etmək məqsədilə yeni limitsiz danışıq və internet paketini təqdim edir. İndi cəmi 0,60 AZN ödəməklə günlük paketə qoşulan abunəçilər 24 saat ərzində limitsiz danışıq və 50 MB həcmində mobil internet imkanı əldə edirlər. Azercell-in […]

Şəmkirdə qohumlar arasında atışma: Yaralılar var

Şəmkir rayonunda qohumlar arasında silahlı insident baş verib. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib. Şəmkir […]

Qənirə Paşayeva Macarıstan parlamentinin spikeri ilə görüşüb – FOTOLAR

Millət vəkili Q.Paşayeva Macarıstan parlamentinin spikeri və vitse-spikeri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb Macarıstanda Turan Qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva qurultay çərçivəsində Macarıstan Parlamentinin spikeri Laslo Kover və vitse-spikeri Şandor Lejak ilə görüşüb. Görüş zamanı Macarıstan parlamentinin spikeri Azərbaycanla Macarıstan arasında gözəl münasibətlər olduğu və qardaş dövlət və […]

MÜBAHİSƏLİ DURUM: Nə qədər borcu olan ölkədən buraxılmır? – AÇIQLAMA

“Vergi orqanları tərəfindən vergi borcuna görə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı hüquqi akt yoxdur”. Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya vergi məsələləri üzrə ekspert Emin Səttarov deyib.  O bildirib ki, qanunvericilikdə hansı məbləğdən sonra ödəyicinin çıxışına məhdudiyyət qoyulması nəzərdə tutulmayıb: “Vergi orqanı inzibati orqandır. Belə ki, qurum büdcəyə […]

Azərbaycanda porno saytlar niyə bağlandı? -AÇIQLAMA

Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb. Sözügedən saytlar “Xvideos” və “Xnxx” porno portallarıdır. Həmin saytlara daxil olmaq mümkün deyil. Onların aylıq ziyarətçi sayı 350 milyondan çoxdur. Turkustan.info bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bu addımın doğru olduğunu bildirib: “İstənilən halda bu, bütün […]

Vəziyyət daha da pisləşdi: Türkiyə ABŞ-la ticarət müharibəsinə başladı

Ərdoğanın ABŞ mənşəli bəzi məhsullara əlavə maliyyə öhdəliyinin səviyyəsinin 100 faiz artırılmasına dair qərarı yayımlanıb Türkiyə ABŞ istehsalı olan bəzi məhsullara əlavə vergi tətbiq edib. Turkustan.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ mənşəli bəzi məhsullara əlavə maliyyə öhdəliyinin səviyyəsinin 100 faiz artırılmasına dair qərarı T.C. Resmi Gazete-də yayımlanıb. Məlumata […]

Dünyanın ən yaxşı ali məktəbləri – SİYAHI

Bu il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqi – “Academic Ranking of World Universities 2018” açıqlanıb. Turkustan.info xəbər verir ki, siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Reytinqdə ikinci Stenford Universitetidir, 3-cü isə Böyük Britaniyanın Kembric Universitetidir. İlk beşlikdə növbəti yerləri də ABŞ ali təhsil müəssisələri tutur: Massaçusets Texnologiya İnstitutu və […]

Nazirlikdən XƏBƏRDARLIQ – Bu obyektlərin fəaliyyəti dayandırılacaq

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirkləndiricilər kimi xarakterizə edilir. Vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır. […]

Bu səbəblər dünya nüvə müharibəsini başlada bilər – Amerika nəşri AÇIQLADI

Rusiya, ABŞ və ya Çin tamamilə təsadüfən dünya nüvə müharibəsinə başlaya bilər. Bu haqda “National Interest” Amerika jurnalı yazıb. Nəşr qeyd edir ki, dünya dövlətlərinin əvvəlki müşahidə və kəşfiyyat sistemləri yalnız nüvə ballistik raketlərinin işə salınmasının izlənilməsi üçün tətbiq edilirdi. İndiki halda isə bu sistemlər həmçinin qeyri-nüvə döyüş başlıqlarının işə […]

Yeni təhsil qanunları hazırlanır – Deputatdan açıqlama

Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib. Onun sözlərinə görə, adıçəkilən komitə son dövrlərdə çox məhsuldar işləyib və təhsillə bağlı bir sıra mühüm qanun layihələrinin hazırlanmasına, müzakirəsinə və qəbuluna nail […]

Türkiyəyə müharibə elanının SƏBƏBLƏRİ ORTAYA ÇIXDI – Amerikalı generallardan GÜNDƏM YARADACAQ HESABAT

“CNN International” telekanalı ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi ilə bağlı maraqlı bir analiz verib. Turkustan.info xəbər verir ki, analizə görə, Türkiyənin itirilməsi Qərbə baha başa gələcək. “Türkiyədəki qeyri-sabitlik sərhədlərin kənarında nəticələr doğura bilər. Ölkəni idarə edən kim olursa-olsun, Türkiyənin ağırlıq mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaqdır”, – analizdə […]

ABŞ-ın hücumu cavabsız qalmadı – Türkiyədən 100 FAİZLİK ZƏRBƏ

ABŞ-ın Türkiyə qarşı iqtisadi sanksiyalarına cavab verilməsi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi anons bu gündən rəsmiləşir. Turkustan.info xəbər verir ki, ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərar “Rəsmi Qəzet”də dərc edilib. Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün […]

Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir? – FOTO

Rənglərin beynimizə və düşüncəmizə təsir etdiyini hamımız bilirik. Buna görə də müxtəlif firmalar öz məhsullarında müştəri üzərindəki təsiri artırmaq üçün müxtəlif rənglərdən istifadə edir. Bəs rənglərin bu xüsusiyyəti filmlərdə necə istifadə olunur? Turkustan.info Oxu.Az-a istinadən filmlərdə istifadə edilən müxtəlif rəng çalarlarının psixologiyamıza necə təsir etməsi barədə yazını təqdim edir: Qırmızı Qırmızı isti, alov, qan, […]

Yuxulu olmaq yaxınlaşan ölümün ilk əlamətidir

Yuxu və oyaqqalma rejiminin pozulması yaxınlaşan ölümün əsas əlamətlərindən biridir. Oklend Universitetinin alimləri bildiriblər ki, onlar molekulyar markerlərin tədqiqi ilə məşğul olarkən drozofil milçəyinin öləcəyini əvvəlcədən müəyyənləşdirməyin yolunu tapıblar. Turkustan.info Rusiyanın ixtisaslaşmış tibb saytlarına istinadla xəbər verir ki, düzgün qurulmuş bioritm, o cümlədən yuxu və oyaqqalma rejimi ömrü uzada bilər, lakin […]

Evdə dibçəkdə kiçik alma ağacı yetişdirmək çox asandır – Toxumu nəm salfetin içinə qoyun… KİÇİK HİYLƏLƏR

Turkustan.info evdə Dibçəkdə Kiçik Alma Ağacı Yetişdirmək üsulunu təqdim edir.  Evinizdə, eyvanınızda asanlıqla alma yetişdirə bilərsiniz.  Dibçəkdə almalar yetişdirməyin çox sadə bir yolu var.  İlk olaraq bir ədəd almanın toxumlarını seçin.  Nüvələrin üstündəki qabığını soyun.  Nəmli salfetin içinə qoyun.  Salfeti bir salofanın içinə qoyun və qaranlıq bir şəraitdə 10 gün […]

Rusiya Paşinyana qarşı onu hazırlayır – Şərh

Köçəryanın həbsdən azad edilməsi Moskvadan verilən göstəriş nəticəsində mümkün olub. Turkustan.info bildıirir ki, bu sözləri Axar.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Köçəryanın birdən-birə həbsdən azad olunması Paşinyanın Qarabağ klanına qarşı planlarının boşa çıxmasından xəbər verir: “Bir müddət öncə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Moskvada təlimatlar aldıqdan […]

Türkiyə NATO-nu tərk edə bilər – 10 generalın hesabatı

Türkiyə bu ilin sonunda NATO-nu tərk edə bilər. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda bildirilib. Hesabat general Ceyms Marks və keçmiş hərbi kəşfiyyat zabiti Raçel Vaşbörnün rəhbərliyi ilə hazırlanıb və bunun üçün onlar 6 ay vaxt sərf ediblər. Hesabatda əsas fikirlər aşağıdakı […]

Nuriyyə Hüseynova Macarıstanda Turan Qurultayında – Fotolar+Video

Macarıstanda hər iki ildən bir keçirilən Hun-Türk Turan Qurultayı bu il 08-13 avqust tarixlərində yenidən Macarıstanın Kiçik Kumaniya bölgəsinin Bugac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib. Turkustan.info xəbər verir ki, qurultayı təşkil edən Macar-Turan Fondunun başkanı Andraş Bironun dəvəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Türk dünyasının sevilən müğənnisi Nuriyyə Hüseynova […]

Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? – Ərizəsi alındı (FOTOLAR)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor Balakişi Qasımov tanınmış rejissor Ceyhun Cümşüdovu işdən azad edib. Məlumata görə, İTV-nin Gənclər, Elm və Təhsil Departamentində böyük rejissor olan C.Cümşüdov avqustun 10-da şirkətə çağırılaraq heç bir səbəb göstərilmədən işdən çıxarılması ilə bağlı ərizəsi alınıb.  Qeyd edək ki, rejissor Ceyhun Cümşüdov Qarabağ […]

Kutup Değişimlerinin Sırrı Çözülüyor 

Kutup Değişimlerinin Sırrı Çözülüyor  Bilim adamlarının uzun zamandır sırrını çözmeye çalıştıkları, kutupların manyetik alan üzerinde yer değiştirmesi üzerine araştırmalar yapıldı. İlerleyen dönemlerde bir çok jeolojik olaya anlam kazandıracak sonuçlar elde edildi. Dünya’nın derinliklerinde, sıvı demir manyetik alanlar üretilmesi kutupların sürekli yer değiştirmesine sebep oluyor. Güney olanın bir süre sonra kuzey olmasının temel […]

Xərçəng əleyhinə təsiri bir neçə dəfə artır! – Sarıkökü bu ədviyyatla birlikdə İSTİFADƏ EDİN

Sarıkök ən faydalı ədviyyatlardan biridir. Hal hazırda bütün dünyada sarıkökə olan diqqət daha da artıb. Bunun səbəbi sarıkökün tərkibində olan “kurkumin” adlı maddənin güclü xərçəng əleyhinə təsiridir. İrlandiya alimləri sübut ediblər ki, kurkumin xərçəng şişinin inkişafını 50% ləngidir və həmçinin xərçəng hüceyrələrini öldürür. Turkustan.info xəbər verir ki, bir çox alimlər sarıkökü […]