Nuriyyə Hüseynova Macarıstanda Turan Qurultayında – Fotolar+Video

Macarıstanda hər iki ildən bir keçirilən Hun-Türk Turan Qurultayı bu il 08-13 avqust tarixlərində yenidən Macarıstanın Kiçik Kumaniya bölgəsinin Bugac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib.
Turkustan.info xəbər verir ki, qurultayı təşkil edən Macar-Turan Fondunun başkanı Andraş Bironun dəvəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Türk dünyasının sevilən müğənnisi Nuriyyə Hüseynova ölkəmizi təmsil edən heyətlə birlikdə Turan festivalında bu il də iştirak edib.
Nuriyyə xanım festival tədbirlərində repertuarında olan milli, vətənpərvərlik ruhlu mahnıları ifa edib. Nuriyyə xanımın ifasında “Çırpınırdı Qara dəniz” türküsü festival iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Görkəmli sənətçimizin Turan Qurultayından olan video və fotoşəkillərini təqdim edirik: