Məşhur çobanımız tələbə oldu: Dostum zəng edib dedi ki…

İnternetdə yayılan ifaları ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərov Azərbaycan Milli Konservatoriyasının Milli vokal fakültəsinə qəbul olub.

Turkustan.info bildirir ki. təəssüratlarını Kult.az-la bölüşən ifaçı aprel ayından imtahana hazırlaşdığını deyib:

“Fənlərdən hazırlaşdım, fəaliyyətimi nəzərə alaraq qabiliyyətdən də güzəşt olundu. Nəticələr açıqlanmamışdan əvvəl çox həyəcanlı idim. Ötən il qəbul ola bilməmişdim deyə, məyus olmuşdum. Ümidim bu ilə idi. Bu dəfə də olmasaydı, tələbəlik sevdasından əl çəkəcəkdim.

Nəticəni öyrənməyə ürək eləmirdim. Yerlər açıqlananda kənddə idim, qoyunları çıxarmışdım. Dedim, birazdan sms göndərib öyrənərəm. Evə qayıdanda dostum zəng eləyib dedi ki, təbrik edirəm, qəbul olunmusan”.

Qeyd edək ki, Neftçala rayonu Qaçaqkənd sakini, gənc müğənni Pərvin Səfərov internetdə yayılan ifaları ilə gündəmə gəlib. O, daha sonra TV8 kanalında yayımlanan “O səs Türkiyə” müsabiqəsinə dəvət alıb.

10 Baxılıb