Gün: Avqust 17, 2018

Şəhid qızını maşınla vuraraq öldürən biznesmenin oğlu AZADLIQDA

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, qərar elan olunub. Məhkəmə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar verib. O, azadlığa buraxılıb və cəzasının qalan […]

Populyar azərbaycanlı videobloger kasıblara yardım etdi – VİDEO

Azərbaycan əsilli rusiyalı videobloger Hüseyn Həsənov Romada ehtiyaclılara yemək və pul paylayıb. Turkustan.info xəbər verir ki, o, bunu əks etdirən videonu “Instagram” səhifəsində yerləşdirib.  “Bilirəm ki, çoxları məndən nümunə götürür. Uşaqlar, mərhəmətli olun və malik olduğunuz hər şeyin qədrini bilin”, – Həsənov videoya şərh verib. Hüseyn Həsənovun “Instagram” abunəçilərinin sayı 6,1 milyon nəfərdən […]

Naxçıvanda toylara müdaxilə ilə bağlı xəbərə – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası rəhbərliyi adından guya sentyabrın 1- dən toy mərasimləri ilə bağlı xüsusi qaydaların tətbiq ediləcəyi, obrazlı ifadə edilsə, yalnız “sladkiy stol”lara icazə veriləcəyi ilə bağlı informasiyalar yayılıb. Görəsən, yayılan informasiyalar həqiqəti nə dərəcədə əks etdirir? Məsələ ilə bağlı Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri […]

Bu xüsusiyyətləriniz varsa, deməli İFRİTƏSİNİZ – 8 MƏQAM

Əsrlər öncə “ifritə”ləri çox qəribə və hətta gülünc əlamətlərə görə təyin edirdilər. Bu siyahıya ət xal, çillər, çəpgözlük və s. əlamətlər aid olunurdu. Qəzəbə tuş gələn qadınlar arasında çox gözəl xanımlar da olurdu. Qüsursuz qadınları hər kəs özü üçün böyük təhlükə hesab edirdi. Çağdaş dünyamızda isə vəziyyət daha fərqlidir. Çünki […]

ŞOKA düşəcəyiniz ƏNƏNƏ: böyük qardaş özünə arvad seçir və bütün qardaşları onu… – FOTO

Fikir var ki, qadınlar monoqamdırlar, (tək partnyorluluğu sevən insan) amma kişilər təbiətcə müxtəlifliyin tərəfdarıdır. Lakin çoxərliliklə bağlı qədimdə olan, eyni zamanda hazırda da dünyanın bəzi yerlərində yaşayan ənənə bu fikirləri alt-üst edir. Turkustan.info Publika.az-a istinadən bu baxımdan maraqlı faktları diqqətinizə çatdırır. Məsələn, Tibetdə qızı eyni vaxtda bir ailənin bütün qardaşlarına […]

Gəncə hadisələrinə görə daha 2 nəfər həbs edildi

Gəncədə radikal şəxslərdən silah-sursat tapılıb. Turkustan.info bildirir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti mətbuat xidmətlərinin Publika.az-a daxil olan birgə məlumatında deyilir ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da […]

CNN rəsmən açıqladı : Trampın yanlış Türkiyə qərarı nəticəsində ABŞ şirkətləri 3 gündə 45 milyard dollar itirib

Dolları təhdid ünsürü olaraq istifadə edib, ticarət müharibəsi başladan ABŞ özü də bundan zərər görür.  Turkustan.info xəbər verir ki, Meksika, Çin və Türkiyə başda olmaqla bir çox ölkəyə əlavə gömrük vergisi sanksiyaları tətbiq edən ABŞ prezidenti Donald Tramp, ölkəsindəki polad, alüminium, tikinti və avtomobil sektorlarını çətin vəziyyətə salıb. Xüsusilə polad və […]

İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb

Lənkəran rayon Təhsil Şöbəsi imtahanın nəticələrini öyrənməyə gedərkən abituriyentin itkin düşməsinə aydınlıq gətirib. Turkustan.info  xəbər verir ki, rayon Təhsil Şöbəsindən AzNews.az-a verilən məlumata görə, Qurbanlı Təravət Nazim qızı sevdiyi oğlana qoşulub qaçıb: “Təravət Lənkəran Dövlət Universitetinə qəbul olunub. Amma balının açıqlanmasını gözləmədən qoşulub bir oğlana qaçıb. Deyilənə görə, qızla oğlan bir-birini sevir. […]

ABŞ-ın populyar radiosunda Qarabağ münaqişəsi…

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycanda səfərdə olub və ölkəmiz haqqında yeddi müxtəlif səpkili veriliş hazırlayıb. Turkustan.info xəbər verir ki, “Con Batçelor Şou”da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunub. Radioverilişdə Con Batçelor Dağlıq Qarabağ münaqişəsi barədə […]

Ərdoğan üçün gözəl xəbər: 7-ci dəfə…

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın yeddinci nəvələri dünyaya gəlib. Turkustan.info xəbər verir ki, Nəcməddin Bilal və Reyyan Ərdoğan cütlüyünün üçüncü övladları bu gün səhərə yaxın doğulub. “Medipol Mega Bağcılar” xəstəxanasında doğulan və Fatimə Sərra adı verilən körpə qızın və anasının səhhətinin yaxşı olduğu bildirilir.  /Axar.az/

Azərbaycanlı mayor özünü güllələyərək öldürdü – Astanada dəhşətli intihar

Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən avtomobil yolunun kənarında yerləşən “Qarabağ” kafesinin sahibi, azərbaycanlı Mayor Əvəzov özünü güllələyib. Turkustan.info Virtualaz.or-a istinadən xəbər verir ki, 58 yaşlı Əvəzovun meyiti kafenin 100 metrliyində, meşə zolağında tapılıb. Məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Əvəzovun özünə ov tüfəngindən atəş açdığı […]

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır

Türkiyə Silahlı Qüvvələri modernləşdirilmiş hərbi texnikanı Suriya ilə sərhədə toplayır. Turkustan.info-nun məlumatına görə, çoxlu sayda M60T tankları sərhədyanı Antakya vilayətinə gətirilib. Bu texnikanın sərhəd bölgəsindəki hərbi hissələrdə dislokasiya olunacağı məlumat verilib. Qeyd edək ki, həmin tanklar Türkiyənin “Aselsan” şirkəti tərəfindən modernləşdirilib.  /A24.Az/

Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi

Avstriya XİN rəhbəri Karin Knayslın toyuna qatılacaq Rusiya prezidenti Vladimir Putinin səbəbkara hədiyyəsi kazak ansamblının ifasında mahnılar olacaq. Turkustan.info xəbər verir ki, Putin özü ilə toya Don Kazak ansamblının 10 üzvünü gətirəcək.  Daha öncə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Putin avqustun 18-də Avstriya XİN başçısının toyunda iştirak etməyi planlaşdırır. Onun sözlərinə görə, prezident Knaysldan toya […]

Bakı bulvarına giriş 1 manat oldu – “Əxlaqsızlıqlara görə bu addımı atdıq”

“Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”. Turkustan.info xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov deyib. O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır: “Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız […]

Əgər bu ölkədə Güllü Yoloğlu Türklüyə qarşıdırsa…

Əgər bu ölkədə Güllü Yoloğlu Türklüyə qarşıdırsa… Tanrı eşqinə, siz onda mənə türkçülər kimlərdir onları göstərin!!! Tarix elmləri doktoru, böyük türkoloq Güllü Yoloğlunun “Mədəniyyət” kanalında yayımlanan “Keçmişdən Gələcəyə” verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadr arxası efirə verilməsi səhnəsinə baxanda düşündüm ki, kadrı efirə hazırlayan texniki heyət və ya rejissor fərqinə […]

Elmar Vəliyevin vurulmasında 2012-ci il faktı – DİN və DTX-dan birgə AÇIQLAMA

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarla bağlı birgə məlumat yayıb.  Turkustan.info xəbər verir ki, məlumatda deyilir:   “Xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, […]

Azərbaycanda vəzifəli şəxs barədə cinayət işi açıldı, artıq ev dustağıdır

Aqroinvest Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb  Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əhmədov Əyyub Əlihüseyn oğlunun barəsində cinayət işi başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, o, MMC-nin 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin […]

Paşinyan Qarabağ danışıqlarından dovşan kimi qaçmamalıdır – Koçaryan

Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Yerkir Media” telekanalına geniş müsahibə verib. Turkustan.info xəbər verir ki, Koçaryan rezonans doğuran müsahibəsində nəinki Ermənistanda, o cümlədən regionda baş verən proseslərdən, xüsusilə də İrəvanın müttəfiqliyə yaraşmayan tərzdə Moskvaya münasibət göstərməsindən və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni vəziyyətdən narahat olduğunu bildirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan […]

NATO-dan Rusiyaya qarşı həmlə: 40 minlik ordu…

Almaniya NATO təlimlərinə 8 min əsgər və 100 tank göndərəcək. Turkustan.info xəbər verir ki, Norveçdə keçiriləcək “Trident Juncture” adlı təlimlər NATO-nun Soyuq müharibənin bitməsindən sonra ən böyük manevri olacaq. Təlimlər oktyabrın 25-dən noyabrın 7-nə kimi davam edəcək. Ümumilikdə 40 min hərbçinin iştirak edəcəyi təlimlərdə NATO-ya üzv 30 ölkə, həmçinin alyansın […]

Ermənilər indi də Laçında xəstəxana tikir

Ermənistan rəhbərliyi işğal altında saxladıqları Azərbaycan torpaqlarında qanunsuz tikinti işləri aparmaqda davam edir. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Laçın rayonunu mərkəzində yeni xəstəxananın tikintisi başa çatmaq üzrədir. Həmin xəstəxana Qarabağdakı separatçı rejimin və Ermənistanın “VivaSell-MTS” şirkəti tərəfindən birgə inşa olunur. 2012-ci ildə tikilməyə başlayan xəstəxananın 2019-cu ildə tam istifadəyə […]

“İşğalçı Ermənistanın olduğu təşkilatda bizim nə işimiz var axı?!” – Arif Rəhimzadə

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli haqqin.az-a müsahibəsində deyib ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)  iştirakını da nəzərdən keçirmək olar. “Düşünürəm ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın hətta KTMT-də iştirakını da nəzərdən keçirmək olar. Xatırlatmaq istəyirəm ki, bu strukturun yarandığı […]

Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz və 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Avqustun 18-i gündüzdən avqustun 20-dək şimal rayonlarından başlayaraq […]

Polis fahişəlik edən azərbaycanlı qadınları “iş başında” yaxaladı – Yoluxucu xəstəlik daşıyıcısı imiş

Türkiyənin Qaraman Polis İdarəsi Asayiş Şöbəsinin əməkdaşları Rayon Mərkəzində fahişəlik edən azərbaycanlı 56 yaşlı S.S. və 40 yaşlı S.N. adlı qadınları cinayət üstündə həbs edib. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, saxlanılan qadınlarla bağlı istintaqa başlanılıb. Saxlanılan qadınların yoluxucu xəstəlik daşıyıcısı olub-olmadığı barədə müayinə götürülüb. Müayinədən sonra məlum olub ki, […]

Alimlər sübut etdilər: Kişilər qadınlardan daha ağıllıdır

Vaşinqton Universitetinin alimləri qrafik informasiyaya reaksiya sürətini öyrənmək üçün unikal eksperiment keçiriblər. Turkustan.info xəbər verir ki, bu barədə “Cell” jurnalı yazıb. Məlumata görə, kişilər və qadınlarda görmə orqanları vasitəsilə alınmış məlumatların emalı təxminən eyni səviyyədə olsa da, məhz kişilər alınmış məlumatlar əsasında daha düzgün və rasional qərarlar qəbul edirlər.  Ümumilikdə, alimlərin […]

“Türk tarixini, coğrafiyasını bütöv olaraq görürük”

Refik Turan: “Tarixi filmlər bir elmi qurumda akkreditə edilsə, ssenarilər daha uğurlu olar” Müsahibimiz Ankarada fəaliyyət göstərən Türk Tarix Qurumunun rəhbəri Refik Turandır. Əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulan Türk Tarix Qurumu türkdilli cümhuriyyətlərin müstəqillik əldə etməsindən sonra Türk dünyası istiqamətində də fəaliyyətlərini genişləndirib. Refik bəylə söhbətimiz qurumun əsas hədəfləri, […]

Beş dövlət Bakıda razılığa gələcək və… – Vahid Əhmədov

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Axar.az-a müsahibəsini təqdim edirik: – Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını necə dəyərləndirirsiniz? – Xəzərin hüquqi statusunun tanınması ilə bağlı […]

Putin toya dəvət edildi, ölkə bir-birinə qarışdı

Rusiya Prezidenti Vladimir Putinin Avstriyanın Xarici İşlər naziri Karin Knayslın toyuna dəvət edilməsi ölkədə narazılıqla qarşılanıb. Turkustan.info xəbər verir ki, bu barədə “Deutsche Velle” nəşri yazıb. Avstriyalı politoloq Cerard Manqott Rusiya Prezidentinin Avstriyaya səfər etməsinin ölkəyə zərər vuracağını bildirib. Onun sözlərinə görə, qarşıdan gələn səfər Avstriyanın Rusiyanın Avropa İttifaqındakı “Troya atı” […]

Qənirə Paşayeva Qazaxıstanın bir qrup ziyalısına Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib – FOTO

Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində millət vəkili Qənirə Paşayeva Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Kuatjan Ualiyev ilə görüşüb. Turkustan.info-nun məlumatına görə, görüşdə millət vəkili deyib ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da artması sevindirici hadisədir. Ölkələrimizin rəhbərləri İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq […]

Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir

Müxtəlif sosial aksiyaların təşəbbüskarı və dəstəkçisi “Azercell Telekom” MMC-nin həyata keçirdiyi unikal layihələrindən olan “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” isti yay aylarında da fəaliyyətini davam etdirib. Turkustan.info xəbəbr verir ki, mütəmadi olaraq uşaq və ahıllar evlərinə səfər edən “Mobil Diş Klinikası”nın həkimləri iyul ayında Zabrat qəsəbəsində sosial sığınacaqda […]

Daha bir qonşu ölkə Ermənistandan imtina edir – Politoloq

Ermənistan yeritdiyi siyasətə görə risklər generatorunu xatırladır. Bu sözləri  politoloq Tofiq Abbasov deyib. O, Ermənistanın indiki vəziyyətdə regionda işğalçılıq siyasətini çox davam etdirə bilməyəcəyini düşünür: “Ermənistan getdikcə özü özünü zəiflədir. Bu da onun siyasətinin çox yarıtmaz, qeyri-adekvat olmasından irəli gəlir. Çünki bu ölkə artıq özünü böyük əməkdaşlıq planlarından təcrid edib. […]

İntihar edən əsgərə görə 3 nəfər həbs edildi – RƏSMİ

Avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi aparılıb 8 avqust 2018-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat […]

Sərxoş vəziyyətdə avtobusların qarşısını kəsir, sərnişinləri ölümlə hədələyir – Bakıda ŞOK OLAY – VİDEO

Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu, Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb. Xaliq Faiqoqlu MMC-dən  verilən məlumata görə, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir […]

Trampdan Türkiyə ilə bağlı yeni TVİT: “Bransonun azad olması üçün…”

Amerika rahib Bransonun azad olması üçün Ankaraya heç nə ödəməyəcək. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib. “Biz günahsız insanın azad olması üçün Ankaraya heç nə ödəməyəcəyik, amma Türkiyəyə xərcləri azaldacağıq”, – prezident tvitterdə yazıb. Ağ Evin başçısı həmçinin, Türkiyəni uzun müddət öz maraqları […]

Zabit Səmədovdan MÖHTƏŞƏM QƏLƏBƏ – VİDEO

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə qarşılaşıb. Əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə Çeçenistanın paytaxtı Qroznıda baş tutan döyüş Zabitin qələbəsi ilə yekunlaşıb. Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum […]

“Lələ, sənin qadan alım…” – VİDEO

Lələ?! Bir qədər qəribə səslənsə də, bu xitab növü müəyyən bölgə sakinləri üçün olduqca doğmadır. Xüsusən də, gəncəlilər üçün. Əgər yaxın zamanda Gəncəyə səfər fürsətiniz yoxdursa, buna görə təəssüflənməyə dəyməz. Çünki araşdırmamız sizi ölkənin ikinci böyük şəhərinə virtual səyahətə aparır. Sadəcə olaraq, videonu klik etməklə…  //modern.az//

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 250, BB […]

Bu tərəvəz geniş yayılan 2 xərçəng növündən qoruyur

Londonun Frensis Krik universitetinin alimləri mədəni xərçəngdən qoruyan maddə tapıblar. Turkustan.info xəbər verir ki, adi ağ kələm, kolrabi və gül kələmin tərkibində olan maddə bağırsağın və mədənin mikroflorasını normallaşdırır, düz və yoğun bağırsaqda xərçəngə səbəb ola bilən mikrobların yaranmasının qarşısını alır. “Bu kəşf optimizm üçün böyük əsasdır. Biz xərçəngə səbəb olan […]

Deputatlar canlı yayımda yumruq davasına çıxdılar – VİDEO

Ukrayna telekanalının canlı yayımında ölkə parlamentinin (Radanın) iki deputatı – Sergey Şaxov və İqor Mosiyçuk yumruq davasına çıxıblar. Turkustan.info xəbər verir ki, münaqişə Şaxovun Mosiyçukun qey-paradlarda iştirak etməsi barədə sözlərindən sonra başlayıb. Qarşılıqlı təhqirlərdən sonra dava başlayıb.  Studiyanı tərk etdikdən sonra isə deputatlar münasibətlərinə liftdə aydınlıq gətiriblər. /Oxu.Az/

Qohum evliliklərinin fəsadları – AÇIQLANDI

Hər bir dövrdə müəyyən problemlər nəticəsində ailədə xəstə uşaqların doğulması hallarına rast gəlinir. Turkustan.info xəbər verir ki, bu arzuolunmaz halın yaranma səbəblərindən biri də qohum evlilikləridir. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlarına üstünlük verilir və belə ailələrdən doğulan uşaqların xəstə olması riski çox yüksəkdir. Qohum evliliyinin genetik […]

“Böyük Ermənistan” qalmaqalı böyüyür: AMEA telekanalı suçladı, Güllü Yoloğlu isə…

“Mədəniyyət” kanalında yayımlanan, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və televiziya aparıcısı olan, tarix elmlər doktoru Güllü Yoloğlunun “Keçmişdən Gələcəyə” televiziya verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadr arxası efirə verilməsi böyük narazılıqla qarşılanıb. İddia olunurdu ki, verlişdə yayımlanan xəritəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji ekspedisiyasının […]