Gün: Avqust 18, 2018

Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının durumu Bakıda müzakirə ediləcək

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən düzənlənən, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində qardaş türk ölkə və topluluqlarının bir qrup yazarı respublikamıza gəlir. Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edəcək qardaş ölkə və topluluq təmsilçiləri, paytaxt Bakı və “gənclər şəhəri” Sumqayıtın görməli […]

İlham Əliyevdən Ərdoğana məktub: “Bu Sizə olan sonsuz inam və etimadının aşkar təzahürüdür”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz […]

“Türkiyədə dövlət çevrilişi təkrarlana bilər” – Rusiyadan XƏBƏRDARLIQ

Türkiyədə 2016-cı ildə baş vermis 15 iyul dövlət çevrilişinə cəhd yenidən təkrarlana bilər. Turkustan.info xəbər verir ki, belə bir iddianı Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin irəli sürüb. O, bunu “Rossiya 24” telekanalına müsahibəsində Ankara ilə Vaşinqton arasındakı gərginləşən münasibətləri şərh edərkən söyləyib. “Bu ölkədə dövlət çevrilişinə […]

Bakıda yaşlı qadınla gənc qız avtobusda əlbəyaxa oldu: “Yolaram tökərəm səni” – VİDEO

Paytaxt avtobuslarının birində növbəti mübahisə dava ilə nəticələnib. Turkustan.info-nun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında 37 nömrəli marşrut avtobusunda baş verib. Şahidlər bildiriblər ki, avtobusa minən gənc qız öndə olan qadına onu itələməməsini bildirib. Qadın isə “mən səndən qabaqda çıxıram, səni necə itələyə bilərəm?” dedikdən sonra aralarında mübahisə […]

Azərbaycanda işləyənlərin sayı AÇIQLANDI

Avqustun 1-nə olan statistikaya əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 120,8 min nəfər olub və onlardan 4 milyon 869,2 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı statistikada qeyd olunub. Məlumata görə, cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 546,2 […]

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq – SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısını açıqlayıb. Turkustan.info bildirir ki, agentlikdən Modern.az-a verilən məlumata görə, artıq bunun Bakı şəhərində və Abşeron rayonunda 33 yer müəyyənləşdirilib.  Bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə Bakıın küçələrində və yol kənarlarında […]

Cəbrayılın işğalının acı gerçəkləri – “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Bu gün Qarabağ müharibəsi veteranı, Xalq Hərəkatının fəallarından olan tanınmış ziyalı Vaqif Əlisoyun müəllifi olduğu “Kaş gözlərim kor olaydı…” adlı kitabıbının təqdimat mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, “Azərkitab Kitab Mərkəzi”ndə baş tutan tədbirdə Xalq Hərəkatının fəalları, Qarabağ döyüşçüləri, qazilər və şəhid ailələrinin üzvləri, ziyalılar və bir sıra ictimaiyyət nümayəndələri […]

Çindən Türkiyəyə növbəti dəstək – Rəsmi

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub. Turkustan.info xəbər verir ki, tərəflər Türkiyə-Çin əməkdaşlığını müzakirə edib. Van ölkəsinin Türkiyənin milli təhlükəsizliyi, sabitliyi, iqtisadiyyatı və sosial inkişafını qorumaq üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib. Çavuşoğlu isə Türkiyənin Çinlə strateji dialoqu gücləndirməyə hazır olduğunu deyib: […]

Ermənistanda qarşıdurma ARTIR

Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçirdiyi mitinqdən sonra ölkə parlamentində əsas müxalifət fraksiyası olan Respublikaçılar Partiyasının deputatları hökumətin daxili və xarici siyasətini kəskin tənqid ediblər. Turkustan.info AZƏRTAC-a istinadən bildirir ki, baş nazirin öz sələflərini Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gizli danışıqlarda ittiham etməsi müxalifətin kəskin etirazına səbəb olub. Deputat Armen […]

Putin nazirin toyunda rəqs etdi – FOTO

Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knayslla onun toyunda rəqs edib. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya dövlətinin başçısı rəqsdən sonra toyu tərk  edib və Knayslın həyat yoldaşı, iş adamı Volfqanq Maylinqerlə sağollaşıb. Bildirilir ki, Putin yeni evlənənlərin maşını üzərində istəklərini yazıb və buradan Almaniya kansleri […]

686 bal yığsa da, 1 balla kəsildi – VİDEO

2009-2013- cü illərdə ali təhsil alan Zöhrə İsmayılova ikinci ali təhsil almaq üçün 4 il yüksək bal toplasa da bundan imtina edib. O, ilk dəfə Bakı Dövlət Universitetinin biologoya fakültəsinə daxil olub: “Təhsilimi bitirdikdən sonra ikinci ali təhsil almağa qərar verdim. 2015- ci ildə 526 bal topladım. Lakin mənim istədiyim […]

ABŞ Qara dənizdə hücuma hazırlaşır – Rusiyadan Türkiyəyə ŞOK TƏKLİF

Rusiyadan Türkiyəyə ABŞ-ın döyüş gəmilərinin boğazlara buraxılmaması təklifi verilib. Turkustan.info xəbər verir ki, bu təkliflə Dövlət Dumasının deputatı Aleksey Juravlyov çıxış edib. Rusiyalı deputat ABŞ donanmasının “USS Carney” adlı raket daşıyan gəmisinin Qara dənizə daxil olduğunu bildirib. “ABŞ Qara dənizdə davamlı olaraq təlimlər keçirir. Ukrayna və Gürcüstanı da bu təlimlərə qoşmağı […]

Prezidentdən 11,3 milyonluq SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Lerik rayonunun Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən […]

Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”

“Millətimizi parçalaya,  azanlarımızı susdura,  bayrağımızı endirə, dövlətimizi yıxa  bilməyəcəksiniz. Hədəflərimizə çatmağa mane ola bilməyəcəksiniz. Çünki biz Türkiyəyik, müsəlmanıq, türk millətiyik. Biz insanlığın ortaq səsi və vicdanıyıq”. Turkustan.info  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən VI qurultayında deyib.   O bildirib ki,  […]

ABŞ-Türkiyə gərginliyi: Paşinyan nəyə can atır? – Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan nəyin bahasına olursa-olsun, ABŞ Prezidenti Donald Trampla görüşə can atır. ABŞ-dakı erməni təşkilatları Ağ Evi məktub “atəşinə” tutublar. Təxminən 50-yə yaxın konqresmen də bu prosesə qoşulub və Trampa rəsmi müraciət ünvanlayıblar. Turkustan.info xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, […]

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” – Umud Mirzəyev

Avqustun 10-da Tramp Türkiyədən idxal edilən alüminium və polad üzrə rüsumların ikiqat artdığını açıqladı. Bu sanksiyalar, həmçinin, bir sıra digər amillər türk lirəsinin məzənnəsinin kəskin düşməsinə gətirib çıxardı. Buna cavab olaraq, Türkiyə ABŞ-da istehsal edilən avtomobil, alkoqol və tütün daxil olmaqla, Amerikadan idxal olunan mallara qoyulan rüsumları qaldırdı. Üstəlik, Türkiyə […]

ABŞ İranı çökdürmək üçün xüsusi dəstə yaratdı

ABŞ Dövlət Departamenti nəzdində İran əleyhinə siyasət və addımların vahid mərkəzdən məqsədyönlü şəkildə idarə edilə bilməsi üçün xüsusi dəstə yaradılıb. Turkustan.info xəbər verir ki, Dövlət katibi Mayk Pompeo xüsusi qrupun işinə ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin rəhbəri Brayan Hukun rəhbərlik edəcəyini açıqlayıb. Huk həmçinin ABŞ Prezidenti Donald Trampın İran […]

Ermənistanın Baş Qərargah rəisi Qarabağa gəlib

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Qarabağa gedib. Turkustan.info aysor.am saytına istinadən xəbər verir ki, Artak Davtyan Qondarma Dağlıq Qarabaö Respublikası “prezidenti” və separatçı ejimin “müdafiə naziri” ilə görüşüb. Görüş zamanı iki tərəfli əməkdaşlıq və ordu quruculuğu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.   /A24.Az/

Pivə haqqında bilmədiyiniz maraqlı faktlar

Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir? Turkustan.info xəbər verir ki, dietoloq və məşqçi Ceymi Loci bildirir ki, aşağı kalorili pivələr bu məsələdə daha effektivdir.  Əgər siz pivənin təkcə susuzluğu yatırtmasını istəmir və fayda da əldə etmək istəyirsinizsə, “light” markalı və tərkibində 4-5 % spirt olanı seçməlisiniz. […]

Dörd uşaq anasına niyə sosial yardım verilmir? – RƏSMİ CAVAB

Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan, hazırda Binəqədi rayonunda yaşayan, 4 uşaq anası Qasımova Güllər Qədəmşah qızının sosial yardım təyin edilməməsinə görə bəzi sosial şəbəkə səhifəsində əksini tapan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.  Turkustan.info xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları onun evində olub, mənzil-məişət şəraitinin çətin olduğunu […]

Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi

Bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu ilə birlikdə Pəncəli Teymurovu ziyarət edib. Turkustan.info xəbər verir ki, onlar şəhidin ailə üzviləri ilə birlikdə ziyarət edərək önünə gül dəstələri qoyublar. Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir, […]

ADTGT erkən nikahlarla mübarizə istiqamətində layihəsini sosial çarxların hazırlanması və təqdimatı ilə başa çatdırdı

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili, sosial çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” adlı layihənin icrasını başa çatdırıb. Geniş […]

Peyğəmbər qadağan etsə də: Qurbanın qanı niyə alına sürtülür?- MARAQ

Qurban bayramına sayılı günlər qalıb. Bu gündə maraq doğuran məsələlərdən biri də qurban kəsilən heyvanın qanının alına sürtülməsidir. Maraqlıdır ki, peyğəmbərin qadağan etdiyi bu inanc necə yaranıb? Turkustan.info xəbər verir ki, “Anadolu tanrıları” kitabının müəllifi Halikarnas Balqıçı bununla bağlı maraqlı fikirlər səsləndirib:  “Qədimdən bəri qurban vermək insanın malının Tanrıya təqdim edilməsi […]

Novxanıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi – Tükürpədici VİDEO

Avqust ayının 13-də  Novxanı qəsəbəsi ərazisində sahibsiz küçə itləri kütləvi şəkildə güllələyiblər. Güllələndikdən sonra itlərin cəsədi dövlət nişanı olmayan yük maşınlarına yığılaraq ərazidən aparılıb. Turkustan.info bildirir ki, bu haqda məlumatı BakuPost.az-a Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyi və Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin üzvləri tərəfindən verilib.   İctimai Birliyin üzvü Fərid Mansurov […]

Azərbaycanlı məhbuslar aksiyası keçirir – Erməni rəisə görə

İstanbulun Maltəpə həbsxanasında saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyası başlayıb. Turkustan.info bildirir ki, bu barədə virtualaz.org-a həmin həbsxanada olan məhbus Nərahim Nəzərov məlumat verib. Məlumata görə, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar onları etnik zəmində sıxışdıran erməniəsilli şəxsin həbsxana rəisi təyin edilməsindən narazıdırlar. Faktla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edilib. […]

Bakıda yolun ortasında süpürgəçi qadın həyatını itirdi – SƏBƏB (FOTO)

Bakı küçələrində növbəti dəfə yolu təmizləyən süpürgəçi qadınının həyatını itirdiyi bildirilir. Turkustan.info xəbər verir ki, hadisə Zığ-Suraxanı yolunda baş verib. Bu barədə məlumat verən hadisə şahidi bildirir ki, saat 10:30 radələrində Zığ-Suraxanı yolunda süpürgəçi işləyən 45-50 yaşlı qadının halı qəfil pisləşib. “Maşınla gedirdim. Gördüm ki, qadın ayaq üstə qala bilmir. Əlində […]

Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır?

“Onun öz imkanları hesabına Ermənistan siyasətində yenidən nəsə edə biləcəyi düşünülmür”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın qısamüddətli həbsdən azad edildikdən sonra yenidən böyük siyasətə qayıtmaq niyyətini açıqlamasını şərh edən “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Araz Aslanlı hesab edir […]

“Cümhuriyyətin 100 illiyi”nə həsr olunan Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə olacaq

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi bir neçə günə başlayır. Azərbaycanın dilbər guşələrindən olan qədim Şəki şəhərində təşkil edilən düşərgəyə 37 ölkədən azərbaycanlı gənclər gələcək. Gənclərin Azərbaycana gəlişi avqustun 22-dən başlayır. Onlar Amerika Birləşmiş Ştatlarında, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet respublikalarında, […]

Bakıda avtobusda qadının arxasına toxundular: Dava düşdü – VİDEO

Sosial şəbəkələrdə ictimai nəqliyyatda baş vermiş münaqişəni əks etdirən görüntülər geniş müzakirə olunur. Turkustan.İnfo xəbər verir ki, kadrlarda avtobusda hərəkət zamanı gənc qız tanımadığı kişinin ona təcavüz etdiyini, daha dəqiqliklə arxadan toxunduğunu iddia edir. Gənc qız polisə şikayət edəcəyini söyləyir. İyrənc əməli törətməkdə ittiham olunan yaşlı kişi isə bu hərəkəti qəsdən etmədiyini bildirir. […]

Qurban ətini ODUNDA BİŞİRMƏYİN – XƏBƏRDARLIQ

Niger Respublikası əhaliyə bu il Qurban bayramında ətlərin odunda bişirilməməsi ilə bağlı xəbərdarlıq edib. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə yaşıllıqların ildən-ilə azalmasıdır. Məlumata görə, ölkənin paytaxtı Niameydə Qurban bayramı günü istifadə edilən odun illik istifadənin 1/5-ni təşkil edir. Bayram günü paytaxtda 400 min xırdabuynuzlu heyvan kəsilməsi […]

Bu nazirlik 8 maşınını satır: 3000-4200 manat – Hərrac

Vergilər Nazirliyi balansında olan istifadəsiz qalmış avtomobilləri auksiona çıxarıb. Turkustan.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sentyabrın 18-də təşkil edəcəyi hərracda nazirliyin 8 avtomobilini özəlləşdirməyə təqdim ediləcək. Nazirliyin satmaq üçün müəyyənləşdirdiyi avtomobilləin buraxılış ili 2005, 2006, 2007-ci illərdir. Hərraca 5 ədəd “Kia Optima”, 3 ədəd isə “Daevo Nexia” markalı avtomobillər […]

Pentaqonun hesabatı Çini qəzəbləndirdi: Ordu…

ABŞ-da Çin ordusunun 2018-ci ildəki vəziyyəti haqqında hazırlanan hesabat rəsmi Pekinin kəskin etirazına səbəb olub. Turkustan.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan danışıb. “ABŞ-da hazırlanan hesabatda real faktlar nəzərə alınmayıb, ordumuzun quruculuğu barədə absurd şərhlər verilib, Çinin müstəqilliyi və ərazi bütövlüyü barədə məsuliyyətsiz […]

​“Puldan hər kəsə pay verirəm” – Rüşvət alan yol polisinin ŞOK VİDEOSU

Sosial şəbəkələrdə Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Mehdi Səlimovun videosu yayılıb. Turkustan.info avtosfer.az-a istinadən xəbər verir ki, videonu yayanların iddiasına görə, Mehdi Səlimov Nərimanov rayonu, Yusif Hacıbəyli küçəsində ağaclıqda dayanaraq gəlib-gedənləri haqsız yerə saxlayıb ya rüşvət alır, ya da ki, əsassız yerə cərimə yazır: «O […]

Trampın bircə kəliməsinə inanmayın – Əsədlə barışıq…

ABŞ Türkiyəyə bir keşişə görə ticarət savaşını başladıb? Bircə kəlməsinə də inanmayın. Bunu “İndependent” qəzetinin Yaxın Şərq üzrə müxbiri Robert Fisk deyib. “ABŞ Türkiyəyə Rusiyadan S-400 raket sistemini almasına, YPG-yə verdiyi dəstəyə qarşı çıxmasına və müsəlman döyüşçülərin, silah, mərmi, raketlərin Türkiyə üzərindən Suriyaya axınına icazə verdiyi üçün sanksiya tətbiq edib”, […]

Ölümdən daha qorxunc – 5 qadağan olunmuş dəhşətli silah

İkinci Beynəlxalq Haaqa konfransı 1907-ci ildə XX əsr ərzində aparılacaq müharibələrin ümumi qayda- qanunlarını qəbul etdi. Turkustan.info islaminsesi.info-ya istinadən dünyanın 5 ən qorxunc silahı haqqında araşdırmanı təqdim edir. XX əsr ərzində də bir çox silahlar ixtira olunduqca bu qanuna bir az dəyişiklər edilib və bir az da sərtləşdirildi. Bu silahlar əsas […]

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapıldı

Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən KHS101 molekulunu aşkar ediblər. Eksperimentlərin hələ ki siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, KHS101 hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür. Turkustan.info Azərtac-a istinadən xəbər verir ki, tədqiqatların nəticələrinə görə, KHS101 neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. […]

Ərdoğana qarşı böyük oyun: iki yolu var – Rus deputat

Qərb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı çox böyük oyun oynadı, onu devirməyə və ya müqavimətini qırmağa çalışdı. Turkustan.info xəbər veirr ki, bu açıqlama ilə rusiyalı deputat Vyaçeslav Nikonov çıxış edib. “Vaşinqtondan edilən qəzəbli hücum və dünyanın liberal media resurslarının Ərdoğana qarşı apardığı qəzəbli kampaniyaya baxsaq, çox böyük bir oyun oynanıldığını […]

Gəncədə dəhşətli qətl: Həyat yoldaşını və qayınatasını güllələyərək öldürdü

Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib. 1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova […]

Alimlərin yeni kəşfi QADIN- KİŞİ münasibətləri GƏRGİNLƏŞDİRƏCƏK

Vaşinqton Universitetinin alimləri qrafik informasiyaya reaksiya sürətini öyrənmək üçün unikal eksperiment keçiriblər. Turkustan.info oxu.az-a istinadən bildirir ki, bu barədə “Cell” jurnalı yazıb. Məlumata görə, kişilər və qadınlarda görmə orqanları vasitəsilə alınmış məlumatların emalı təxminən eyni səviyyədə olsa da, məhz kişilər alınmış məlumatlar əsasında daha düzgün və rasional qərarlar qəbul edirlər. Ümumilikdə, […]

İllərdir bir-birini görməyən qardaşlar Həcc ziyarətində qarşılaşdı – Duyğudolu anlar – VİDEO

Suriyada gedən müharibə səbəbindən 7 ildir bir-birilərini görməyən qardaşlar Məkkədə Həcc ziyarətində qarşılaşıblar. Həmin anın videosunu izləyənlər duyğudolu anlar yaşayıblar. Turkustan.info xəbər verir ki, təsadüf nəticəsində üz-üzə gələn qardaşlar bir-birini qucaqlayaraq ağlayıblar. Qeyd edək ki, qardaşlardan biri İordaniyada, digəri isə Suriyada yaşayır. /Yenicag.az/

Azərbaycanda bu iki ölkənin ticarət evləri açılacaq

Azərbaycan Xarkov və Odessada ticarət evləri açmağı planlaşdırır. Turkustan.info bildirir ki, A24.Az-a Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, gələcəkdə Azərbaycan Lvov və Truskovetsdə də ticarət evlərini açmaq imkanını nəzərdən keçirir. 22 iyunda Kiyevdə Azərbaycanın Ukraynada ilk ticarət evi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və […]