​“Puldan hər kəsə pay verirəm” – Rüşvət alan yol polisinin ŞOK VİDEOSU

Sosial şəbəkələrdə Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Mehdi Səlimovun videosu yayılıb.
Turkustan.info avtosfer.az-a istinadən xəbər verir ki, videonu yayanların iddiasına görə, Mehdi Səlimov Nərimanov rayonu, Yusif Hacıbəyli küçəsində ağaclıqda dayanaraq gəlib-gedənləri haqsız yerə saxlayıb ya rüşvət alır, ya da ki, əsassız yerə cərimə yazır: «O deyir ki, hec kim mənə həç nə edə bilməz, puldan hər kəsə pay verirəm».